Rusiya sülhməramlıları Qarabağdan Ermənistana yollanıb - Armen Qriqoryandan açıqlama
Rusiya sülhməramlıları Qarabağdan Gorus və Qarakilsədəki (Sisian) müvəqqəti dislokasiya məntəqələrinə yollanıb. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Armenpress"ə deyib.
Onun sözlərinə görə, Ermənistan hökuməti Rusiyanın sülhməramlı kontingenti üçün müvəqqəti dislokasiya məntəqələri ayırıb. "Həmçinin Laçın dəhlizinin normal fəaliyyəti üçün yer seçilib. Rusiya sülhməramlıları Qarabağı tərk etdiyindən, Ermənistanda da qala bilməzlər. Qarabağı tərk edən sülhməramlı kontingentinin buraxılması üzrə işlərin təşkili üçün sülhməramlılardan ibarət qrup və avtokolon Gorus və Sisiandakı müvəqqəti dislokasiya məntəqələrinə yola düşüb", - o deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını təsdiqləyib.
Mətləb