Bazar günü, 20 iyul 2025
     

Aşıq Müseyib yaradıcılığında Heydər Əliyev obrazı

Image

Bilirik ki, ləngərli səsi və ifası ilə daim könüllərdə yaşayacaq Aşıq Müseyib Aşıq sənətinin ən mükəmməl qoruyucularından, çoxəsrlik keçmişə malik aşıq sənətinin ən sadiq aşıqlarından biri olub. 

O, Aşıq sənətinin ənənələrinə ömrünün sonuna kimi şərəflə qulluq edib və nəsillərə çatdırıb. Aşıq Müseyibin xalq ruhu ilə həmahəng olan əsərləri Azərbaycanın mədəniyyət xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Onun təbiətə məhəbbəti, vətənpərvərlik hissləri, ana dilimizin saflığına münasibəti, dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Mənbələrdə deyildiyi kimi, Aşıq Müseyib çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasına düşməsində onun da böyük rolu var.

Aydındır ki, Aşıq Müseyib yaradıcılığı  gözəlliklə, müdrikliklə, bəşər idrakının kamilliyi ilə əhatələnmiş sirli, sehrli, möcüzəli söz ümmanıdır. Aşıq Müseyib ustad sənətkar olmaqla yanaşı, öz yaradıcılığında Azərbaycan dilinin poetik imkanlarından, bədii ifadə vasitələrindən düzgün istifadə etməklə, şeir nümunələrinin xəlqiliyini, sadəliyini, forma və üslub xüsusiyyətlərinin keyfiyyətlərini qoruyub və öz gözəl töhfələri ilə söz şeir sənətimizi daha da zənginləşdirib. Onun şeirlərində başlıca mövzu olaraq məhəbbətin tərənnümü, gözəllərin tərifi, təbiətin təsviri, əxlaqi-tərbiyəvi fikirlərin təbliği və ictimai nöqsanların tənqidi əsas yer tutub.

Elə bu gün də Aşıq Müseyib yaradıcılığı Azərbaycanın mədəniyyət inciləri kimi diqqət çəkir və gələcəkdə də bu ədəbi irs lazımınca təbliğ ediləcək. 

Aşıq Müseyib yaradıcılığında müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin uğurlu siyasi fəaliyyəti də poetik məzmun kəsb edir. Yaradıcı aşıq xaos dövründə - Azərbaycanın parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı dövrdə Heydər Əliyevin xalqın təkidi və tələbi ilə ölkəmizə qayıtması və yenidən hakimiyyətə gəlməsini hamımız üçün vacib hadisə hesab edir və o dahi şəxsiyyətin xalq və dövlət üçün etdiklərini məsnəvi şəkilli şeirlə parlaq ifadə edir. Şeirdəki axıcı lirizim oxucunu heyran qoyur:

 

Hərdən fikrə dalıram, düşünürəm dərindən, 

Ötüb keçən günlərin ötmürəm üzərindən.

 

Nələr gördü, İlahi, bu dünyada gözümüz, 

Tapdalandı haqqımız, tapdalandı sözümüz. 

 

Zindanlara atıldı bu vətənin mərdləri,

Aşdı, həddini aşdı insanların dərdləri. 

 

Yazda palçıqlı yollar, qışda şaxta, qar, boran,

Bir tərəfdə xəstəlik, bir tərəfdə qansoran. 

 

Ürəklərdə həyəcan, Sibir, sürgün qorxusu, 

Qaçırdı səhərəcən gözümüzün yuxusu. 

 

Sübhəcən qəlbimizdə yalvarırdıq Allaha, 

Özü çatsın köməyə, özü çatsın pənaha. 

 

Əyilməyə qoymadı Yaradanım dizləri,

Xoş xəbərlə bir səhər sevindirdi bizləri. 

 

Dahi Heydər Əliyev rəhbər gəldi millətə, 

Bütün dünya mat qaldı onda olan qeyrətə.

