KÖHNƏ VERSİYA            

Fransa böyük diplomatik fiasko ilə üzləşdi...

Image

Rəsmi Parisin siyasəti üzündən Fransa ilə Azərbaycan arasında münasibətlər bir müddətdir ki, gərginləşib. Fransanın ölkəmizə qarşı açıq düşmənçilik siyasəti yürütməsi, birtərəfli qaydada Ermənistanı dəstəkləməsi Azərbaycanı narazı salır. Bakının Fransanın keçmiş müstəmləkəsi olmuş ölkələrlə işbirliyi Parisin düşmənçilik siyasətinin miqyasını genişləndirməsinə rəvac verir.

Bunlar fonunda Paris Fransanın Azərbaycandakı səfirini məsləhətləşmələr məqsədilə geri çağırdığını açıqlayıb. Səfir Ann Buayonu prezident Emmanuel Makron qəbul edib. Makron səfirlə görüşündə “Azərbaycanın hərəkətlərindən təəssüfləndiyini bildirib və Azərbaycan tərəfinin niyyətlərinə aydınlıq gətirməsini istəyib”. Fransa səfirinin geri çağırılması qərarı, eyni zamanda, Azərbaycanın Ermənistana hücum edə biləcəyinə dair İrəvanda səslənən sərsəm bəyanatlardan sonra verilib. Makron da Azərbaycanın Ermənistana hücum edə biləcəyinə dair əsassız ittihamlar səsləndirib. Azərbaycanda bunu qızışdırıcı bəyanat kimi qəbul edirlər. Rəsmi Bakı Parisi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına xələl gətirən addımlar atmaqda və açıqlamalar verməkdə ittiham edir. Bir neçə ay əvvəl hər iki ölkə bir-birinin iki diplomatını “arzuolunmaz şəxs” elan edib və ərazisindən çıxmağı tələb edib. Bundan az əvvəl Azərbaycanda bir Fransa vətəndaşı casusluq ittihamı ilə həbs olunub. Azərbaycan bildirir ki, Fransa son illərdə öz fəaliyyəti ilə Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyub və vəziyyətin gərginləşməsinə rəvac verib. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ötən il keçirdiyi mətbuat konfransında Fransa ilə münasibətlərin mövcud durumunun ən aşağı nöqtədə olduğunu demişdi. Yuxarıda qeyd olunduğu kimi, ötən ilin dekabrında Azərbaycanda bir fransız vətəndaşı casusluq ittihamı ilə həbs edilib və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Fransanın Avropa və Xarici İşlər Nazirliyi Azərbaycanı Fransa vətəndaşını “özbaşına saxlamaqda“ ittiham edərək, onun dərhal azadlığa buraxılmasını tələb edib. Bunun ardınca, Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi Parisin Fransa vətəndaşının Bakıda həbs olunması ilə bağlı bəyanatına eriraz etdi. Bildirildi ki, Fransa vətəndaşı barədə bəyanat reallığın təhrif olunması, Azərbaycanın daxili işlərinə və qanuni təhqiqat prosesinə növbəti müdaxilə cəhdidir. 

