ABŞ institutu: Ukrayna Rusiya qarşısında tab gətirə bilər - 61 milyard dollar tez çatdırılsa...
ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun son hesabatında deyilir ki, Ukrayna Rusiyanın növbəti hücumlarının qarşısını ala bilər. Qeyd olunub ki, bu, ABŞ Konqresinin ayırdığı 61 milyard dollar yardımın Ukraynaya daha tez çatması şərti ilə mümkün olacaq.
Bununla belə, hesabatda qeyd edilib ki, rəsmi Kiyev yardımın çatdırılmasını gözlədiyi müddət ərzində əlavə uğursuzluqlarla üzləşə bilər: “Məlumata görə, ABŞ-nin Ukraynaya hərbi yardımı, o cümlədən uzaqmənzilli ATACMS raketləri həftənin sonuna qədər Kiyevə çatacaq”.
Mətləb Salahov