 

Şeirin bura qədər olan hissəsi içimizdə dərin bir vahimə yaradır. Oxuduqca az qalırıq ağlımızı qaçıraq; çünki o dövrün acı günlərini ustad aşıq elə göynərtili vəsf edib ki, hər dəfə təkrar oxuduqca tüklərimiz biz-biz olur. Lakin "Dahi Heydər Əliyev rəhbər gəldi millətə, Bütün dünya mat qaldı onda olan qeyrətə" fikrini oxuyandan sonra içimizdə rahatlıq yaranır. Əmin oluruq ki, bu dahi şəxsiyyətin olduğu yerdə heç kim xalqımıza və dövlətimizə divan tuta bilməz. Elə ustad aşıq da şeirin bundan sonrakı hissəsində məhz Heydər Əliyevin mərd xarakterini, xalq-dövlət sevgisini, apardığı quruculuq işlərini və s. önəmli hadisələr və hallar kimi qeyd edərək oxucuda – elə bizim hamımızda bir sakit ovqat yaradır. Bunu aşağıdakı fikirlərdə aydın görürük:

 

İradəylə, inamla hey yaratdı, hey qurdu, 

Millətin arxasında o, dayandı, o, durdu. 

 

Azərbaycan qazandı keçiçi bayraqları, 

Pöhrə verdi, gül açdı yurdumun torpaqları.

 

Ağ qızılla Mil-Muğam bəzəndi başdan-başa,

Yaşıl üzüm bağları tamaşaydı-tamaşa. 

 

Dillərdə dastan oldu limonumuz, çayımız, 

Elə bil İlahidən verilmişdi payımız. 

 

Kərpic evlər sökülür, daş evlər tikilirdi, 

İnsanların üzündən qəm, kədər çəkilirdi. 

 

Hamı Azərbaycana həsəd ilə baxırdı,

Sevincimiz düşməni yandırırdı-yaxırdı.

 

Bu parçalarda yeni quruculuq işləri, Heydər Əliyevin Azərbaycana verdiyi xoşbəxt günlərin xoş ovqatı poetik şəkildə elə cilalanır ki, o illəri bir daha gözünün önünə gətirir, o bəxtəvərlik işığı səpilən anları alqışlayırsan. Təbiidir ki, belə bir qurucu insanı Moskva dərhal özünə çəkməli idi və çəkdi də. Uzun illər Kreml Heydər Əliyevin siyasi uğurundan faydalandı. Aşağıdakı misralar da elə bunu ifadə edir:

 

Görəndə yaratdığın, qurduğun tərəqqini,

Moskvaya çağırdı Sovet dövləti səni.

 

Böyüdüldü vəzifən, artdı şanın-şöhrətin,

Dünyada həmin günü bayram etdi millətin.

 

Parladı günəş kimi, şöhrətin aya çatdı, 

Kainatın üzündə "hay" xalqı yasa batdı.

 

Bu misralar aşkar göstərir ki, heydər Əliyevin quruculuq işi, möhtəşəm siyasi fəaliyyəti Azərbaycanı sevməyən qüvvələrə sərf etmirdi, ölkəmizdə Cənnət qurub-yaradan dahi insana qarşı o dövrdə əks addımlar atanlar onun uğurunu, yüksəlişini həzm edə bilmədilər və Heydər Əliyev Moskvadan imtina edərək Azərbaycana qayıtdı. Biz aşağıdakı misralarda bu ictimai səciyyəni bir daha aydın sezə bilirik:

 

Baxdıqca qüruruna, işıq saçan çöhrənə, 

Başı xallı Qorbaçov düşmən kəsildi sənə.

 

Onun namərdliyinə etiraz edərək sən,

Dərhal istefa verdin tutduğun vəzifədən.

 

O zamandan "hayların" açıldı əl-ayağı,

Sənsiz inan, millətin parçalandı dayağı.

 

Ermənilər zəli tək canımıza çökdülər,

Evimizi yandırıb, qanımızı tökdülər.

 

Qırdılar Xocalıda günahsız insanları,

Töküldü qar üstünə körpələrin qanları.

 

Yandı, işğal olundu bir neçə şəhərimiz,

Zülmətə qucaq açdı işıqlı səhərimiz.

 

Bu hal millətimizi, həvəsdən salammadı,

İçimizdə dolanan inamı alammadı.

 

Qoymadıq bu Vətəni sahibsiz, başsız qala,

Əldən əllərə keçə, torpasız, daşsız qala.

 

Oğlu, qızı bu xalqın and içib Allahına,

Saf ürəklə, inamla sarıldı silahına.

 

Qarabağ başdan-başa od içində yanırdı,

Baş ölkələr sadəcə bu qırğını danırdı.

 

Çoxlarının bir anda çilikləndi valları,

Sıxdı sənin əlini dünyanın kralları.

 

Millət sənə söykəndi, çəkinmədin yolundan,

Daşa bağladın daşa lobbiləri qolundan.

