KÖHNƏ VERSİYA            

Heydər Əliyevdən sonra... Prezident İlham Əliyev Putinə nə deyib?

Image

Sülhməramlıların Azərbaycan ərazisindən çıxarılması ilə bağlı qərarın qəbul olunmasından sonra Prezident İlham Əliyevin Rusiyaya səfəri mühüm əhəmiyyət daşıyırdı. Bu, ölkələr arasındakı əlaqələrin gələcək perspektivlərinin müəyyənlşdirilməsi, Qafqazın bundan sonrakı taleyinin necə olacağının aydınlaşdırılması baxımından da vacib idi. Prezident İlham Əliyevin Rusiyada yüksək səviyyədə qarşılanması, ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə göstərilən böyük ehtiram, Prezident Putinin görüşlərdəki səmimi jestləri Rusiyanın Azərbaycanı etibarlı tərəfdaş, Cənubi Qafqazın söz sahibi, İlham Əliyevi isə dünyada və regionda baş verən proseslərə ciddi təsir imkanına malik lider kimi qəbul etdiyinin göstəricisidir. 

Ölkələr arasındakı qarşılıqlı əlaqələrin yüksək səviyyəyə çatması Prezident İlham Əliyevin apardığı uğulu siyasətin nəticəsidir. Dövlətimizin başçısı son illər daxili və xarici təzyiqlərə baxmayaraq, şimal qonşumuzla münasibətlərin gərginləşdirilməsinə gətirib çıxaracaq heç bir addım atmadı. Beynəlxalq güclər, proseslərin gedişindən xəbəri olmayan yerli siyasətçilər Rusiyaya qarşı sanksiyalara qoşulmaq çağırışı etsə də, Azərbaycan Prezidenti milli maraqlarımıza uyğun siyasət yürütdü. İlham Əliyev bəzi hallarda Rusiyanın kaprizlərinə, Azərbaycan əleyhinə fəaliyyətinə təmkinlə yanaşdı, uğurlu diplomatik gedişlərlə bütün təhlükələri dəf edə, şimal qonşumuzu tamamilə neytrallaşdıra bildi.

Rusiya böyük dövlətdir. 2022-ci ildən sonra dünyanın demək olar ki, əksər qüdrətli ölkələri Rusiyaya qarşı birləşsə də, onu məğlub edə bilmir. Rusiya ilə münasibətlərin korlanması ölkəmizə yaxşı heç nə vəd etmir. Ukrayna nümunəsi göz qabağındadır. İki il bundan öncə rahat, firavan həyatını yaşayan Ukrayna xalqı bu gün od içində yanır. Ukraynanın böyük bir hissəsi darmadağın edilib. Müharibə qurtardıqdan sonra Ukraynanın bərpasına azı 20 il vaxt lazımdır. İqtisadi itkiləri uzun bir vaxtdan sonra bərpa etmək olacaq, ancaq müharibdə öldürülən yüz minlərlə ukraynalının həyatını geri qaytarmaq mümkün deyil.

Bəs Azərbaycanda nə baş verdi? Prezident İlham Əliyev siyasətə səhnədən gəlmədiyindən, yetkin siyasətçi olduğundan onu aldada bilmədilər. Dövlətimizin başçısı hələ 10 il bundan əvvəl dünyanın hara getdiyini görürdü. Onun 10 il bundan əvvəl atdığı addımlar, yürütdüyü siyasət bu günə hesablanmaşdı. Qərbin, Şimalın “Dirijor çubuğu” ilə deyil, milli maraqlarımızın diqtə etdiyi istiqamətdə hərəkət etməyimiz Azərbaycan xalqının tarixdə misli görünməmiş uğurlar qazanmasına gətirib çıxardı. Bu gün Azərbaycan son 100 il ərzində suverenliyini tam bərpa etmiş, son 200 ildə ilk dəfə qalib ölkə statusu qazanmış qüdrətli dövlətə çevrilib. Son 100 ildə ilk dəfədir ki, ölkəmizin ərazisində başqa bir dövlətin ordusu yoxdur. Və biz bu uğurlara Prezident İlham Əliyevin dərin zəkası, diplomatik məharəti sayəsində nail olmuşuq. Rusiya ilə münasibətlərin gərginləşdirilməməsi, əksinə, əlaqələrin daha da inkişaf etdirilməsi, Rusiya-Türkiyə əlaqələrinin indiki səviyyəyə gəlib çatmasında Azərbaycan liderinin rolu regional təhlükəsizliyin təmin olunmasına da öz töhfəsini verir.

