Bir qrup erməni Gürcüstanla dövlətlərarası avtomobil yolunu bağladı
Ermənistanda "Ayakve" hərəkatının nümayəndələri Tavuş sakinlərinə dəstək əlaməti olaraq Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunu bağlayıb.
Trend xəbər verir ki, bu barədə erməni "Telegram" kanalları məlumat yayıb.
Bildirilib ki, vətəndaşlar Odzun-Alaverdi (Lori vilayəti) və Gümri-Bavra (Şirak vilayəti) yollarını bağlayıb.