KÖHNƏ VERSİYA            

Bakıda Fransız Liseyinin bağlanması hələ başlanğıcdır - Fransaya lazımı dərs verilməlidir...

Image

Məhərrəm Zülfüqarlı: “Vəziyyətin bu şəkil alması Makron hökumətinin yürütdüyü düşmənçilik siyasətinin nəticəsidir”

Azərbaycana qeyri-dost münasibəti sərgiləyən və davranışları ilə bütün sahələrdəki əlaqələrimizə zərbə vuran, indiyə qədər görülən xoşməramlı işlərin üsütndən xətt çəkməyi hədəfləyən Fransa hökuməti təhsil sahəsindəki birgə işlərə də kölgə salmaqdadır. 

Bilirik ki, Azərbaycanda Fransaya bağlı təhsil müəssisələri var. Bu təhsil müəssisələrinin ziyanla işləməsinə baxmayaraq, Azərbaycan dövləti humanistlik edərək bu müəssisələrin fəaliyyətinin  irəliləməsinə dəstək olub. Fransa isə bunun tamamilə əksini edib.

Yayılan məlumata görə, Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılması qərarının qəbul edilməsinə əsas səbəblər 10 illik fəaliyyəti ərzində Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL) şagird sayının fəaliyyət planında nəzərdə tutulan saydan əsaslı şəkildə aşağı olması, saxlanma xərcləri ilə bağlı çətinliklər, habelə fəaliyyətin iqtisadi cəhətdən səmərəli olmamasıdır. Bu barədə Bakı Fransız Liseyindən KİV-ə məlumat verilib.

Bildirilib ki, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyi (ABTM) təsisçisi olduğu liseyin ləğv olunması haqqında qərar qəbul edib.

Məlumata görə, 320 şagird üçün nəzərdə tutulan məktəb, bu illər ərzində təsisçi tərəfindən təyin edilən hədəfə çatmayıb, 200 nəfərlik baryeri (60 faiz) keçə bilməyib, bu isə öz növbəsində məktəbin rentabelliyinə ciddi şəkildə təsir göstərib və təsisçi öz büdcəsindən hər il BFL-in fəaliyyətinin davam etdirilməsi üçün əlavə xərcləri qarşılamaq məcburiyyətində qalıb. “Qeyd olunanları nəzərə alaraq cari vəziyyətdə BFL-in bundan sonrakı fəaliyyətini davam etdirməsi təsisçi tərəfindən mümkünsüz hesab edilib. BFL-də tədris ilinin iyulun 1-də başa çatacağını nəzərə alaraq şagirdlər təhsil proqramının sonuna qədər təhsillərini davam etdirəcək və ləğv olunma haqqında qərar yalnız iyulun 1-dən qüvvəyə minəcək”, - deyə məlumatda bildirilib.

“Azərbaycan Fransanın qərəzli siyasətinə daha sərt formalarda reaksiya verə bilər” 

Məsələyə şərh verən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra əsas istiqamət Qərbə inteqrasiya yolu idi. O qeyd etdi ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cumhuriyyətinin varisi kimi məhz demokratik yolu tutmalı idi, bu yolu da tutdu, ona görə də biz Avropa Şurasına da, ATƏT-ə də daxil olduq. M.Zülfüqarlı vurğuladı ki, ATƏT-in Minsk qrupu 27 il Qarabağ problemini dinc yolla həll edəcəyinə söz versə də, heç bir nəticə əldə olunmadı. “Qaldı Azərbaycan-Fransa münasibətlərinə, əvvəlki hakimiyyət illərində, Sarkozi hakimiyyəti dövründə müsbət irəliləyişlər vardı, bu barədə də çoxlu faktlar var. Azərbaycanla Fransa arasında münasibətlərin pisləşməsi Makron rejiminin qatı ermənipərəst mövqe tutmasından sonra başladı. Erməni amilindən həmişə Avropa ölkələri qardaş Türkiyəyə, Osmanlı imperiyasına, Azərbaycana  qarşı bir vasitə kimi istifadə edir. Müasir zamanda da Makron həmin prosesi çox ifrat dərəcədə həyata keçirməyə başladı. Buna qədər isə Azərbaycan-Fransa münasibətləri normal olub. O dövrdə isə Bakıda Fransız Liseyi açıldı, hətta  Azərbaycan Fransa Universiteti yaradıldı. Bu onun göstəricisi idi ki, Azərbaycan başqa Qərb ölkələri ilə yanaşı Fransa ilə də  münasibətləri normal qurmaq niyyətində olub. Azərbaycanda indiki dövrdə Avropa Azərbaycan məktəbi də var. Bu özəl məktəblərin fəaliyyəti digər Qərb ölkələri ilə münasibətdə özünü göstərir. Amma Fransanın indiki rəhbərliyinin yeritdiyi düşmənçilik siyasəti məhz ona gətirib çıxardı ki, artıq Fransa bu münasibətini gizlətmədi, öz səfirini Azərbaycandan geri çağırdı. Azərbaycan da buna uyğun addımlar atmağa başladı. Demək istəyirəm ki, münasibətlərin bu cür gərginləşməsinin günahkarı Fransanın indiki hökumətidir”-deyə M.Zülfüqarlı bildirdi.

