KÖHNƏ VERSİYA            

G7 Ermənistan-Türkiyə sərhədini açmağa çağırdı - Zəngəzur dəhlizini unutdu...

Image

Tofiq Abbasov: Onların istəyi ondan ibarətdir ki, Ermənistanın inkişafına nəfəs vermək üçün tezliklə Ermənistanla Türkiyəni barışdırsınlar”

"Böyük Yeddilik" (G7) ölkələrinin xarici işlər nazirləri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bəyanatla çıxış ediblər. G7 ölkələri bəyanatda Ermənistan və Azərbaycanı sülh prosesinə sadiq qalmağa çağırıblar:

"Ermənistan və Azərbaycanı güc tətbiq etməmək, suverenlik, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanan layiqli və davamlı sülhə nail olmaq üçün sülh prosesinə tam sadiq qalmağa çağırırıq".

Həmçinin, G7 ölkələrinin Azərbaycan və Ermənistan arasında bütün səviyyələrdə, xüsusən müəyyən edilmiş danışıqlar mexanizmləri çərçivəsində gələcək konstruktiv təmasları dəstəkləməyə hazır olduğu bildirilib:

"Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Almatı Bəyannaməsinə sadiqliyin vacibliyini bir daha təsdiqləyirik. Regional əməkdaşlığın genişləndirilməsi və bütün sərhədlərin, o cümlədən Ermənistan-Türkiyə sərhədinin açılmasına çağırırıq".

Göründüyü kimi, G7 ölkələri  Ermənistan-Türkiyə sərhədlərinin açılmasına xüsusi önəm verir.

Qeyd edək ki, təşkilatın bu mövzuya həssaslığı regionda sülhün hökm sürməsi nöqteyi-nəzərindən təqdirəlayiqdir. Sual yaranır, bəs niyə G7 ölkələri Azərbaycan əraziləri 30 il müddətində Ermənistanın işğalı altında olarkən, bir dəfə də olsun, suverenliyə hörmət, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərini xatırlamır, bu barədə düşünmürdülər?

