Fransa müstəmləkəçiliyinə qarşı mübarizə və Azərbaycan diasporu...
Fransanın yeni müstəmləkəçilik siyasəti qlobal təhlükəyə çevrilib. Bir neçə əsrlik kolonializm “ənənəsinə” malik olan Fransa tarixən müxtəlif dövlətlərə və xalqlara qarşı bu mənfur siyasətini yürüdüb.
Uzun bir dövr ərzində Afrika ölkələrində törətdiyi cinayətlərdən, insanlığa, bəşəri dəyərlərə zidd olan davranışlardan, o xalqlarının sərvətlərini talamaqdan, dəyərlərini məhv etməkdən, insanlarını kütləvi şəkildə qırmaqdan utanmaq əvəzinə yeni kolonizm siyasəti sərgiləyir.
Bu gün Fransa neokolonializmi hələ də davam etdirir. Bir çox ekspertlər qeyd edir ki, müstəmləkə siyasəti çərçivəsində insan haqlarına heç bir əhəmiyyət verməyən ölkələrdən biri kimi Fransanın bu gün özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verməsi riyakarlıqdır. Ekspertlərə görə, Fransanın heç bir əsası olmayan iddiaları, neokolonist həvəsləri, müstəmləkəçilik arzuları ilə yaşamaqda davam etməsi iflasa məhkumdur. Amma bu ziyanlı prosesinin qarşısını almaq üçün bütün dünya tezliklə həmrəy olmalı, birgə mübarizə aparmalıdır ki, onun bu iddiası daha tez şəkildə tarixin zibilliyinə gömülsün.
Bilirik ki, Fransa neokolonizminə qarşı mübarizənin rüşeymləri rəsmi Bakıda yetişdirilib və Azərbayan fransız müstəmləkəçiliyindən əziyyət çəkən xalqlara açıq dəstək verir, onların azadlıq, müstəqillik uğrunda mübarizəsinə dayaq durur.
Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nəzdində fəaliyyət göstərən Fransanın müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu bu sahədə bir sıra uğurlara imza da atıb.
Qvineyanı, Polineziyanı, Korsikanı, Melaneziyanı, Karib dənizini, Antil adalarını, Yeni Kaledoniyanı və başqalarını müstəmləkəsində saxlayan və onların azadılıq, müstəqillik arzularına qarşı gələn Fransanın neokolonizm siyasətinin məhvə məhkum eidlməsində dünyadakı Azərbaycan diasporunun da rolu olmalıdır. Çünki qeyd etdiyimiz kimi, o xalqların mübarizəsinə, müstəqillik arzularına Azərbaycan dəstək olur, eyni zamanda ölkəmiz Fransanın yeni müstəmləkəçilik siyasətinə qarşı sistemli siyasət yürüdür. Sömürücü, müstəmləkəçi Fransa Cənubi Qafqaza da soxulmaq, burada öz mənfur siyasətini həyata keçirmək istəyir.
Fransa müstəmləkəçiliyi ilə mübarizədə Azərbaycan diasporunun rolu...
Heç şübhəsiz ki, Azərbaycan dövlətinin bu siyasətinə xaricdəki diasporumuzun da dəstək verməsi vacibdir. Bu baxımdan, dünyada Fransa müstəmləkəçiliyi ilə mübarizədə Azərbaycan diasporunun rolu nə ola bilər? Diaspor nə edə bilər, yaxud nə etməlidir?