M.Zülfüqarlı qeyd etdi ki, Bakı Fransız Liseyinin bağlanmasının da məsuliyyətini Makron hökuməti daşıyır. “Bir müəllim kimi, əlbəttə, hansısa bir məktəbin bağlanmasını istəməzdim, orada Azərbaycan uşaqları təhsil alır. Bizə münasibəti yaxşı olmayan ölkənin tarixini, mədəniyyətini, dilini daha yaxşı öyrənməyimiz lazımdır ki, bizim gələcəkdə onlara cavab verəcək kadrlarımız olsun. 

Məsələ burasındadır ki, vəziyyətin bu şəkil alması Makron hökumətinin yürütdüyü düşmənçilik siyasətinin nəticəsidir. Azərbaycan hər zaman öz humanist addımları ilə problemin həllinə çalışıb, amma Fransa hökuməti tamamilə başqa mövqe tutub”. 

M.Zülfüqarlı hesab edir ki, bu gün Makron hökumətinin qərəzli, düşmən siyasətinə cavab olaraq bu lisey fəaliyyətini dayandırır, amma sabah ola bilsin, Fransada hakimiyyətə Azərbaycanla normal münasibət qurmaq istəyən hökumət gəlsin, onda bu liseyin fəaliyyətinin bərpa edilməsi yenidən nəzərdən keçiriləcək. “Bu hadisənin günahı Makrondadır. Bu liseyin şagirdləri də, onların valideynləri də bilməlidirlər ki, bizə düşmən mövqeyi tutan bir hakimiyyətin təmsil etdiyi ölkənin məktəbinin, təhsil müəssisəsinin olması bizdə müsbət əhval yaratmır. Bu müsbət ab-havanın olmamasının da təqsirkarı yenə Makrondur. Əlbəttə, Azərbaycan Fransanın qərəzli siyasətinə daha sərt formalarda reksiya verə bilər”.

M.Zülfüqarlı ümid edir ki, Fransada hakimiyyət dəyişdikdən, normal şəxslər hakimiyyətə gəldikdən sonra təhsil sahəsinə də yenidən baxılacaq, amma Makronun hakimiyyətdə olduğu dövrlərdə münasibətlərdə müsbət heç nə gözlənilmir. 

İradə SARIYEVA







VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Dilimizin Monitorinq Mərkəzi niyə ləğv edildi... Prezidenti məcbur buraxan nüanslar...

Belçika parlamentindən Azərbaycana absurd tələb - “qoşunlarınızı Ermənistandan çıxarın!..”(?)

Ermənistan Azərbaycanla "Transsərhəd çaylar" əməkdaşlığında maraqlı deyil...

SON XƏBƏRLƏR

23.11.2024 | 12:16
Baş nazir Əli Əsədov köhnə qərarı ləğv edib yeni qərar imzaladı

23.11.2024 | 12:00
Livanda bəzi xəstəxanalar fəaliyyətini dayandırıb - ÜST həyəcan təbili çalır

23.11.2024 | 11:30
Qaz partlayışından xəsarət alan Cəhri sakini Bakıda vəfat edib

23.11.2024 | 11:20
Deputatlarımız Moskva yolçusudur

23.11.2024 | 11:10
Neftimizin qiyməti 76 dolları ötüb - dünya bazarında son durum

23.11.2024 | 11:05
Azərbaycanın əl-ayağına düşüb minnətdar olmalı idilər ki, "bizim bərbad etdiyimiz dünyanı siz xilas edirsiniz"!

