KÖHNƏ VERSİYA            

Şimal-Cənub dəhlizi Azərbaycanın önəmini daha da artırır...

Image

Məlum həqiqətdir ki, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin ərsəyə gəlməsində tranzit ölkə kimi mühüm oynayır. Bu dəhlizin Azərbaycan üzərindən keçməsi fonunda ölkəmizdə böyük infrastruktur layihələri həyata keçirilib.

Bakı Beynəlxalq Ticarət Limanının yükaşırma qabiliyyətinin artırılması ilə yanaşı, Ələt-Astara avtomobil yolu yenidən qurulub. İran Astarası ilə Azərbaycan Astarası arasında yeni dəmir yolu körpüsü tikilərək istifadəyə verilib.

Bununla yanaşı, Astaraçay üzərində yeni avtomobil körpüsünü tikintisi başa çatıb. Həmçinin, “Azərbaycan Dövlət Dəmir Yolları” QSC İranın Astara şəhərində yük terminalının tikintisini davam etdirir. Lakin görülən işlər təkcə qeyd edilənlərlə məhdudlaşmır. Moskvada prezident İlham Əliyevin və Rusiya dövlət başçısı Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü fonunda məsələyə yenidən nəzər salınıb. Bu xüsusda prezident İlham Əliyev qeyd edib: “Bildirməliyəm ki, Azərbaycan ərazisində Azərbaycan-Rusiya sərhədini Azərbaycan-İran sərhədi ilə birləşdirən dəmir yolu mövcuddur. Lakin yükgöndərənlərin tələbatları bizə bu yolun yeni hissələrinin inşa edilməsinin zəruriliyini diqtə edir ki, biz bu yolda yük daşımalarını artıra bilək və bununla Şimaldan Hind okeanına unikal nəqliyyat yolunu təmin edək”. Deməli, Azərbaycan ərazisində bu nəqliyyat dəhlizinin inşası davam etdiriləcək. Bu hal ölkəmizin yükaşımalardan daha çox gəlir əldə etməsini şərtlndiriəcək. Qeyd olunanlar fonunda “Bloomberg” agentliyi yazır: “Yaxın Şərqdə sabitliyin pozulduğu zamanda Rusiya Avropa ilə Asiyanı birləşdirəcək iki nəqliyyat dəhlizinin formalaşması istiqamətində tədbirlər həyata keçirir. Rusiya İran ərazisindən keçən dəmir yolu və Arktikanın dəniz yolları ilə Çin və Hindistanla ticarətini genişləndirmək istəyir. Buna Ukrayna müharibəsinə görə təcrid vəziyyətinə düşmüş Rusiyaya tətbiq olunan sanksiyalar səbəb olub. Bu nəqliyyat dəhlizləri tranzit yüklərin daşınması müddətini 30-35 faiz azaltmaqla yanaşı, İsrailin HƏMAS-a qarşı Qəzzadakı müharibəsinə görə Qırmızı dənizdə husilərin yaratdığı təhlükədən yan keçir. Asiyanın iri iqtisadiyyatına malik olan dövlətlər, sanksiyalara baxmayaraq, Rusiyanın təklif etdiyi dəhlizlərə böyük maraq göstərirlər. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Hindistanla Rusiyanın Avropa hissəsini birləşdirir. Lakin İranın köhnəlmiş nəqliyyat infrastrukturu və Şimal dənizinin buz örtüyü problemlər yaradır. Qlobal istiləşmə buzların tədricən əriməsinə səbəb olur. Lakin bu dəniz yolunda hələ ki, logistika problemləri mövcuddur. Rusiya hər iki nəqliyyat dəhlizinin modernləşməsi üçün 25 milyard dollar həcmində sərmayə yatırmağa hazırlaşır.