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə “Bilirsiz ki, Fransa dünyada öz müstəmləkəçiliyi ilə tanınan ölkədir. Bu ölkə müstəmləkəçilikdən əl çəkmək əvəzinə təəssüf ki, bu gün də müstəmləkəçiliyini davam etdirir. Fransanın işğalçılıq, kolonizm siyasətindən irəli gəlir ki, o işğalçı, terrorçu Ermənistanla əməkdaşlıq edir, onu dəstəkləyir. Antiazərbaycan siyasəti yürüdən Fransanın müstəmləkəçiliyinə qarşı Azərbaycan diasporu da müəyyən addımlar ata bilər. Bilirsiz ki, Fransanın müstəmləkəsində olan xalqlar artıq azadlıq mübarizəsinə başlayıb. 2020-ci ildə Yeni Koledoniya öz müstəqilliyini elan etdi. Orada referendum keçirildi. Çox təəssüf ki, Fransa həmin referendumun nəticələrini maksimum saxtalaşdırmağa çalışdı, cəhdlər etdi. Bunu biz Yeni Koledoniya rəsmilərinin dildindən də eşitdik. Bu günlərdə Yeni Koledoniya hökumətinin nümayəndə heyəti ölkəmizdə səfərdədir. Azərbaycan dövləti bu ölkənin azadlıq mübarizəsinə dəstək verir. Diaspor siyasəti də Azərbaycanın dövlət siyasətinin tərkib hissəsidir. Xaricdəki Azərbaycan diaspor da Yeni Kaledoniyada gedən siyasi proseslərə öz dəstəyini verə, onlarla əməkdaşlıq edə bilər. Bu kimi dövlətlərin, xalqların azadlıq mübarizəsində, Fransanın kolonizm siyasətinə qarşı disporumuzun işlər görməsi mümkündür. Azərbaycan diasporu dünya mediasında Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı ifşaedici çıxışlar edə bilər. Ümumiyyətlə, Fransanın tarixən Afrika ölkələrində soyqırımlar törədib. Bizim diasporumuz da Əlcəzairdə və başqa ölkələrdə soyqırım qurbanlarının xatirəsinin anılması mərasimində Azərbaycan diasporu da yaxından iştirak edə bilər. Fransa hansı xalqlara və dövlətlərə qarşı müstəmləkəçilik, sömürücülük, soyqırım aktları tördib bizim diaspor da həmin xalqların xaricdəki diaspor qurumları, yaşadıqları ölkələrdəki diplomatik nümayəndəlikləri ilə əməkdaşlıq edə bilərlər, birgə tədbirlər keçirə bilərlər. Məsələn, Əlcəzairin Avropa ölkələrindəki səfirliyi varsa Azərbaycan diasporu da həmin səfirliklə əməkdaşlıq edə bilər” - deyə qeyd edən F.Hüseynzadə bildirdi ki, Azərbaycan diasporu bu sahədə fəaliyyət göstərə bilər.
“Bu, diasporumuz üçün yeni fəaliyyət istiqaməti, yeni bir strategiya ola bilər”
“Əslində, bu diasporumuz üçün yeni fəaliyyət istiqaməti, yeni bir strategiya ola bilər. Amma bizim ölkəyə qarşı hansı ölkələr ki, antiazərbaycan fəaliyyəti göstərir diaspoprumuzun da xaricdə həmin ölkələrə qarşı fəaliyyət göstərməsi məqsədəuyğundur” - deyə müsahibimiz vurğuladı.
Azərtbaycan diasporubnun Fransa müstəmləkəçiliyi ilə mübarizədə fəal olmalı olduğunu deyən F.Hüseynzadə əlavə etdi ki, Fransada Azərbaycan diasporu üçün ən böyük risk erməni lobbisi və onların yerli havadarlarıdır.
Son zamanlar Fransanın antiAzərbaycan fəaliyyətini gücləndirdiyini deyən F.Hüseynzadə “Bunu həm Fransanın özündə, həm də Azərbaycana qarşı fəaliyyətində müşahidə edirik. Fransanın ermənipərəst mövqedə olması, dəstək verməsi bu ölkənin Azərbaycanla münasibətlərində müsbət addım atmaq niyyətində olmadığını göstərir. Belə olan halda Fransadakı Azərbaycan diasporu risk altında fəaliyyət göstərir” - deyə qeyd etdi.
F.Hüseynzadə bildirdi ki, Fransadakı diasporumuza qarşı antiazərbaycan addımlar atıla bilər:
“Azərbaycan diasporları ehiyatlı davranmalı, eyni zamanda fəaliyyətlərində erməni lobbisindən gözlənilən təhlükənin qarşısını almaq üçün tədbirlər görməlidirlər”.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.