Bundan başqa, hələ 2022-ci ildə Emmanuel Makronun “France-2”  telekanalına müsahibə zamanı Azərbaycana yönəlik bəzi iddialar səsləndirməsi rəsmi Bakını qəzəbləndirmişdi. O demişdi ki, “Moskva gərginliyi Azərbaycanın xeyrinə qızışdırmaqla" məşğuldur. Azərbaycan prezidenti İlham Əliyev fransalı həmkarının sözlərini təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli adlandırıb və bununla da Fransanın özünü Azərbaycanla Ermənistan arasında normallaşma prosesindən kənarda qoyduğunu bildirmişdi. Rəsmi Bakı Fransanın Cənubi Qafqazda regional sülh və sabitliyi ciddi şəkildə pozan, Avropa İttifaqının regionla bağlı ümumi siyasətini risqə atan qərəzli hərəkətlərinə yol verdiyini və hərbiləşdirmə siyasəti apardığını əsas gətirərək, İspaniyanın Qranada şəhərində əvvəldən planlaşdırılan Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya formatında nəzərdə tutulan beştərəfli görüşə qatılmaqdan imtina etmişdi. Bundan başqa,  Fransa 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı, ondan sonra Azərbaycanın Laçın-Xankəndi yoluna gömrük-sərhəd nəzarətini, 2023-cü ilin sentyabrında antiterror tədbirləri keçirərək ərazi bütövlüyünü bərpa etməsinə qarşı bütün diplomatik rıçaqlarını işə salıb, BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı 7 fərqli sənədin qəbul olunmasına çalışıb. Azərbaycanı gah hərbi aqressiyada, gah Qarabağda Laçın yolundakı ekoaksiya zamanı “blokada” tətbiq etməkdə, gah da Qarabağda “etnik təmizləmə”lərdə və sairdə ittiham edən Fransanın bu cəhdlərinin hamısı onun üçün diplomatik fiasko ilə nəticələndi, Fransanın hazırladığı sənədlərin heç biri qəbul olunmadı. Bu ilin oktyabrında Fransa ilə Ermənistan arasında hərbi əməkdaşlıq barədə sənədin imzalanması da rəsmi Bakını narazı salmış və rəsmi Parisin bu addımını regionda destruktiv fəaliyyət kimi qiymətləndirmişdi. İndi maraq doğuran odur ki, iki ölkə arasında siyasi gərginlik hansı həddə qədər arta bilər. Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov hesab edir ki, iki ölkə arasında münasibətlərin gərginləşməsində təşəbbüskar ölkə Fransadır. Onun sözlərinə görə, Fransa son üç il ərzində üzv olduğu beynəlxalq təşkilatlarda bütün diplomatik səylərini Azərbaycana qarşı təxribatların təşkilinə yönəldib: “İki ölkə arasında gərginliyin hansı həddə qədər yüksələcəyi Fransanın gələcəkdə hansı addımlar atmasından asılı olacaq”. Fərhad Məmmədov hesab edir ki, Fransa ilə yaşanan gərginlik iki ölkə arasındakı iqtisadi, ticarət və digər sahələrə təsir etməyəcək. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da bildirib ki, Bakı heç vaxt Fransaya qarşı addım atmaq istəməyib, əksinə, həmişə münasibətlərin qorunmasının tərəfdarı olub. O əlavə edib ki, Fransa Azərbaycan və Cənubi Qafqazla bağlı siyasətinə   ciddi şəkildə yenidən baxarsa və dəyişikliklər edərsə, hansısa rəylər və proqnozlar vermək mümkün olar.

Tahir TAĞIYEV







VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Paşinyan Azərbaycanla kiçik müharibə ssenarisi üzərində işləyir... - VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Şəkər testlərinin apteklərdə yoxa çıxması rüşvət amili ilə bağlıdır?

Qərb Gürcüstanı sabitləşməyə qoymur - quru sərhədlərimizin bağlı qalması yenidən gündəmə gəlib...

Bələdiyyə sədrləri 2 üsulla seçiləcək - Praktikada nə gözlənilir...

SON XƏBƏRLƏR

04.12.2024 | 21:37
Gürcüstana bütün təzyiqlər bir “mərkəzdən” idarə olunur...

04.12.2024 | 21:22
Faşist Njdenin İrəvandakı heykəlinin götürülməsi məsələsi BMT-də qaldırıldı...

04.12.2024 | 21:08
İran Suriyaya qoşun yeridir - Əsədlərin ölkəsinin pay-puş edildiyi təsdiqlənir...

04.12.2024 | 20:55
Suriyadan böyük erməni köçü İrəvanı təşvişə salıb...

04.12.2024 | 20:41
Ermənistan boşalır - məsuliyyəti öz hakimiyyətləri daşıyır...

04.12.2024 | 20:27
Qafqaz yanacaq - Qərbin Gürcüstan və Ermənistan planları baş tutsa...

04.12.2024 | 20:14
Nazirliklərin İctimai Şuralarını inhisara almış QHT-nin xarici casusluqları açılır...

04.12.2024 | 20:00
Gürcüstan azərbaycanlılarını hakimiyyətə qarşı qaldıran xüsusi missionerlər işləyir...

04.12.2024 | 19:47
İrəvan yola gəlmir, Rusiya Ermənistanı AİB-dən qovmalı olacaq...

04.12.2024 | 19:34
Qaz təhlükəsizliyi qaydalarına səhlənkar münasibət hələ davam edir, fəsadlar da artır...

04.12.2024 | 19:20
"Erməni njdeizmi" BMT-də sarsıdıcı zərbə aldı...

04.12.2024 | 19:11
İmaməddin Xəlilov dünyanın ən yaxşı kişi parataekvondoçusu seçilib!