Ötən 2023-cü ilin mayında Rusiya İrana 1,4 milyard dollar kredit ayırıb ki, Rəşt-Astara dəmir yolunun tikintisini başa çatdırsın. Xəzər dənizi sahilində yerləşən İranın Rəşt şəhəri ilə Azərbaycanın Astara şəhəri arasında çəkiləcək 162 kilometrlik dəmir yolu Fars körfəzi sahilindəki Bəndər-Abbas limanı ilə Rusiyanın Sankt-Peterburq liman şəhərini birləşdirəcək. Avrasiya İnkişaf Bankının hesablamalarına görə, Mərkəzi Asiya ölkələrinin dəmir yollarını və Transxəzər Beynəlxalq Nəqliyyat marşrutunu özündə birləşdirən Şimal-Cənub dəhlizi ilə yükdaşımaların həcmi sürətlə artacaq. Bu dəhliz Rusiya, İran, Hindistanı, Cənubi Asiyanı Fars körfəzi və Afrika ilə birləşdirəcək. 2023-cü ildə Rusiya ilə Çin arasındakı ticarət dövriyyəsinin həcmi 2 dəfədən çox artaraq 240 milyard dollara çatıb ki, bu da 2020-ci ilin dövriyyəsindən 108 milyard dollar çoxdur. Hindistan ilə Rusiyanın ticarət dövriyyəsi isə 3 il əvvəlki 10 milyard dollar həcmindən 64 milyard dollara qədər yüksəlib. Çin, Hindistan və Cənub Şərqi Asiya ölkələri ilə artan ticarət dövriyyəsi və neft satışından əldə olunan gəlir Rusiyanı şərq istiqamətindəki nəqliyyat dəhlizlərinin inkişafına milyardlarla dollar sərmayə yatırmağa məcbur edir. Şimal-Cənub dəhlizi qlobal xarakter daşıyır və dəhliz ərazisindən keçdiyi hər bir dövlətə səmərəli iqtisadi imkanlar yaradır”. Faktdır ki, Rusiya-Ukrayna münaqişəsi Avropadan Asiyaya uzanan nəqliyyat dəhlizlərinin bloklanmasına və iki qitədə yerləşən dövlətlər arasındakı ticarət əlaqələrinin zəifləməsinə səbəb olub. Digər tərəfdən Qərbin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar ənənəvi ticarət tərəfdaşlarını yeni yollar axtarmağa vadar edib. Bu da diqqəti Şimal-Cənub dəhlizi üzərində cəmləyir. Təkcə Rusiya yox, artıq Avroap da buna maraq göstərir. Belə ki, Qırmızı dənizdə yaranan böhran artıq Avropa iqtisadiyyatına mənfi təsirini göstərməyə başlayıb. Üsyançı husilərin Asiyadan Avropaya yük daşıyan neft və ticarət gəmilərini atəşə tutması qitə ölkələrində qiymətlərin artması və yeni inflyasiya dalğası ilə müşahidə edilir. Şimal-Cənub isə Asiya ilə Avropa arasında nəqliyyat əlaqəsi yaratmaq imkanı olan ən optimal marşrutdur. Hindistanın Mumbai limanından çıxan gəmilər Süveyş kanalı vasitəsi ilə 14 min kilometr yol qət edərək Avropaya çatırlar və bu müddət 60 gün çəkir. Lakin Mumbaidən çıxan gəmilər konteynerləri İranın Çabahar limanına daşısalar, konteynerlər burdan Şimal-Cənubun əsasını təşkil edən Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Azərbaycan ərazisindən Avropaya daşınar. Şimal-Cənub 7200 kilometrdir və yükdaşıma müddəti 25 gün çəkir. Məlumdur ki, yolun qısalması öz növbəsində nəqliyyat xərclərinin də azalmasına səbəb olur. Yüklərin tez, təhlükəsiz və nəqliyyat xərcinin az olması logistikanın ana xəttini təşkil edir. Bu baxımdan Şimal-Cənubu transmilli korporasiyaları, iri milli şirkətləri dövlətlərin marağına səbəb olub. 

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031