Devid Kemeron Tacikistana gedib - səfərin məqsədi açıqlanmır
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Tacikistana səfər edib. Bu barədə Tacikistan XİN məlumat yayıb. Bildirilir ki, britaniyalı diplomat səfər çərçivəsində prezident Emomali Rahmon və xarici işlər naziri Sirociddin Muhriddinlə görüşəcək. Səfərin digər detalları barədə məlumat verilmir.
Mətləb Salahov