Sumqayıtda ata-anasını öldürən oğul yaxalanıb
![Image](/uploads/posts/2024-04/17134829933655356653_1200x630.webp)
Aprelin 19-də saat 03 radələrində Sumqayıt şəhəri ərazisində 1962-ci il təvəllüdlü Məmmədov Hakim və onun həyat yoldaşı 1965-ci il təvəllüdlü Məmmədova Zərifənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onların oğlu, 2000-ci təvəllüdlü Məmmədov Fikrət Hakim oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.
Mətləb Salahov