 

Xarici səfirləri gərək bildin özündə,

Qüsur tapa bilmədi kimsə sənin sözündə.

 

Qan-qada yaradanın özün kəsdin üstünü,

Dağıtdın yurdumuza çökən qara tüstünü.

 

Hamı "Yaşasın Heydər! Var olsun Əliyev!" dedi,

Bu düyünü açmağa özün sinə gər dedi.

 

Yuxarıdakı misralardan bəllidir ki, Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri gördüyü işlərin hamısında bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Məhz bugünkü xoşbəxtliyimizin təməli də elə ümummilli liderin gərgin siyasi fəaliyyətinin bariz örnəyidir.

 

Yoxuymuş bir çoxunun bazarları, behləri,

Sənin səcdənə gəldi dünyanın fatehləri.

 

Çəkilməz bu dərdləri sən özün tənha çəkdin,

İnsanların qəlbində ümüd toxumu əkdin.

 

Qaranlıq gecələrdə döndün nurlu çırağa,

Dağılmış bu ölkəni sən qaldırdın ayağa.

 

Güclü dövlət yaratdın, güclü ordu yaratdın,

Bu imzanı, fərmanı ağ kağıza sən atdın.

 

Qüdrətli Ordumuzla birgə getdin savaşa

"Ali Baş Komandanım- Səni yaşa, min yaşa!"

 

Asıldı Horadizdən üç rəngli bayrağımız,

Sevindi dostlarımız, sevindi torpağımız.

 

Aşıq Müseyib o gün sazını aldı ələ,

Yaydı sənin vəsfini hər obaya, hər elə.

 

Vətən min alqış dedi adına axşam-səhər,

"Yaşasın Azərbaycan! Yaşasın Ulu Heydər!"

 

Göründüyü kimi, Aşıq Müseyib əsərinin bir növ, epiqrafı kimi təsir verən məsnəvi şəkilli bu hissədə dövlətimizin, xalqımızın, milli-mənəvi dəyərlərimizin, ən əsası ulu öndərin və onun layiqli davamçısının çətin, lakin şərəfli həyat yolu, enişli-yoxuşlu məqamlar, taleyüklü məsəslələr və s. aydın, məzmunlu səpkidə, sərrast fikirlərlə, həm də ilıq-isti poetik vəsflə təsvirə çəkilib, burada həqiqət birinci şərt kimi diqqətimizi özünə cəlb edir. "Yaşasın Azərbaycan! Yaşasın Ulu Heydər!" və "Ali Baş Komandanım Səni yaşa, min yaşa!" ədəbi aspektində xalqın ümummilli lideri Heydər Əliyevə, onun layiqli davamçısı, ölkə rəhbəri İlham Əliyevə sonsuz ehtiram ifadə olunur. 

Bu hissədə diqqət çəkən bir nüans da Aşıq Müseyib sevgisində dövlətçilik amilidir:

 

Aşıq Müseyib o gün sazını aldı ələ,

Yaydı sənin vəsfini hər obaya, hər elə.

 

Bu, həm də o anlamı verir ki, xalqımızın əldə etdiyi zəfər, qələbə bütün qələm sahibləri üçün əsl və əsas mövzudur...  

Yuxarıdakı şeirdə ümummilli liderin siyasi bənzərsizliyi ustalıqla açılır, vurğulanır ki, Heydər Əliyevin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.

Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. 

Bir sözlə, ustad aşıq Müseyib Nəsibovun yaradıcılığında Heydər Əliyev şəxsiyyəti işıqlı Obraz kimi cilalanıb, Aşıq Müseyib Heydər Əliyevin siyasi uğurunu səciyyələndirən misralarında o böyük insanın sözdən Abidəsini yonub. 

Eldar Həsənli
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist




VİDEO

SON XƏBƏRLƏR

20.07.2025 / 15:52
Dünya mediası İlham Əliyevin çıxışında bu məqamlara xüsusi diqqət çəkdi... - FOTO

20.07.2025 / 15:16
Ukrayna konstitusiyasında rus dilinə verilən xüsusi statusun ləğvi təklif edildi...

20.07.2025 / 14:56
Rusiya alimi Kərim Şükürova və Yaqub Mahmudova qarşı çağırış etdi - "məhrum edilsinlər"...

