"Əgər Heydər Əliyev Sovet İttifaqının rəhbərliyində qalsaydı..." - Yuri Verbitski
Jurnalistlərə açıqlamasında 1974-1983-cü illərdə Baykal-Amur magistralının (BAM) tikintisi zamanı Komsomol Mərkəzi Komitəsinin qərargah rəisi vəzifəsində çalışmış Yuri Verbitski bildirib ki, əgər Heydər Əliyev Sovet İttifaqının rəhbərliyində qalsaydı, bu, İttifaqın yeni inkişafı və çiçəklənməsinə səbəb olardı.
O, azərbaycanlıların BAM-da inşa işlərində fəaliyyətlərini də təsvir edib: “Hər şey milli üslubda hazırlanmışdı və əla idi. Bu layihə uğurla başa çatdıqdan sonra Anqoyda Heydər Əliyevin adını daşıyan daha bir stansiyasının inşasına başladılar”.
Mətləb