ABŞ və Filippin irimiqyaslı təlimlərə başlayıb
ABŞ və Filippin Cənubi Çin dənizində gərginliyin artması fonunda illik “Balikatan 2024” hərbi təlimlərinə başlayıb. Bu barədə “ABS-CBN News” məlumat yayıb. “Balikatan 2024”ün sözçüsü Maykl Loqiko təlimlərlə bağlı deyib: “Silahlı Qüvvələrin məqsədi həqiqətən müharibəyə hazırlaşmaqdır. Gəlin bunu bəzəməyək. Öyrənməsək və hazırlaşmasaq, ölkəyə xələl gələcək".
Təlim ilk dəfə Filippin ərazi sularından kənarda, sahil zolağından təxminən 22 km aralıda keçiriləcək. Mayın 10-dək davam edəcək təlimlərdə 11 minə yaxın amerikalı, 5 minə yaxın filippinli, o cümlədən Avstraliya və Fransa hərbçiləri iştirak edəcək. Asiya və Avropanın 14 ölkəsi onlara müşahidəçi qismində qoşulacaq.
Mətləb