"Qalıq yanacaq erası başa çatır" - Almaniya Kansleri Norveçə təşəkkür etdi
![Image](/uploads/posts/2024-04/5c09ac88-15e7-3875-a241-33f6e73d2c71_850.webp)
Almaniya kansleri Olaf Şolts bəyan edib ki, qalıq yanacaqdan istifadə dövrü sona çatacaq. “Əlbəttə, bu da hamımıza aydındır: qalıq yanacaq erası başa çatır. Bizim hamımız üçün bu, sənaye proseslərinin dəyişdirilməsi deməkdir”, - Kansler bildirib.
O, həmçinin Rusiya ilə ticarət əlaqələrini kəsdikdən sonra Almaniyanı qazla təmin etdiyinə, o cümlədən yeni yataqların işlənməsinə görə Norveçə minnətdarlığını bildirib.
Mətləb Salahov