20.07.2025 / 14:22
III Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib - YENİLƏNDİ

20.07.2025 / 14:10
"İkitərəfli müstəvidə sülh gündəliyinin irəli aparılması üçün nailiyyətlər əldə olunub" - Hikmət Hacıyev

20.07.2025 / 13:48
"Bu gün kontent yaradıcılığı baxımından Azərbaycan mediasının göstəriciləri artıb" - Prezidentin köməkçisi

20.07.2025 / 13:40
"Dezinformasiya bu gün media mühitində ən təhlükəli təhdidlərdən biridir" - Avropa Xəbər Agentlikləri Alyansının baş katibi:

20.07.2025 / 13:34
Hikmət Hacıyev Azərbaycanın MDB-nin Moskva iclasında iştirak etməməsinin səbəblərini açıqladı

20.07.2025 / 11:50
"Jurnalistikanı blogerlikdən ayırmağın vaxtı gəlib" - Qlobal Forum iştirakçısı

20.07.2025 / 11:17
Prezidentin köməkçisi: "Azərbaycana qarşı fəal dezinformasiya dalğaları olur"

20.07.2025 / 11:07
"Şuşa Qlobal Media Forumunda müxtəlif ideyalar və yenilikçi baxışlar formalaşır" - Hikmət Hacıyev

19.07.2025 / 23:55
Prezident İlham Əliyevin sosial şəbəkələrdəki rəsmi səhifələrində III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündən görüntülər paylaşılıb - VİDEO

19.07.2025 / 21:37
Prezident: "Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır"

19.07.2025 / 21:28
"Qarabağ və Şərqi Zəngəzur artıq cənnətin kiçik bir parçasıdır" - Prezident

19.07.2025 / 21:16
Azərbaycan Prezidenti: "Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir"

19.07.2025 / 21:15
Azərbaycan Rusiyanı beynəlxalq məhkəməyə verəcək...

19.07.2025 / 21:11
"Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planları var" - Prezident

19.07.2025 / 21:01
Prezident İlham Əliyev: "Azərbaycan mediasının inkişafı məni çox sevindirir"

19.07.2025 / 20:57
"Biz xarici investorları enerji sektoruna cəlb edirik" - Prezident

19.07.2025 / 20:50
Prezident: "Mən süni intellektdən istifadə etmirəm"

19.07.2025 / 20:39
Prezident İlham Əliyev: "İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik"

19.07.2025 / 20:32
"Azərbaycan və Ermənistana razılığa gəlməkdə kömək etmək səylərinə görə Prezident Trampa minnətdarıq" - Prezident

19.07.2025 / 20:28
Azərbaycan Prezidenti qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb

19.07.2025 / 20:17
Prezident Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirdi

19.07.2025 / 20:10
Prezident İlham Əliyev Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadaladı

19.07.2025 / 19:59
"Cənubi Qafqaz sabit məkan olacaq" - Prezident İlham Əliyev

19.07.2025 / 19:56
Prezident Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqladı

19.07.2025 / 19:49
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda iştirak edib - FOTO/YENİLƏNDİ

19.07.2025 / 19:41
"Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır" - Prezident

19.07.2025 / 19:23
"Biz indi beynəlxalq səhnədə daha fəalıq" - Prezident

19.07.2025 / 19:15
Prezident: "İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun"

19.07.2025 / 19:12
"Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır" - Prezident

19.07.2025 / 19:10
Bakı ilə İrəvanın arasında Paris özünü bu dəfə belə pərdələyir - "göz yaşları"...

19.07.2025 / 19:03
Azərbaycan Prezidenti: "ABŞ-la güclü tərəfdaşlıq münasibətlərinin dəstəkləndiyini görürük"

19.07.2025 / 18:40
"Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir" - Prezident

19.07.2025 / 18:35
Ərdoğan Trampın “50 gün” hədəsindən Putini xilas etmək istəyir...

19.07.2025 / 18:28
Prezident İlham Əliyev: "Bizim etibarlı tərəfdaş imicimiz var"

19.07.2025 / 18:20
"Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır" - Prezident

19.07.2025 / 18:06
AB Azərbaycan qazına möhtac... Rəsmi Brüssel isə bizə pislikdən əl çəkmir…

19.07.2025 / 18:01
Prezident: "Zəngəzur dəhlizinin potensialı ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirilir"

19.07.2025 / 17:38
Azərbaycanın MDB İqtisadi Şura iclasından imtinasının ardınca maraqlı bəyanat səsləndi...

