KÖHNƏ VERSİYA            

Ermənilərin korladığı su ehtiyatlarının bərpası 3 il əvvəl başladı...

Image

Azad ərazilərdə su infrastrukturunun tamamilə yenidən qurulması prosesinə başlanılıb. Vətən müharibəsindən keçən üç ildən artıq zaman ərzində vaxtilə Ermənistanın dağıdıb məhv etdiyi su təsərrüfatımız sıfırdan qurulur. Müharibə bitəndən indiyə qədər dövlət Qarabağda və Şərqi Zəngəzurda 3 ildən artıq dövr ərzində su infrastrukturunun qurulması sahəsində genişmiqyaslı işlər aparır.

Bu müddət ərzində Şərqi Zəngəzurda və Qarabağda ermənilərinin məhv etdiyi su mənbələri və onların bərpası yönümündə görülən işlərin sayı kifayət qədərdir. Biz yazımızda bu məsələlərə toxunacağıq. Ermənistanın uzun illər işağlda saxladığı və hər zaman Azərbaycana qarşı təhdid kimi istifadə etdiyi Sərsəng su anbarı yenidən bərpa olundu. 

Azərbaycan dövləti bu yerlərdəki su ehtiyatlarının, su mənbələrinin ermənilər tərəfindən məhv edilmiş izlərinin aradan qaldırılması üçün iş aparır. Burada xeyli sayda su elektrik stansiyalar tikilib. Bildiyimiz kimi, ermənilər bizim saysız su elektrik stansiyasını məhv etmişdilər, indi onların hamısı bərpa olunur. 

Prezident İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində bu məsələyə toxunub: “…Vaxtilə Ermənistan təkcə bizim torpaqlarımızı yox, bizim su resurslarımızı da işğal etmişdir. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları bizim ümumi su resurslarımızın 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su resurslarıdır. Çünki bildiyiniz kimi, bizim əsas çaylarımız xaricdən gəlir - Kür çayı, Araz çayı, Samur çayı. Bizim əsas çaylarımız xaricdən gəlir, ona görə Qarabağın və Şərqi Zəngəzurun su resursları daxili mənbələr olduğu üçün bunun xüsusi əhəmiyyəti var. Biz qısa müddət ərzində böyük infrastruktur layihələrini icra etmişik və bu işlər davam etdirilir.

Bir müddət bundan əvvəl Ağdam rayonunda Xaçınçay su anbarının açılışı olmuşdur. Füzuli rayonundakı Köndələnçay su anbarının yaxın gələcəkdə açılışı olacaqdır. Hazırda Zabuxçay su anbarının inşası gedir. Suqovuşan su anbarı demək olar ki, yenidən qurulub və o anbardan çıxan iki kanalın biri artıq tam təmir edilib, ikinci kanal da təmir ediləcək və beləliklə, erməni işğalına görə sudan məhrum olmuş bir neçə rayona artıq su veriləcək. Yeni əkin sahələrinin həcmi 100 min hektara yaxın olacaq. Ona görə mən deyəndə ki, ən azı 500 min hektar torpağa su veriləcək, bunu nəzərdə tuturam. Nəzərə alsaq ki, Azərbaycanda suvarılan əkin sahələrinin həcmi o qədər böyük deyil, bu layihələrin xüsusi əhəmiyyəti var. Qarabağ və Şərqi Zəngəzurda digər böyük suvarma layihələri nəzərdə tutulur. Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi nəzərdə tutulur. İndi texniki-iqtisadi əsaslandırmalar hazırlanır və hesab edirəm ki, gələn ildən biz bu layihələrin icrasına da başlaya bilərik”.

Qarabağ və Şərqi Zəngəzurda bu işlər o qədər sürətlə aparılır ki, qısa müddət ərzində böyük işlər görülüb, işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası üçün ayrılan vəsait hesabına Tərtər rayonu ərazisində yerləşən Suqovuşan, Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarı, o cümlədən Tərtərçay sol sahil kanalının təmir-bərpası işləri artıq 2023-cü ildə başa çatdırılıb və istifadəyə verilib.  

Terrorçu Ermənistanın işğalında olarkən Xaçınçay, Ağdamkənd, Köndələnçay da, Suqovuşan da digər su anbarları kimi baxımsız vəziyyətdə qalıb. 

Eyni zamanda işğal dövründə Ermənistan Tərtər çay, Xaçınçay, Köndələnçay, Bazarçay, Həkəri, Bəsitçay, Qarqarçay, Çaylaqçay, Oxçuçay vasitəsilə Azərbaycan ərazisinə zəhərli maddələr axıdırdı. Mənbəyini Zəngəzur dağlarından götürən Oxçuçay Ermənistan ərazisindən keçdiyi ücün Qacaran, Qafan mis mədənlərinin zəhərli tullantıları təmizlənmədən bu çaya axıdılırdı. Bildiyimiz kimi,  Oxçuçayın hövzəsi həddindən çox zəhərləndiyi ücün “ölü” zonaya çevrilib. Araşdırmalara görə, ermənilər heç nəyə məhəl qoymadan, bütün çaylar kimi, Kür və Araz çaylarını da zəhərləməkdə davam edirlər.

Məlumdur ki, azad rayonlarımızda mineral suların ümumi geoloji ehtiyatlarının 39,6%-ni təşkil edən müxtəlif tərkibli mineral su bulaqları var idi.

2023-cü ildə rəsmən bildirilirdi ki, bu ərazilərdəki su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə ümumilikdə 9 su anbarı və onlardan qidalanan kanalların əsaslı şəkildə yenidən qurulması həyata keçiriləcək.