04.12.2024 | 19:11
Antalyanı Santa Klausun izi ilə kəşf edin

04.12.2024 | 18:59
“44 gün – Tarixi zəfər” adlı kitabın III cildinin növbəti təqdimatı keçirilib - FOTO

04.12.2024 | 18:44
Azərbaycanın COP29 uğuru növbəti COP uğuruna səbəb oldu - yeni sədrlik etimadı...

04.12.2024 | 18:35
" Bakı- xəbər" yuotube kanalına ABŞ ermənilərindən hədə zəngi: "Kanalınızı yenə bağlatdıq"...

04.12.2024 | 18:31
Erməni katolikosu Qaregin italyan şəhər merilə xarici işlər naziri kimi danışdı...

04.12.2024 | 18:17
Məktəbliləri siyasi aksiyalara cəlb etmək Qərbdən gələn texnologiyadır...

04.12.2024 | 18:04
Azad rayonlarda yaşıl enerji istehsalı “ekoloji inqilabın” mühüm mərhələsidir...

04.12.2024 | 17:50
Azərbaycanda ekoloji fəallar təqib olunur? - BBC-nin qərəzli yanlışı…

04.12.2024 | 17:37
Qərbi azərbaycanlılarla bağlı BMT-də tarixi müzakirə keçirildi...

04.12.2024 | 17:25
ABŞ-dan Əsədə ilginc təklif - İrandan uzaqlaş, sanksiyaları ləğv edək...

04.12.2024 | 17:18
Bakıda məktəbli yoldaşını yaralayan şagird saxlandı

04.12.2024 | 17:14
Konstitusiya Məhkəməsi hakimiyyətin və müxalifətin müraciətlərini rədd etdi - sonra nə olacaq?..

04.12.2024 | 17:03
Nazir Vilayət Eyvazov Balakəndə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTO

04.12.2024 | 16:55
“Baydenin oğlu ilə bağlı qərarı amerikasayağı demokratiyanın növbəti təzahürüdür” - Vüqar Rəhimzadə

04.12.2024 | 16:50
Ukraynanın Əsədə qarşı Suriyaya əsgər göndərdiyi iddia edildi...

04.12.2024 | 16:37
İxrac pulunu ölkəyə qaytarmayan daha bir neçə nəfər həbs edildi

04.12.2024 | 16:30
Zəfər şəhidlərinə ehtiram...

04.12.2024 | 16:14
Şuşaya köçən daha 48 ailəyə evlərin açarları təqdim olundu

04.12.2024 | 16:06
"İrəvanın BCM-də iştirakı Rusiya ilə münasibətlərə zərər vurur" - Zaxarova

04.12.2024 | 15:50
Fransızların 63 faizi Makronun istefasını istəyir - hökumət getsə, o da getməlidir....

04.12.2024 | 15:27
Üç vəzifəli şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub - DİN

04.12.2024 | 15:00
Emoməli Rəhmon Prezident İlham Əliyevə zəng edib

04.12.2024 | 14:20
İran Suriyaya ordu göndərə bilər...

04.12.2024 | 13:52
Minalarla mübarizəyə sərf olunan milli maliyyənin miqdarına görə Azərbaycan birinci yerdədir...

04.12.2024 | 13:36
Dələduzluqda şübhəli bilinən 5 nəfər saxlandı

04.12.2024 | 13:20
Rüşvət alarkən yaxalanan bələdiyyə sədri məhkəmə qarşısına çıxarılır...

04.12.2024 | 13:07
Messi və komanda yoldaşları Bakıya gəlir...

04.12.2024 | 12:53
"Azərbaycan “Rio-Trio” təşəbbüsünün məqsədlərini konkret nəticələrə çevirməyə sadiqdir" – Muxtar Babayev

04.12.2024 | 12:40
Macar nazir Avropanın iç üzünü açdı - Gürcüstanda müxalifət qalib gəlsəydi...

