KÖHNƏ VERSİYA            

Ermənistanı kim idarə edir, Paşinyan, ya kilsə? - Tavuş olayları...

Image

Sədrəddin Soltan: “Rəsmi İrəvanla Eçmiədzin arasında ciddi ziddiyyət yaranıb və bu ziddiyyət ümumerməni kilsələr şəbəkəsinə də təsir göstərib”

Azərbaycanın Ermənistanın işğalında olan 8 kəndindən  4-nün qaytarılması ermənilərin Tavuş adlandırdığı, tarixdən bilindiyi kimi, hun türklərinin yadigarı olan Tavuşda haqsız narazılıq yaradıb. 

Xüsusən də özünü “din xadimi” adlandıran revanşist  Baqrat Qalstanyan yerə-göyə sığmır, bu qərarı qəbul edən Ermənistan hökumətinə qarşı nifrət dolu fikirlər səsləndirir.  O, həmçinin, Azərbaycanın tarixi torpaqlarının özünə qaytarılmasını həzm edə bilmir. Elə qələmə verir ki, guya Qazaxın yeddi kəndi ermənilərin “tarixi ərazisi” olub. 

Erməni keşiş deyib ki, ərazilərin Azərbaycana təslim edilməsinə etiraz edir. 

Qalastyan onu tənqid edənləri “it fəlsəfəsinin” təzahürü adlandırıb. Özünü Tavuş “yeparxiyasının rəhbəri”, “arxiyepiskop” kimi qələmə verən B. Qalstanyan ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini deyib və düşmənlərini cəsarətli olmağa çağırıb. “Əgər cəsarətləri varsa, mən buradayam, gəlsinlər, üz-üzə danışaq, mən artıq dedim ki, bu, itin fəlsəfəsidir”-deyə etiraz hərəkatına başçılıq edən üzdəniraq arxiyepiskop qeyd edib ki, insanlar aldadılıb və “öz torpaqlarını (?) müdafiə etmək üçün ayağa qalxıb, konkret xarakter bu kəndlərin sakinlərinə yalan danışıb (Paşinyanın vədlərini nəzərdə tutur)”.

Qalstanyanın sözlərinə görə, 2021-ci ildə hökumət başçısı seçki kampaniyası çərçivəsində bu kəndlərə səfər edib və xalqa bir söz deməyib ki, bir neçə ildən sonra bu torpaqlar Azərbaycana veriləcək. Tavuş “yeparxiyasının rəhbəri” hakimiyyətin yalanlarını ifşa etməkdən yorulmayacağını bildirib. O, Paşinyanı danışdığı  böyük yalana görə üzr istəməyə çağırıb. 

Bu gün açıq görsənir ki, erməni kilsəsi Paşinyan hökumətinin qəbul etdiyi qərarları qəbul etmək istəmir və bu cür başıpozuq dəstələr yaradaraq, camaatı küçələrə tökərək haqsız etirazlar təşkil edir, erməniləri yanlış yola sürükləyir. Bəzi ekspertlər hesab edir ki, Paşinyan hökuməti dövründə kilsənin dövlət idarəçiliyində, rəsmi qərarların qəbul edilməsində rolu sıxışdırılıb, bununla barışa bilməyən kilsə isə daim hökumətə qarşı narazlıqlar ifadə edir. Qalstanyan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması məsələsində də kilsənin mövqeyini ortaya qoymağa cəhd edir. Camaatı revanşizmə səsləyən bu üzdəniraq keşiş hər zaman qarışdırıcılıq yolunu tutur. 

Ermənistanı kim idarə edir, Paşinyan, ya kilsə?

 

“...Kilsə dövlətin idarəedilməsində oyundankənar vəziyyətdədir”

 

