Serbiyada BOMBA HƏYƏCANI: 1300 nəfər təxliyə edilib
Serbiyanın Niş şəhərində aşkar edilmiş partlamayan bombaya görə 1300 nəfər təxliyə edilib. Bu barədə Serbiya Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, 1 ton kütləsi olan bomba inşaat işləri zamanı aşkar edilib. Sursat təhlükəsiz şəkildə götürülərək məhv edilmək üçün poliqona aparılıb.
Bomba 1999-cu ilin yazında NATO aviasiyası tərəfindən atılıb.
Mətləb Salahov