Danimarka şahzadəsi 14 illik arvadını boşadı
Yunanıstan və Danimarka şahzadəsi Nikolaos özündən 11 yaş kiçik həyat yoldaşı Tatyana Blatnikdən boşanıb. Bu barədə məlumat kral ailəsinin saytında dərc edilib:
"Şahzadə Nikolaos və şahzadə Tatyana tərəfindən qəbul edilmiş mühüm qərar barədə məlumat vermək istərdik. On dörd illik evlilikdən sonra onlar qarşılıqlı razılıq əsasında birliklərini ləğv etmək qərarına gəldilər. Bu qərar böyük qayğı və qarşılıqlı hörmətlə qəbul edildi"- məlumatda belə qeyd olunur.
Qeyd edək ki, cütlük 14 il evli olub.
Mətləb