Kremldən ABŞ-ın Ukraynaya 60,8 milyardlıq yardım paketinə sərt reaksiya - daha çox ölümə səbəb olacaq...
Rusiyadan ABŞ Konqresinin Nümayəndələr Palatasının dünən təsdiqlədiyi Ukraynaya 60,8 milyard dollarlıq yardım paketi ilə bağlı yeni açıqlama gəlib. Kremlin sözçüsü Peskov yardımın təsdiqlənməsinin Ukraynada daha çox dağıntı və ölümə yol açacağını bildirib.
“Bu qərar ABŞ-ı daha da zənginləşdirəcək, Ukraynanı isə daha da məhv edəcək. Kiyev rejiminə görə daha çox ukraynalının ölümü ilə nəticələnəcək" - Peskov deyib.
Təsdiqlənmiş qanun layihəsində Rusiyanın ABŞ-dakı aktivlərinin ələ keçirilməsinə və onların Ukraynaya verilməsinə icazə verən müddəaların ABŞ-ın imicinə xələl gətirəcəyini bildirən Peskov, Moskvanın cavab tədbirləri görəcəyini bildirib.
TAHİR