Prezident İlham Əliyev ilk dəfə idi ki, suverenliyimizi əlimizdən alan ölkəyə suverenliyini tam bərpa etmiş dövlətin lideri kimi getmişdi. Doğrudur, antiterror əməliyyatından, Xankəndidə bayrağımızın ucaldılmasından sonra Azərbaycan öz suverenliyini bərpa etmişdi. Ancaq sülhməramlı da olsa, ölkəmizin ərazisində başqa dövlətin ordu hissələri var idi. Ona görə də ölkəmizin suverenliyinin möhkəmləndirilməsinə təhdid yaranmışdı. Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılmasından sonra suverenliyimiz tam bərpa edilməklə yanaşı, həm də möhkəmləndirildi. Məhz bu prosesdən sonra Prezident İlham Əliyevin suverenliyini tam bərpa etmiş ölkənin lideri kimi ilk Rusiyaya səfər etməsi həm böyük rəmzi məna daşıyır, həm də Rusiyaya və bütün dünyaya ciddi mesajdır. Bu o deməkdir ki, bir dövr qapandı, indi qüdrətli Azərbaycan var və bizim ölkəmizlə hesablaşmaq zamanıdır.

Dövlətimizin başçısının Prezident Putinlə görüşdə səsləndiridiyi bu fikirlər Azərbaycanın indiki mövqeyini davam etdirməsinin Rusiyada asılı olduğuna işarədir: “Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Biz qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq”.

Ölkəmizin rəhbəri Rusiya liderinə açıq şəkildə deyib ki, bundan sonra da milli maraqlarımıza cavab verməyən heç bir addım atılmayacaq, heç bir fəaliyyət qəbul edilməyəcək. Yəni Rusiya Azərbaycanı itirmək istəmirsə, Cənubi Qafqazla bağlı ambisiyalarından əl çəkməli, regionda tərəf tutmamalı, ədalətli olmalı, bizim suverenliyimizə təhdid yaratmamalıdır.

Prezident İlham Əliyev çıxışında Cənubi Qafqazda Rusiyanın maraqlarına zidd addımlar atılmayacağına, başqa qlobal güclərin regiona buraxılmayacağına da işarə edərək bu sözlərlə Rusiya liderinə təminat verib: “Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir”.

Digər dünya liderləri kimi, Putin də sözü imzası qədər keçərli olan Azərbaycan Prezidentinə inanır, ona etibar edir.

Bütün bunları ümumiləşdirərək deyə bilərik ki, Azərbaycanla Rusiya arasında əlaqələr yeni dövrə qədəm qoyur. Bu dövr əvvəlki dövrlərdən fərqlənir. İndi Azərbaycan Rusiya ilə tam bərabərhüquqlu əməkdaşlıq münasibətləri qurur.

Rusiya lideri Putinin bu səfər zamanı Azərbaycan Prezidentinə göstərdiyi yüksək diqqət, ehtiram və səmimi münasibət heç nəyin əvvəlki kimi olmayacağını deməyə əsas verir.

Keçmiş Sovetlər Birliyi məkanında Heydər Əliyevdən sonra Rusiyanı rəhbərlik etdiyi ölkənin maraqlarına uyğun siyasət aparmağa, dövlətinin milli maraqlarını nəzərə almağa vadar edən, xalqının istəklərini mərhələ-mərhələ yerinə yetirən yeganə LİDER İlham Əliyevdir.

