Paris məktəblərində acınacaqlı vəziyyət - müəllimlər ayağa qalxdı...
Parisin yaxınlığındakı Sena-Sənt-Deni departamentində müəllimlər, şagirdlər və onların valideynləri artıq iki aydır ki, təhsil müəssisələrində bərbad vəziyyətə, eləcə də resurs çatışmazlığına etirazlarının bildirirlər.
Departamentin təhsil işçilərinin ilin sonunadək davam edəcək tətili barədə məlumat yayılıb. Müəllimlər aprelin 22-də yenidən tətilə çağırılıb.
Bir neçə həmkarlar ittifaqı dövlət məktəblərinin inkişafı istiqamətində struktur qərarlara böyük ehtiyacın olduğunu deyərək, bərpa planları tələb edirlər. Qeyd olunur ki, şagirdlərin valideynləri də tələblərə cavab verilməyənə qədər tətili davam etdirməkdə israrlıdır.
Həmkarlar ittifaqları dövlət orqanlarının öz öhdəliklərini yerinə yetirməyə məcbur etmək üçün bütün vasitələri nəzərdən keçirdiklərini vurğulayırlar.
ZÜMRÜD