KÖHNƏ VERSİYA            

Nahid Məmmədov ucalığı

Image

Azərbaycan ordusunun əsgəri Nahid Vahid oğlu Məmmədov 27 sentyabr 2020-ci ildə işğal altında olan ərazilərin azad edilməsi uğrunda savaşa könüllü gedib. 14 oktyabr 2020-ci ilə kimi addım-addım, kənd-kənd torpaqlarımızı azad edən qəhrəmanların sırasında olub. İndisə Xəzər rayonu Binə qəsəbəsində Şəhidlər Xiyabanında uyuyur. 

Səadət xanımın danışarkən hələ də “uşağım” dediyi Nahid   birdən-birə azad olunmuş torpaqlarda ucalan bayraqlarla birlikdə böyüyüb-ucalıb.

- Qardaşı Elməddin ilk nəvə olduğundan, hamı onu daha çox əzizləyirdi. Mənsə daha çox Nahidə bağlıydım. Onu elə uşaq kimi əzizləyərdim. Mənimçün böyüməmişdi elə bil. Anayam, bəlkə ondan tez ayrılacağımı, onu daha az görəcəyimi hiss edirdim. Müharibəyə gedəndə ayıldım birdən. Oğlum o qədər böyüyüb ki, vətəni azad etməyə gedir-deyə düşündüm...

Ana nə qədər özünü toparlamağa çalışsa da gözündəki damlalar yanağından süzülmürdü, bütöv düşürdü... Adama elə gəlirdi ki, Yer kürəsidi ananın gözlərindən düşən. Müharibələrdən bezən, ağrıyan Yerdi...

1996-cı il iyunun 11-də elə Binədə dünyaya göz açmışdı Nahid. Bütün uşaqlar kimi sevinmiş, ayaq açıb yerimişdi. 2002-2013-cü illərdə Binədəki R. Sadıxov adına 136 №li məktəbdə orta təhsil almışdı. 

2013-2014 -ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdindəki İnşaat kollecində oxuyub.

2014-2015-ci ildə Gəncədə, sonra Ağdamın sərhəd kəndində illərlə düşmən qonşuların hərbi cinayətlərinin şahidi olan Xındırıstanda,  sonra Yenikənddə müddətli həqiqi hərbi xidmət keçib. Baş əsgər və baş atıcı olub. Xidmət hissəsindən ailəyə tərifnamələr, təşəkkürnamələrlə qayıdıb. Həqiqi hərbi xidmətdən sonra təhsilinə davam edib, “İnformasiya texnologiyaları” ixtisasına yiyələnib. Müxtəlif yerlərdə işləyib, kənardan sakitcə yaşayırmış kimi görünsə də, Nahid sərhəddə keçən xidməti günlərini unuda bilməyib.

Vahid Məmmədov: “Hər gün işğalda olan torpaqlarını görmək çox çətindi. Adam döyüşmək, torpaqları azad etmək istəyir” - deyirdi tez-tez. Nə edəsən ki, Azərbaycanın taleyinə də belə namərd qonşular düşüb. Ev deyil ki, satıb köçəsən. Bu vətəndi. Onu qorumalısan. Məncə vətəni sevən hər bir kəs torpaqlarımızın ermənilərin işğalında olmasından narahat idi. Döyüşməyə hazır idi. Oğlanlarım məktəbli olanda da torpaqlarımızın ermənilərdə olmasından narahat olurdu. Sindirə bilmirdi iki oğlum da. Bu işğalla barışa bilmirdilər. Tovuz hadisələri zamanı, Polad Həşimovun ölüm xəbəri yayılanda gedib ikisi də könüllü yazılmışdı. Heç sorğu-sualı olmadı. Əksinə, qürur duydum oğlanlarımla. Mən sevinirəm ki, ləyaqətli oğullar böyütmüşəm. Belə oğullar böyüdən ata-analar qürurlu olmalıdır. Məni aparsaydılar, özüm də gedib döyüşərdim. Nahidə  qismət imiş. Qardaşını aparmadılar. Düzdü, çox cəsur idi, “erməniyə can verməz” deyə düşünsəm də, şəhid olacağını hiss eləmişdim.

Hər bölükdə seçilmiş əsgərlər olur. Onlar həmişə öndə gedir. Şəhidləri, yaralıları çıxarmağa da onlar gedir. Düşmən əlinə keçməsin deyə şəhidləri, yaralıları döyüş bölgəsindən çıxarmaq da hər döyüşçünün bacardığı iş deyil. Bunun üçün möhkəm iradə, cəldlik, psixoloji və fiziki güc gərəkdir. Nahid Məmmədov məhz belə döyüşçü idi. Şəhidləri təhlükəli ərazidən çıxarmaq, yaralıları xilas etmək döyüşməkdən asan deyildi. “Bizim xilasedici”miz idi” - dedi döyüş yoldaşları.