23.11.2024 | 11:00
"Bu cəhdlər bütün bəşəriyyət üçün fəlakətlə nəticələnə bilər" - türkiyəli iqtisadçıdan XƏBƏRDALIQ

23.11.2024 | 10:30
“Neftçi” “Zirə”yə, “Səbail” “Qarabağ”a qarşı

23.11.2024 | 10:20
Gəncədə yük maşını beton hasara çırpılaraq yanıb

23.11.2024 | 10:15
Bu iş adamı ABŞ-ın maliyyə naziri olacaq

23.11.2024 | 10:05
Neftçalada avtomobil və motosiklet toqquşub, bir nəfər ölüb

23.11.2024 | 10:00
ABŞ-ın bu hərəkətləri müharibə risqi yaradır - Pxenyandan ETİRAZ

23.11.2024 | 10:00
Bu gündən bəzi məktəblərdə dərslər başlayıb

23.11.2024 | 09:25
Minimum aliment 11 manat artırılır...

23.11.2024 | 09:22
Makron dayanmır - yenə qalmaqal, yenə gərginlik...

23.11.2024 | 09:15
Donald Tramp bu prokurorları işdən çıxaracaq - “The Washington Post”

23.11.2024 | 09:10
Ronaldonun komandası ilk dəfə məğlub oldu

23.11.2024 | 09:05
Britaniya bankından ŞOK addım - Rusiya və Belarusdan ödənişləri DAYANDIRDI

23.11.2024 | 09:00
“Tramp praqmatik insandır”, - Medvedevdən açıqlama

23.11.2024 | 08:42
Rubl kağıza dönür - Bakıya pul göndərən soydaşlarımız çətinlikdədir...

23.11.2024 | 01:11
Rusiya Ukraynanı ilk dəfə bu silahla vurdu - dünyanı dəhşətə salan GÖRÜNTÜLƏR...

22.11.2024 | 21:58
Macarıstanın baş naziri Orban İsrailin baş naziri Netanyahunu həbs qərarından niyə müdafiə etdi?...

22.11.2024 | 21:12
25-də Gürcüstanda baş verəcəklər dünyanı narahat edir...

22.11.2024 | 20:58
BC Məhkəməsi Netanyahunu və Qallantı hansı cinayətlərə görə həbsə məhkum etdi...

22.11.2024 | 20:43
Dilimizin Monitorinq Mərkəzi niyə ləğv edildi... Prezidenti məcbur buraxan nüanslar...

22.11.2024 | 20:32
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır

22.11.2024 | 20:28
Avroittifaq missiyası Ermənistanda müşkül problemə çevrildi - 1 ay qaldı...

22.11.2024 | 20:15
Dünyada pul var, ancaq müharibəyə xərclənir - COP29 çağırış edir...

22.11.2024 | 20:01
Ukrayna cəbhəsində hər iki tərəf nüvə müharibəsini sürətləndirir...

22.11.2024 | 19:46
Avropa Birliyi Türkmənistanla Transxəzər layihəsini canlandırır - səbəb...

22.11.2024 | 19:33
ABŞ və Çin COP29-da sərrast ittiham olundular...

22.11.2024 | 19:19
Ermənistan Hindistandan yeni hücum texnikası alır...

22.11.2024 | 19:05
"COP29 niyə maliyyə COP-u adlanır" sualı Bakıda cavablanacaq...

22.11.2024 | 18:47
Belçika parlamentindən Azərbaycana absurd tələb - “qoşunlarınızı Ermənistandan çıxarın!..”(?)

22.11.2024 | 18:34
Lüksemburq parlamenti Azərbaycana qarşı qətnamə çıxardı - növbəti qərəz...

22.11.2024 | 18:20
Azərbaycanda məktəblərin yarısı hələ yüksəksürətli internetə qoşulmayıb...

22.11.2024 | 18:10
"Həll olunmamış məsələlərə son düzəlişlər üçün iştirakçılarla işləməyə davam edəcəyik" – Yalçın Rəfiyev

22.11.2024 | 18:06
100-dən az şagirdə dərs keçən məktəblər hələ də böyük sayda mövcuddur...

22.11.2024 | 17:55
Ölkədə ilk dəfə tam marafon qaçış yarışı keçriləcək

22.11.2024 | 17:53
Ermənistan Azərbaycanla "Transsərhəd çaylar" əməkdaşlığında maraqlı deyil...

22.11.2024 | 17:50
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO

22.11.2024 | 17:40
ABŞ Rusiyanın ən qorxduğu sanksiyanı da tətbiq etdi - "Qazprombank"...