Siyasi şərhçi Tofiq Abbasov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, biz əgər yeddilərin, fövqəl dövlətlərin güc mərkəzlərinin bəyanatlarına fikir versək, bu yanaşmalardan görərik ki, onların selektiv yanaşmalara, ikili standartlara böyük diqqətləri var və onu təbliğ edirlər: “Aydındır ki, 30 ildir bizim bölgədə gərginlik var və səbəbkarı da Ermənistandır. Bir dəfə də olsun, dövlətlər tərəfindən ona irad bildirən olmayıb. Ancaq Azərbaycanın istəklərini, sorğularını qəribçiliyə salmaqla, Ermənistanı haqlı çıxarmağa çalışırdılar. Nəhayət biz bu problemlərin hamısının yükünü öz üzərimizə götürüb öhdəsindən gəldikdən sonra indi bizi təhdid edirlər. Yaxın Şərqə diqqət edək. İsrail fələstinliləri atəşə tutub, 40 minə yaxın insan tələf olub. Onlardan 7 minə yaxını uşaqdır. Görün, dünyanın səsi çıxır? Yox. Bu o deməkdir ki, onlar islam dünyasını parçalamağa can atırlar. Digər tərəfdən də istənilən qüvvələri müsəlmanları qırmağa, sıxışdırmağa məcbur edirlər. Əlbəttə, mən burda ən böyük günahı Türkiyə toplumunun daxilindəki o ab-havada görürəm. Türkiyə milləti, hakim partiya başda Ərdoğan olmaqla Azərbaycan üçün çox böyük xidmətlər göstərib. Eyni zamanda Azərbaycana çox böyük xidmət göstərən Dövlət Bahçəlinin rəhbərlik etdiyi Milliyyətçi Hərəkat Partiyasıdır. Onların həqiqətən də Azərbaycanla münasibətlərində elə bir vəziyyət formalaşıb ki, bizim qardaşlığımız, etimadımızı  möhkəmlədir. Amma Türkiyənin digər toplumu da var. Orada Azərbaycana qarşı bilərəkdən işləyən qüvvələr var. Cümhuriyyət Xalq Partiyası, digər liberal partiyalar, kosmopolot qüvvələr deyirlər ki, Azərbaycanla  qardaşlığımız ermənilərlə barışmağa mane olur. Bunu görməmək mümkünsüzdür. Bəllidir ki, Türkiyənin kosmopolit qüvvələri ilk növbədə Qərbin istəklərini nəzərə alaraq, bütün məsələlərdə hərəkətə keçirlər. Azərbaycanla Ermənistanın qarşıdurmasında həmin partiyaların nümayəndələri bir dəfə də olsa Azərbaycana dəstək verməyiblər. Türkiyə cəmiyyətinin bir kəsimi var ki, onun ürəyində erməni sevdası var. Bu da böyük təhlükədir. Xaricdə fəaliyyət göstərən Türkiyə səfirliklərinin personalı ilə bizim nümayəndələr, ictimai xadimlər münasibət qururlar. Bəzi ölkələrdə, o cümlədən Ukraynada Türkiyənin guya “soyqırım” törətməsi ilə bağlı ermənilər hücuma keçmişdilər. Onlar Ukrayna parlamentinin bu məsələdə Türkiyəni məhkum etməsini, qınamasını istəyirdilər. Azərbaycanlıların müraciətindən sonra səfirlikdə Türkiyənin təmsilçiləri  buna laqeyd bir münasibət göstərdilər. Bunu ona görə dilə gətirirəm ki, biz milli lider Heydər Əliyevin dövründə dedik ki, türklərlə azərbaycanlılar xaricdə, diaspor təşkilatları səviyyəsində birgə çalışsınlar. Çünki bizim düşmənimiz çox ciddidir. O həm Türkiyənin, həm də Azərbaycanın, eyni zamanda türk birliyi ilə islam birliyinin düşmənidir. Qərb birliyi də ermənilərdən bir alət kimi istifadə edir. Onlar bizim dirəklərimizi laxlatmağa, islam cameəsinin mövqələrini zəiflətməyə çalışırlar. İndi də görürsüz ki, yeni bir termin çıxıb - Qlobal Cənub. Qlobal Cənubun da əsasını təşkil edən islam birliyi, türk toplumudur. Bütün bunların hamısı aydın göstərir ki, Qərb, Avropa İttifaqı, Fransa, Amerika tərəfdən qərəzli bir yanaşma var. Onlar açıq-aşkar bizə düşmənçilik edirlər. Qafqaz bölgəsində, Qafqaz siyasətində onların istəyi ondan ibarətdir ki, Ermənistanın inkişafına nəfəs vermək üçün tezliklə Ermənistanla Türkiyəni barışdırsınlar. Burada Azərbaycanın gözləntiləri ilə sorğuları qəti nəzərə alınmır. Əksinə, onlar bu haqda məlumatlı ola - ola proseslərdə Azərbaycanın mövqeyini sıfırlamağa çalışırlar. Bu isə alınan iş deyil. Biz bilirik ki, Azərbaycan diplomatiyası prezident İlham Əliyevin sayəsində hansı potensialı əldə edib, hansı gücə malikdir. Bizim əldə etdiyimiz böyük uğurlarımız var. Ancaq bunlarla da kifayətlənməyəcəyik. Çünki bizim savaşımız, göründüyü kimi, əbədi bir savaşdır. Bu qonşu çox nataraz, anlaşılmayan, ruhən, mənən xəstə bir qonşudur. Radikalizm, millətçilik, barbarlıq, vandallıq onların qanlarına işləyib. Onlar türkləri, azərbaycanlıları görəndə coşurlar. İlk növbədə biz burada özümüzə bel bağlamalıyıq və bilməliyik ki, onların bizə olan nifrəti ömürlükdür. Belədirsə, biz də gərək güclü olaq, vaxtında və yerindəcə onların cavabını verək”.

Məhəmmədəli QƏRİBLİ







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031