14 oktyabr... 530 yüksəkliyi uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu. Yüksəklik güclü müdafiə olunurdu. Texnika ilə getmək mümkün deyildi. Yaxın məsafədə, üzbəüz atışmalarla irəliləyən oğulları təsəvvür edin...Tərtər-Ağdərə yolunun üstündə yerləşən yüksəklik Ağdərənin açarı idi.

Füzuli Balakişizadə də çoxu kimi 27 avqust 1999-cu ildə İkinci Qarabağ savaşından illər sonra anadan olub. Orta təhsilini bitirdikdən sonra 2016-2020-ci illərdə Gəncə Dövlət Universitetində təhsil alıb. Sonra Həqiqi hərbi xidmətə yollanıb: Ərazilərimizin işğalda olmasıyla barışa bilmirdim. Elə bilirdim ki, mütləq mən döyüşməliyəm. Hərbi xidmətə gedəndə özümü savaşa gedən kimi hiss edirdim. Torpaqların azadlığı fikri beynimə oturmuşdu. Bəlkə elə uşaqlıqdan adımla birlikdə ruhuma hopmuşdu. 26 sentyabrdan 27-nə keçən gecə artıq döyüşə hazır idik. Müharibənin necə ağır olduğunu bilsək də hamımız sevinirdik. İlk gündən özümü qalib hiss edirdim. Nahid könüllülərdən idi. Əslində komandirlər könüllüləri qabağa buraxmamağa çalışırdılar. Amma Nahidi saxlamaq olmurdu. “öndə gedəcəm” deyə inad edirdi. Dayanan kimi “nə vaxt irəli gedirik” deyirdi. Hücumda, döyüşdə həmişə öndə getmək döyüş bacarığı, psixoloji hazırlıq, cəsurluq tələb edir ki, Nahid belə oğul idi. Ağdərə, Suqovuşan uğrunda döyüşlərdən keçmişdik. Suqovuşan azad idi. 530 yüksəkliyini almalıydıq. Nəsə sakitlik yarandı. 14 oktyabr döyüş yoldaşımız Anarın doğum günü idi. Döyüş tapşırığını da yerinə yetirmişdik. Sevinirdik. Anarı sözlə də olsa təbrik etmək istədik. Mina yağışı başladı. 3-5 m məsafədə düşdü minalardan biri. Qəlpələr üstümüzə yağdı. Yaralandım. Anar da yaralandı. Yarası nisbətən yüngül olduğundan bizi o təxliyə etdi. Gözüm Nahiddə idi. Nahidin şəhid olduğunu hiss etdim. Müharibənin ən ağrılı tərəfi döyüş yoldaşlarını itirməkdi. Hələ də unuda bilmirəm o səhnəni. “Yüksəkliyə birinci özüm qalxacam” deməyini unuda bilmirəm. Elə yüksəkliyə qalxmağı arzulayırdı ki...

Kədərləndi Füzuli. Mən də ona onsuz da unuda bilmədiyi anları bir daha yaşatdığım üçün kədərləndim. Həm də sevindim. Sevindim ki, bizim hələ uşaq dediyimiz bu oğullar işğalda olan torpaqların azadlığı kimi tarixi xoşbəxtlik yaşadılar. 

Səadət xanımın xatirələrindən: Dördüncü sinifdə oxuyurdu. Bir gün həyacanla evə gəldi. “Ana, müəllim “Mənim arzum” mövzusunu yazmağı tapşırıb. Özü də on cümlədən çox olmasın. Yazım, sən də baxarsan-dedi. Oxudum maraqla. Yazısı qəzetdə də çap olundu: Vətənim Azərbaycandır. Onun hər qarış torpağı mənim üçün doğma və əzizdir. Arzu edirəm ki, tezliklə işğal olunmuş 20 % torpağımız azad olunsun. O günü səbirsizliklə gözləyirəm. Əgər mən də böyük olsaydım torpaqlarımızın müdafiəsinə qalxardım”. 

Belə yazmışdı Nahid Məmmədov “Mənim arzum” mövzusunu. Bu arzuyla böyüdülər qeyrətli oğullarımız. O qədər böyüdülər ki, ən uca zirvəyə qalxdılar elə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azdlığına görə” medallarına layiq olan Nahid Məmmədov kimi...

Kamalə Abiyeva








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031