22.11.2024 | 17:33
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib - FOTO

22.11.2024 | 17:30
Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

22.11.2024 | 17:27
İranda Qaşqay türkləri güclə “lorlaşdırılır”...

22.11.2024 | 17:14
COP29 adətlərimizin və mədəniyyətimizin mühüm təbliğ arenasına çevrildi...

22.11.2024 | 17:06
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərinin dairəsi və səlahiyyət müddəti müəyyənləşdi

22.11.2024 | 17:00
Almaniyanın 3-cü Dünya Müharibəsi planı ortaya çıxdı - Rusiyaya qarşı 800 minlik NATO ordusu və 200 min hərbi texnika...

22.11.2024 | 16:48
COP29-da misilsiz maliyyə hədəfi - 100 milyarda qarşı 250 milyard təklif edildi...

22.11.2024 | 16:44
"Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb" - Prezident

22.11.2024 | 16:40
Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanladı

22.11.2024 | 16:30
Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamədə dəyişiklik edildi

22.11.2024 | 16:15
Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verildi

22.11.2024 | 16:10
“Lüksemburqun Deputatlar Palatasının qətnaməsi siyasi riyakarlığın növbəti nümunəsidir” - Vüqar Rəhimzadə

22.11.2024 | 16:07
Qazaxın azad edilən dörd kəndində sərhəd zastavaları tikiləcək

22.11.2024 | 15:50
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

22.11.2024 | 15:49
"İqlim tədbirlərinin maliyyələşdirilməsi CO2 emissiyalarının azaldılması olmadan mümkün deyil"

22.11.2024 | 15:35
ABŞ Ukrayna və müttəfiqlərinə xəbərdarlıq etdi - Rusiya eksperimental silahlardan istifadə edə bilər...

22.11.2024 | 15:30
"Avropa nümayəndə heyəti iqlim maliyyələşdirilməsi üzrə intensiv danışıqları davam etdirir" – Berbok

22.11.2024 | 15:16
Putin üç ölkəni açıq hədələdi – onları vurmaq bizim haqqımızdır…

22.11.2024 | 15:03
“Nar”dan “Sərfəli cümə” təklifi – 50% endirimlə smartfon əldə et!

22.11.2024 | 14:47
Ukraynanın hökumət binaları Rusiya raketlərinin hədəfində - Radanın iclası ləğv edildi...

22.11.2024 | 14:31
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır

22.11.2024 | 13:41
"Azərbaycan təcrübəsi gələcək beynəlxalq tədbirlər üçün nümunə ola bilər" - COP29 iştirakçıları...

22.11.2024 | 13:27
COP29-da İrəvandakı Azərbaycan mədəni irsinin dəyişdirilməsinə dair tədbir keçirildi

22.11.2024 | 13:04
Азербайджан лечит Армению профессионально и успешно - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

22.11.2024 | 12:48
Paşinyan Ermənistanda despot rejimə keçir

22.11.2024 | 12:37
Qazaxın azad olunan 4 kəndində müşahidə-nəzarət kameraları quraşdırılıb

22.11.2024 | 12:24
COP29 çərçivəsində Afrikada tətbiq olunan yaşıl təşəbbüslərə dair tədbir keçirilib

22.11.2024 | 12:07
Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib

22.11.2024 | 12:00
COP29-da danışıqlar qruplarının iştirakı ilə Qurultay olub

22.11.2024 | 11:52
General azad olunan ərazilərdə yeni yaradılan strukturları açıqladı

22.11.2024 | 11:43
Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər - FOTO

22.11.2024 | 11:30
XIV tura bu gün "Kəpəz" - "Araz-Naxçıvan" matçı ilə start veriləcək

22.11.2024 | 11:15
"Azərbaycanlı tələbələrin şüarlarında ekstremizm faktları yoxdur" - Rusiya İstintaq Komitəsi

22.11.2024 | 11:05
"Bu tendensiyalar davam edərsə, iqlim dəyişikliyinə mənfi təsirlər daha da artacaq" - alman nazir

22.11.2024 | 11:03
Putin Qərbi vurmaqla hədələdi. İndi müharibənin şəkli necə dəyişəcək? - CANLI

22.11.2024 | 11:00
Bu gün Sabunçunun bəzi ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ

22.11.2024 | 10:30
Bu Türkiyə klubunun borcu 10 milyardı keçib

22.11.2024 | 10:20
Təbriz sakini İrəvanda döyülüb

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930