Mənə elə gəlir, bu fotonun çəkildiyi vaxt İlham Əliyev Putinə deyir ki, nəhayət, mən atamın daha bir vəsiyyətini yerinə yetirdim, suverenliyini tam bərpa etmiş Azərbaycanı qurdum. Putin isə deyir ki, Siz də atanız kimi, regionun inkişafına böyük töhfələr verirsiniz. Yeni dövr dövlətimiz və xalqımız üçün daha uğurlu olacaq.

Tural Səfərov







VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Paşinyanın yarımçıq saziş təklifi Rusiyada da sərt tənqid edildi - Bu, demaqogiyadır, özünü aldatmaqdır - VİDEO

Bizdən 10 dəfə çox neft-qaz satanlar Azərbaycana irad tutur - ədalətsizliyə baxın...

Bu rəqəmlər COP29-u qaralayanlara öldürücü zərbə vurdu...

Dünyanın 10 il müzakirə etdiyi məsələ COP-da yerindən hərəkətə başladı...

SON XƏBƏRLƏR

14.11.2024 | 21:26
Tramp Baydenin Azərbaycana etdiyi böyük pisliyi ləğv edəcək...

14.11.2024 | 21:11
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanı vurdu - “Azərbaycandakı etnik təmizləməni araşdıracağıq”...

14.11.2024 | 20:58
Paşinyan Bakıda ona veriləcək bu suallardan qorxdu...

14.11.2024 | 20:44
Bizdən 10 dəfə çox neft-qaz satanlar Azərbaycana irad tutur - ədalətsizliyə baxın...

14.11.2024 | 20:31
Fransanın müstəmləkə xalqlarına yedirdiyi zəhərli "pestisid" budur...

14.11.2024 | 20:18
COP29-da çıxışlar Fransanı silkələdi - bir nazir imtina etdi...

14.11.2024 | 20:17
Dünya paxlava gününü möhtəşəm Türkiyə klassikası ilə qeyd edin!

14.11.2024 | 20:11
İnkişaf etməkdə olan kiçik ada dövlətləri üçün innovativ iqlim maliyyələşdirmə təşəbbüsünə dair beynəlxalq tədbir keçirilib

14.11.2024 | 20:04
Bakıda “Ədalətli keçid üçün sərmayələrin təşviqi” mövzusunda Yüksək Səviyyəli Dialoq keçirildi

14.11.2024 | 19:55
Paşinyan Azərbaycanın son saziş layihəsi təklifini yeni "konstitusiya ritorikası" ilə pozur...

14.11.2024 | 19:45
COP29 500 milyard dollarla dünyanı xilas edəcək - Böyük gözlənti...

14.11.2024 | 19:41
COP29 çərçivəsində iqlim fəaliyyətinin inkişaf maliyyəsinə inteqrasiyası müzakirə olunub

14.11.2024 | 19:27
Ermənistan parlamenti "Artsax separatçılarından" imtina etdi...

14.11.2024 | 19:14
COP29-un qərarları Xəzərlə bağlı vəziyyəti tam dəyişə bilər...

14.11.2024 | 18:59
Paşinyan uydurdu - "Azərbaycan müasir Ermənistanın 60 faizinə göz dikib"...

14.11.2024 | 18:52
Murad Dadaşovdan professor Qulu Məhərrəmliyə yubiley təbriki...

14.11.2024 | 18:45
Bizdən ikiqat çox qaz istəyən bəzi avropalılar Azərbaycanı niyə tənqid edir?..

14.11.2024 | 18:40
“Azərbaycan neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanındadır” - Vüqar Rəhimzadə

14.11.2024 | 18:32
Konstitusiya Günü hüquqi dövlət quruculuğunun simvoludur...

14.11.2024 | 18:18
Roma Papası Bakıya COP müraciətində ABŞ və Fransanı qınadı...

14.11.2024 | 18:05
Bu rəqəmlər COP29-u qaralayanlara öldürücü zərbə vurdu...

14.11.2024 | 18:00
Azərbaycan Milli Məclisinin üzvləri Şimali Kiprə səfər etdi

14.11.2024 | 17:53
Dünyanın 10 il müzakirə etdiyi məsələ COP-da yerindən hərəkətə başladı...

14.11.2024 | 17:47
Tanınmış politoloq COP29-la bağlı ABŞ Konqresinə müraciət etdi

14.11.2024 | 17:40
Pezeşkian Bakıya bu səbəblərdən gəlmədi - İranda rəsmilər bu barədə susur...

14.11.2024 | 17:36
“Ölkəmiz xoş məramı ilə qlobal nüfuzunu nümayiş etdirir” - Əhliman ƏMİRASLANOV

14.11.2024 | 17:27
COP29-dan müstəmləkə keçmişi olan bütün ölkələrə çağırış edildi...

14.11.2024 | 17:25
“Yaşıl” taksonomiya iqlim maliyyələşdirilməsini genişləndirmək üçün böyük imkanlar açacaq"

14.11.2024 | 17:17
Azərbaycanın QHT fəalları Avropada miqrantlara təzyiqlərlə bağlı etiraz aksiyası keçirdi... - FOTO

14.11.2024 | 17:14
Avropanın 3 böyük təşkilatı Fransa müstəmləkəçiliyini dəstəkləyir...

14.11.2024 | 17:12
COP29 çərçivəsində Mərkəzi Asiya ölkələri iqlim dəyişikliyi və buzlaqların qorunması üzrə birgə Bəyannamə imzalayıblar

14.11.2024 | 17:03
Peter Bekker COP29-da plenar iclasda çıxışına bu sözlərlə başladı - “Çox sağ ol, Azərbaycan!”

14.11.2024 | 16:55
Şimali Makedoniya Prezidenti Prezident İlham Əliyevi təbrik etdi

14.11.2024 | 16:53
COP29 Sədrliyi və Çoxtərəfli İqlim Fondları iqlim təsirinin fəsadları ilə bağlı birgə tədbir keçirib

14.11.2024 | 16:50
COP29-da Niderland və Fransanın müstəmləkəçiliyinə qarşı aksiya keçirildi - FOTO

14.11.2024 | 16:45
"Müstəmləkəçi ölkələr kasıb adlandırdıqları Afrikanın zəngin sərvəti sayəsində böyük dövlətlər olublar" - Hava Av

14.11.2024 | 16:44
COP29-da insan hüquqlarına əsaslanan iqlim ədaləti ilə bağlı müzakirə aparıldı

14.11.2024 | 16:31
"COP29 biznesləri, maliyyəçiləri, şəhərləri, millətləri bir araya gətirir" - Naycel Toppinq

14.11.2024 | 16:22
COP29 gündəlik mətbuat konfransında əldə edilmiş uğurlardan bəhs edildi

14.11.2024 | 15:48
"COP29-un keçirilməsi Azərbaycanın artan nüfuzunun göstəricisidir" - Ombudsman

14.11.2024 | 15:37
Prezident İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.11.2024 | 15:21
Ehtiyatlı olun! Zəhərlı paltarlar var! Hətta uşaq geyimləri də!

14.11.2024 | 15:14
"Afrikanın iqlim dəyişikliyinin qarşısını almaq üçün ildə 277 milyon dollara ehtiyacı var" - ADB prezidenti

14.11.2024 | 14:40
Prezident İlham Əliyev Maldiv Prezidenti ilə görüşdü - FOTO/YENİLƏNDİ

14.11.2024 | 14:37
Yaşıl gələcək proqramlarının maliyyələşdirilməsi COP29-da müzakirə olundu

14.11.2024 | 14:21
“Troyka” ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib

14.11.2024 | 14:16
Prezident İlham Əliyev Yəmənin vitse-prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.11.2024 | 14:15
Prezident İlham Əliyev Nepal Prezidenti ilə görüşüb - YENİLƏNDİ

14.11.2024 | 14:08
"COP29-un Azərbaycanda keçirilməsi ən doğru seçimdir" - Putinin xüsusi nümayəndəsi

14.11.2024 | 14:06
“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görüldü

14.11.2024 | 13:50
Prezident İlham Əliyev Efiopiya Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.11.2024 | 13:45
"Ən mühüm məsələ inkişaf etməkdə olan ölkələrin iqlim maliyyəsi ilə bağlı ehtiyacını qarşılamaqdır"

14.11.2024 | 13:31
Qlobal iqlimlə mübarizə üçün hər il təxminən 8 trilyon ABŞ dolları lazımdır - Braziliya Ali Audit Orqanı

14.11.2024 | 13:14
"COP29-da iqlim maliyyələşdirilməsi üzrə razılığa gələcəyimizə əminəm" - Afrika İnkişaf Bankı Qrupunun prezidenti

14.11.2024 | 13:03
Prezident İlham Əliyev Braziliyanın vitse-prezidenti ilə görüşüb - YENİLƏNDİ

14.11.2024 | 12:50
Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçiriləcək

14.11.2024 | 12:37
Bakıda “Ambisiyaların artırılması: Avropa və Mərkəzi Asiyada enerji və su sistemlərinin transformasiyası” mövzusunda tədbir keçirildi

14.11.2024 | 12:22
COP29 çərçivəsində “Daha yaxşı pambıq” mövzusunda panel müzakirələr keçirilib

14.11.2024 | 12:15
Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.11.2024 | 12:00
Azərbaycan yaşıl keçidi inkişaf etdirməyə sadiqdir - Mərkəzi Bankın sədri

14.11.2024 | 11:47
Dünya Bankı iqlim layihələrini maliyyələşdirmək üçün 150 milyard dollar ayırmağı planlaşdırır

14.11.2024 | 11:26
Prezident İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.11.2024 | 11:20
Trampın xanımı Ağ Evdə yaşamaq istəmir - səbəbini özü açıqladı..

14.11.2024 | 11:10
Naxçıvanda yol polisi sürücülərə və piyadalara müraciət etdi

14.11.2024 | 11:04
Ronaldinyo AFFA prezidenti ilə görüşüb

14.11.2024 | 10:53
Prezident İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.11.2024 | 10:26
Bakının bu ərazilərində qaz olmayacaq -ƏHALİYƏ XƏBƏRDARLIQ

14.11.2024 | 10:20
Göyçayda bədbəxt hadisə - çoban kanalda bataraq öldü

14.11.2024 | 10:14
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.11.2024 | 10:11
Sokratdan Qulu Məhərrəmliyə qədər

14.11.2024 | 10:10
Sabunçuda yük avtomobilinin vurduğu piyada 5 gün sonra xəstəxanada ölüb...

14.11.2024 | 10:05
Türk Dövlətləri Təşkilatı üzrə “Nazirlər Bəyannaməsi” imzalanıb

14.11.2024 | 10:02
Prezident İlham Əliyev Banqladeş Müvəqqəti Hökumətinin Baş müşaviri ilə görüşüb - FOTO

14.11.2024 | 10:00
Almaniya Kansleri pul barədə danışdı, gülüş obyektinə çevrildi...

14.11.2024 | 09:40
Bakıda “Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumu” keçirilir

14.11.2024 | 09:30
Misirdə dəhşətli yol qəzası olub, 13 nəfər ölüb

14.11.2024 | 09:20
Fatih Terim Bakıya gəlir

14.11.2024 | 09:10
Donald Tramp bu senatoru Dövlət katibi təyin edəcək

14.11.2024 | 09:05
Dünya mediası COP29 barədə yazır

14.11.2024 | 09:00
Bu, Azərbaycan üçün həyəcanverici andır - Metyu Brayza

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930