Harasa toxunanda bizi niyə “tok” vurur?
Yəqin sizi də ən azı bir dəfə "tok vurub". Bəziləri bu prossesin xəstəlik və ya hansısa vitamin əksikliyi olduğunu düşünüb təşvişə düşür. Bəs əslində necədir? Bu cür hallar nədən yaranır?
Mütəxəssislərin sözlərinə görə, bunun insan həyatı üçün heç bir təhlükəsi yoxdur, sadəcə burda xoşa gəlməz bir hiss yaranır. Bu əslində normal elektrikləşmə prosesidir. Fiziki qaydalara uyğun olaraq, bir-birinə bənzəməyən cisimlərin səthlərində yüklər yenidən paylanır. Bu zaman cisimlərdə əks işarəli yüklü hissəciklər toplanır. Elektrikləşdirilmiş cisimlər yığılmış yüklü hissəciklərin bir hissəsini digər obyektlərə və ya onlarla təmasda olan ətraf mühitə ötürə bilir. Təbiətdə çox elektriklənən maddələr var və heç elektriklənməyən maddələr var: Məsələn insan saçı, yun, xəz, kəhrəba və kağız bunlar tez elektriklənənlərdi. Tam tərsinə taxta, ağac, şüşə, pambıq parçaları bunlar elektriklənməyən məhsullardır. Bu sintetik materiallar bir birinə toxunanda statik elektrik yaranır. Statik elektrik insan bədəninə keçir sonra da belə adamlar elini nəyəsə vuranda sanki tok keçir, qıvılcım çaxılır.
Bu proses əslində bütün insanlarda olur. Sadəcə bəziləri daha çox elektriklənir, bəziləri isə daha az. Fiziklər bunu hər bir insanın öz bədənində elektrik yükü həcminə görə izah edirlər, yəni ki, bəziləri daha çox statik elektrik toplayır bəziləri isə yox.
Bəs bu halın qarşısını necə ala bilərik?
Çalışmaq lazımdır ki, bədənə yaxın təmasda olan paltarlarımız pambıq və yaxud kətan olsun. Həkimlər həmçinin bildirir ki, bütün bunlardan başqa bu cür hallarla tez-tez rastlaşan şəxslər evin havasının yüngül nəm olmasına çalışmalıdırlar. Nəm hava üçünsə evdə çiçək saxlamaq, nəm əski ilə təmizlik işləri görmək, evi vaxtı-vaxtında havalandırmaq yetərlidir. Evdəki temperatur imkan verirsə, ayağı yalın gəzmək də məsləhətdir.
Aygün Carçıyeva
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi