Ermənilər Azərbaycanın oğurlanmış məşhur rəqs musiqisini Afrika gənclərinə belə öyrədirlər...
Erməni saxtakarlığı sərhəd və miqyas tanımır. 100 ilə yaxındır Azərbaycan-türk musiqisini oğurlamaqla məşğul olan, milli musiqi alətlərimizi öz adlarına çıxan ermənilərin saxtakarlığının növbəti əks-sədası Afrika ölkəsi Ruandadan gəlir.
Erməni mediası Morioxkids Fondunun dəstəyi ilə Ruandanın paytaxtı Kiqalidə uşaqlardan ibarət rəqs qrupunun ifasını yayıb. “Armenpress” yazır ki, guya Ruanda dövlətində uşaqlar “erməni musiqisinin” sədaları altında kollektiv rəqs edir, hətta oxuyurlar. Video “Köçəri” adı ilə təqdim olunub. Halbuki, “Köçəri” rəqsi də Azərbaycan rəqsidir.
Erməni mediasının “erməni musiqisi” kimi qələmə verdiyi nümunələri araşdırdıq, məlum oldu ki, bu əslində Azərbaycan-türk musiqisidir və ermənilər o nümunələri oğurlayıb öz musiqiləri kimi tanıtmağa çalışırlar. Türk-Azərbaycan musiqi sənətindən oğurluq olan bu nümunələr özündə türk xalqının ruhunu ifadə edir. Azərbaycan-türk zurna və davul alətlərinin müşayiəti ilə səslənən musiqi bizim qədim yallılarımız, halaylarımızdır ki, bunu “erməni musiqisi” kimi qələmə verən Ermənistan mediası ruandalı uşaqların bu musiqi altında rəqsini “erməni musiqisinin nailiyyəti” kimi təqdim edir.
Halbuki, Ruanda uşaqları bilsələr ki, bu musiqi erməni musiqisi deyil, ya onun sədaları altında oynayıb-oxumazlar, ya da onu əsl müəllifi olan xalqın adından təqdim edərlər, nəinki ermənilərin.
Türkiyədə və Azərbaycanda geniş yayılan halay-yallı ritmləri bizim halal musiqimizdir. Ermənilər isə saxtakarlıq edərək bizim halayları, yallıları öz adlarına çıxırlar. Uşaqların əl-ələ tutub yallı getməsinin özü bu musiqi haqqında aydın təsəvvür yaradır ki, o erməniyə məxsus deyil. Ermənidə halay var, yallı var?
Ruandada yəqin ki, bu musiqini ermənilərin azərbaycanlılardan oğurladığını bilmirlər, bilsəydilər, başqa cür davranardılar, onu əsl sahibi olan xalqın adından təqdim edərdilər. Bununla da erməni saxtakarlığı daha bir ölkədə ifşa olunardı.
İradə SARIYEVA