04.12.2024 | 12:26
Azərbaycanın təndirçilik sənəti və çörəkbişirmə üsulu UNESCO-nun qeyri-maddi irs siyahısına salındı

04.12.2024 | 12:20
Məktəbəqədər təhsildə "ailə modeli" yaradılacaq - nazirdən AÇIQLAMA

04.12.2024 | 12:10
Rusiya və Azərbaycan ekologiya sahəsində işçi qrupu yaradacaq - rusiyalı vitse-spiker

04.12.2024 | 12:00
Sumqayıtda piyada yol qəzasında ölüb

04.12.2024 | 11:35
Prezident İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib - FOTO

04.12.2024 | 11:30
Xətai rayonunda çayxana yanıb

04.12.2024 | 11:20
Bu gün Bakıda və bir neçə rayonda qaz olmayacaq

04.12.2024 | 11:12
"Azərbaycan Atabəyləri" tarixi bədii-sənədli filminin təqdimatı olub

04.12.2024 | 11:10
Bu Afrika ölkəsində ilk dəfə qadın Prezident seçildi

04.12.2024 | 11:05
Qətər Əmiri üçün Bukinqem sarayında ziyafət verilib

04.12.2024 | 10:30
Bu gün Qubada 5 saat işıq olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

04.12.2024 | 10:22
Makron ən azı etika xatirinə İlham Əliyevə müraciət etməli idi...

04.12.2024 | 10:20
47 dəfə elçilərə "yox" cavabı verən xalq artisti

04.12.2024 | 10:10
“Bu günü yaşamaq bəlkə də bir yuxudur" - Şuşa sakini

04.12.2024 | 10:05
"Bavariya" son çempiona uduzdu

04.12.2024 | 10:00
Britaniyada quş qripi ŞOKU - 5 milyon doza peyvənd alındı

04.12.2024 | 09:30
İllərdir küsülü idilər, artıq barışıblar...

04.12.2024 | 09:24
Muskul şişirdən dərmanların satışı qadağan olsa da, sosial şəbəkələrdə qızğın steroid alveri gedir...

04.12.2024 | 09:20
Paşinyanın xahişini rədd edən deputat partiyadan qovuldu!

04.12.2024 | 09:10
"İqlim dəyişikliyi ilə bağlı məsələlər inteqrasiya olunmuş qlobal həllər tələb edir"

04.12.2024 | 09:05
Bu yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı - AÇIQLAMA

04.12.2024 | 09:00
Daha 48 ailə Şuşaya köçürüldü

04.12.2024 | 08:45
İki asteroid yer kürəsinə yaxınlaşır - NASA-dan XƏBƏRDARLIQ

04.12.2024 | 08:37
Yasamal sakinləri sökülən mənzillərin hər kvadratına 2500 manata razı olmurlar - Abdulla Şaiq küçəsində mübahisə...

03.12.2024 | 23:13
Qərb səfirlikləri Azərbaycanda kimlərə və niyə maşın bağışlayıb? - İctimai şuralarla bağlı dəhşətli faktlar ortaya çıxdı...

03.12.2024 | 21:24
Şəhid mayorun xatirəsinə həsr olunan "SƏS" tamaşasının premyerası keçirildi

03.12.2024 | 21:22
“Yalquzaq” səhnəyə çıxır

03.12.2024 | 21:19
Musiqili Teatrda “Əliqulu bu gün evlənir” komediyasının premyerası olacaq

03.12.2024 | 21:10
Şəkər testlərinin apteklərdə yoxa çıxması rüşvət amili ilə bağlıdır?

03.12.2024 | 20:54
Qərb Gürcüstanı sabitləşməyə qoymur - quru sərhədlərimizin bağlı qalması yenidən gündəmə gəlib...

03.12.2024 | 20:39
Suriya xalqına Əsədin gedişi, ya qalması faydalıdır? - Müzakirələr gedir...

03.12.2024 | 20:24
Türkiyə və Rusiya ordusu Suriyada bir-biri ilə toqquşa bilər?

03.12.2024 | 20:10
Makron Netanyahudan qorxdu - əvvəlcə dedi həbs olunacaq, sonra isə...

03.12.2024 | 19:56
Ermənistan Tiflisə yüzlərlə diversant göndərib...

03.12.2024 | 19:41
"Ukrayna və Gürcüstandan sonra Rusiyanın hədəfi bizik" - Ermənistanı yeni qorxu bürüyüb...

03.12.2024 | 19:27
Moskvadan Paşinyana tələb - Qərbin 2500 təşkilatını bağla...

03.12.2024 | 19:12
Britaniya kəşfiyyatından Trampa xəbərdarlıq

03.12.2024 | 18:58
Qərb Gürcüstanda yeni "rəngli inqilab" ssenarisini reallaşdıra bilmir...

03.12.2024 | 18:44
Mərkəzi Bankın valyuta ehtiyatları hələ tarixdə bu qədər azalmamışdı...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031