19.07.2025 / 17:36
"Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir" - Prezident

19.07.2025 / 17:24
Prezident İlham Əliyev: "Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb"

19.07.2025 / 17:09
Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı keçirilib - FOTO

19.07.2025 / 16:52
Yunus peyğəmbərdən sonra üçüncü Yunus... Yunus Oğuz - 65

19.07.2025 / 16:37
Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır

19.07.2025 / 16:10
"Dünya liderləri Prezident İlham Əliyevdən çox şeyləri öyrənə bilər" - Rusiyalı politoloq

19.07.2025 / 15:33
Ermənilər Ağdamda qəbirlərdən protezləri də oğurlayıblar...

19.07.2025 / 14:16
Azərbaycan-Pakistan mövcud strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

19.07.2025 / 12:18
Milli Məclisdən Belçika parlamentinə sərt cavab - regionda yeni gərginlik ocağı yaratmağa çalışırlar...

19.07.2025 / 11:45
Prezident İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqlədi

19.07.2025 / 11:33
Azərbaycanda geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sistemi tətbiq ediləcək - SƏRƏNCAM

19.07.2025 / 10:12
ŞOK - Özbəkistanda İŞİD-ə məxsus terror qruplaşması aşkar edildi!

19.07.2025 / 10:08
İrəvanda keçmiş deputat hakimiyyətin devrilməsinə çağırışa görə həbs edilib

19.07.2025 / 10:01
"Napoli" Vikter Osimhen üçün "Qalatasaray"a "HƏ" dedi

19.07.2025 / 09:53
Milli Məclis Belçika Nümayəndələr Palatasının qətnaməsinə kəskin etirazını bildirib

19.07.2025 / 09:27
Müəllimlər kimi həkimlər də "yazı-pozu" ilə hədsiz yükləniblər...

19.07.2025 / 08:42
Ət 1 manat da bahalaşdı....

18.07.2025 / 23:20
Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecə keçirildi - FOTO

18.07.2025 / 22:32
İctimai Birlik sədri Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 22:18
“65 illik yubileyiniz mübarək olsun, ustad!” - Missiya TV-nin baş redaktorundan Aydın Quliyevə təbrik...

18.07.2025 / 21:51
Prezident İlham Əliyev İraq Prezidentinə başsağlığı verdi

18.07.2025 / 21:50
Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatlar nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

18.07.2025 / 21:35
Ermənistanı elə Avropanın özü vurmağa hazırlaşır - Makron nə ilə fərqlənir?..

18.07.2025 / 21:23
65 İLLİK ÖMÜR YOLUNA DƏYƏR VERƏN İNSANA! - Milli İstiqlalçıların Aydın Quliyevə yubiley təbriki...

18.07.2025 / 21:20
31 tona yaxın qızıl almışıq - yığım, ya emal üçün?

18.07.2025 / 21:06
İmamoğlunun həbsindən sonra Türkiyənin iç siyasətində mümkün təmayüllər - sabitlik qalacaqmı?..

18.07.2025 / 20:53
Bakıdan Parisə sərt sillə - dünya mediası Azərbaycanın möhtəşəm uğuruna heyrandır...

18.07.2025 / 20:39
Avropa İttifaqı yeni SSRİ olmaq istəyir - Cənubi Qafqazda ilk olaraq Gürcüstanı əzəcək...

18.07.2025 / 20:26
Qonşularla müqayisədə iki rəqəm bizi geridə qoyur...

18.07.2025 / 20:14
Çin-Hindistan-Rusiya ittifaqı? - XİN-in yeni strategiyasında ən ağır maneə...

18.07.2025 / 20:00
Azərbaycanın çay ixracı azalır... Niyə?

18.07.2025 / 19:47
Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

18.07.2025 / 19:35
"Erməni kilsəsi İŞİD-dir, molla rejimi ilə bir addımlayır" - təhqirin biri "1 qəpik"…

18.07.2025 / 19:26
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Aydın Quliyevi təbrik etdi

18.07.2025 / 19:22
Suriyada Türkiyə-İsrail müharibəsi hər an başlaya bilər...

18.07.2025 / 19:09
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 19:04
Müəllimlər müəllimi Sabir Qurbanov - FOTO

18.07.2025 / 19:04
BMT-nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir

18.07.2025 / 18:50
İsrailin Suriyanı vurması Azərbaycanın siyasətinə bəzi çətinliklər yaradır...

18.07.2025 / 18:46
Bakıda Türkiyə-Azərbaycan Qardaşlıq Forumu keçirildi

Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910