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan “Bakı-Xəbər”ə şərhində Ermənistanın idarə olunmasında kilsənin rolundan danışdı: “Məlumdur ki, Ermənistanda həmişə kilsə başlıca söz sahibi olub. Çünki erməni cəmiyyəti və indiki Ermənistan ölkəsi, hakimiyyət kilsənin, diasporun, yaxud lobbinin sayəsində mövcuddur. Kilsə ermənilərin bütün xülya və iddialarını yetişdirib, onu təbliğ edib, ermənilər üçün dövlətin yaranmasında əsas rollardan birini oynayıb. Məsələn, Çar Rusiyası dövründə erməni kilsəsi ilə Rusiya arasındakı, yaxud Bizansla ermənilər arasında tarixən mövcud olan münasibətləri və sairi nümunə çəkə bilərik. Onlar həmişə davmlı olaraq türklərə qarşı fəaliyyət göstəriblər, türklərin ərazilərində torpaq əldə etməyə çalışıblar, türklərin hakimiyyət qurumlarına daxil olublar, ailə qurublar. Məsələn, Osmanlı dövlətində Andranikin paşa rütbəsinə qədər yüksəlməsi faktdır. Eyni zamanda, istər Səfəvilər, istər Qacarlar dövründə və sair erməni qrupunun nümayəndələri saraylara soxulublar. Sonrakı mərhələlərdə də türk hökmdarlarına, türk hakimiyyətlərinə ilk zərbəni onlar vurublar. Odur ki, kilsə uzun illər, əsrlər boyu erməni cəmiyyətində aparıcı olub, erməni cəmiyyətinin ayaqda qalması, müxtəlif xülyalarla formalşması istiqamətində fəaliyyət göstərib.

2018-ci ilin mayında baş verən hakimiyyət dəyişikliyi həm də Ermənistanda kilsə ilə bağlı bir sıra məsələlərə təsirini göstərib. Rəsmi İrəvanla Eçmiədzin arasında ciddi ziddiyyət yaranıb və bu ziddiyyət ümumerməni kilsələr şəbəkəsinə də təsir göstərib. Ermənilər bu istiqamətdə kilsə ilə bağlı ikiyə bölünüblər. İstər erməni cəmiyyətinin, istər diasporunun bir hissəsi ənənəvi kilsəni, bir hissəsi isə Paşinyan hökumətini müdafiə edir. Paşinyan hakimiyyətə gəldikdən sonra katolikos Qareginin mühafizəçilərinə pul verməkdən imtina etdi, kilsənin müəyyən imtiyazlarını əlindən aldı və sair. Sonrakı mərhələdə məlum oldu ki, kilsə xeyriyəçilik və ianələrdən sui-istifadə edir, istintaq kilsənin fəaliyyətini araşdırmaqla məşğul oldu. Kilsənin hökumətə qarşı müxtəlif cəhdləri uğursuz olub və kilsə artıq Ermənistan  hökumətinin fəaliyyətinə birbaşa müdaxilə etmək imkanını itirib. Ona görə də, Ermənistanda kilsə müxtəlif etiraz aksiyalarının keçirilməsinə çalışır və pozuculuq fəaliyyəti ilə, iğtişaşların yaranması ilə məşğul olur”-deyə S.Soltan bildirdi.

S.Soltanın sözlərinə görə, kilsə Ermənistan dövlətinin idarə edilməsində rolunu itirdiyi üçün bu cür davranışlar sərgiləyir. “Ermənistanı müxalifət deyilən Rusiyayönümlü qüvvələr də idarə etməyə çalışır. Amma onlar nə seçkidə uğur əldə edə bildilər, nə də onların fəaliyyət göstərməsi üçün Rusiyanın onlara ciddi bir dəstəyi oldu. Hələ ki, vəziyyət bu şəkildədir. Yəni Rusiyayönlü qüvvələrin liderlərindən biri, keçmiş prezident Robert Köçəryan isə artıq üç aya yaxındır ki, müalicə adı ilə Almaniyada yaşayır. Odur ki, Ermənistanda hakimiyyəti idarə etməyə cəhd göstərənlər var, amma onların bu cəhdləri hələ ki, uğursuzluqla nəticələnir.  Nikol Paşinyan hökumətinin və komandasının fikirləri, irəli sürdükləri ideyaları beynəlxalq ictimaiyyət, daha çox Qərb dəstəkləyir. Düzdür, bu Rusiyanın maraqlarına və mənafeynə zidd olur, amma bununla belə Qərb daha çox Paşinyan hökumətini dəstəkləyir. Ona görə də Paşinyan hökumətinin fəaliyyətinə kilsənin və siyasi təşkilatların müdaxilə etməsi imkansızdır. Ola bilər, görünməyən əllər, qüvvələr, güclər Paşinyan hökumətinə təsir edir, amma faktiki olaraq, kilsə dövlətin idarəedilməsində oyundankənar vəziyyətdədir”-deyə S.Soltan əlavə etdi. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031