Ekspertlər hesab edir ki, Qarabağ və Şərqi Zəngəzur su ehtiyatları ilə çox zəngindir. 

Bununla belə qeyd olunur ki, Azərbaycan məhdud su ehtiyatlarına malik olan ölkədir. Ekspertlərə görə, Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərimiz Azərbaycanın su ehtiyatları ilə zəngin olan regionudur və burada 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yaranıb. 

Uzun illər Ermənistanın təcavüzündə qalan və artıq azad olunan Sərsəng su anbarının strateji əhəmiyyətini qeyd etməliyik. Su anbarı Azərbaycanın ən bolsulu çaylarından olan Tərtərçayın üzərində yerləşir. Ümumi həcmi 560 milyon kubmetr olan su anbarı Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsidir. Bəndin hündürlüyü 125, uzunluğu 555, eni isə 10,2 metrdir. Sərsəng su anbarı vasitəsilə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy rayonlarında, ümumilikdə 96 min hektardan çox ərazi suvarılır. Su anbarının bəndində ümumi gücü 50 meqavat olan su elektrik stansiyası tikilib.

Müharibədən sonra su anbarında aparılan təmir-bərpa işləri həmin torpaq sahələrinin suvarılması işinin yaxşılaşdırılmasını təmin etməkdədir. Aparılan bərpa işlərindən sonra Suqovuşan su anbarı Prezident İlham Əliyevin iştirakı ilə işə salınıb. Açılışda bildirilirdi ki, Tərtərçay və Turağayçay çaylarından daxil olan sular su anbarında tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 70 kubmetr olan əsas magistral kanala, başlanğıcdan 5,2 kilometr sonra isə hər birinin suburaxma qabiliyyəti saniyədə 50 və 20 kubmetr olan sağ sahil və sol sahil magistral kanallarına verilir.

Füzuli rayonu ərazisində yerləşən, Köndələn çayın məcrasında tikilmiş Köndələnçay-1, Köndələnçay-2, Aşağı Köndələnçay su anbarlarında və Quru çayı üzərindəki suötürücü qurğusunda təmir-bərpa işləri aparılıb, işğaldan azad edilmiş ərazilərdəki bir sıra su anbarlarında bərpa işləri davam etdirilir.  Bunu bu ilin mart ayının ortalarında mətbauta Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin İnvestisiyalar və layihələrin idarə olunması şöbəsinin müdiri Çingiz Abbasov deyib. Onun sözlərinə görə, su anbarlarının təmir-bərpası ilə rayonun 6,2 min hektar əkin sahələrinin suvarma suyu ilə təmin edilməsinə zəmin yaranıb: “Ard-arda düzülən su anbarlarının ümumi həcmi 15,5 milyon kubmetr təşkil edir, o cümlədən: Köndələnçay-1 su anbarının ümumi su tutumu 3,9 milyonkubmetr, Köndələnçay-2 su anbarının ümumi su tutumu 2,1 milyon kubmetr, Aşağı Köndələnçay su anbarının ümumi su tutumu 9,5 milyon kubmetrdir. Aşağı Köndələnçay su anbarına əlavə su verilməsi məqsədilə Quru çay üzərində inşa olunmuş hidroqovşağın sugötürmə qabiliyyəti saniyədə 15kubmetr təşkil edir”

Mətbuatda qeyd edildiyi kimi,  Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonasına daxil olan rayonlarda mövcud su mənbələri işğalçı ermənilər tərəfindən çox pis vəziyyətə salınıb, bütün infrastruktur dağıdılıb. Bu ərazilərdə çox böyük sürətlə bu su anbarlarının və kanalların təmiri həyata keçirilir. Uzunluğu 20,2 kilometr olan Tərtərçay Sol Sahil kanalının yenidən qurulmasına başlanılıb. Şərqi Zəngəzur iqtisadi zonasına daxil olan rayonların ərazisindəki sututarlar və anbarlarda da təmir-bərpa işləri üçün layihə sənədləri hazırlanır. Layihə işləri başa çatandan sonra Laçın rayonu ərazisində yerləşən su tutumu 90,8 milyon kubmetr olan Həkəriçay və Qubadlı rayonu ərazisindəki su tutumu 67 milyon kubmetr olan Bərgüşadçay su anbarları təmir və bərpa edilir. Bundan başqa, Həkəri çayın sağ və sol sahilində yerləşən əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədilə Laçın rayonu ərazisində yerləşən, sututumu 26,7 milyon kubmetr olan Zabuxçay su anbarının və magistral boru kəmərlərinin tikintisi üzrə layihələndirmə işləri aparılır. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu bölgələrdə formalaşır. Tariximizin bir parçasını yaşadan və əhalisi soyqırıma məruz qalan Xocalıda tikinti-quruculuq işləri sürətlə həyata keçirilir, infrastruktur yaradılır. Hazırda Xocalı şəhərinə içməli su xətti çəkilir və eyni zamanda dayanıqlı su təchizatının yaradılması məqsədilə Madara su mənbəyindən şəhərə magistral kəmərin tikintisi nəzərdə tutulur. Hər iki mənbədən götürülən su anbara toplanacaq və mərkəzi anbarlardan öz axıntı rejimində şəhər əhalisinin, eləcə də ictimai-iaşə və dövlət obyektlərinin su təchizatna yönəldiləcək. Xocalıda yeni inşa edilən fərdi yaşayış evlərinin şəbəkələrə qoşulmasını təmin etmək məqsədilə tullantı su xətləri çəkilir. Fərdi məskunlaşmanın və içməli suya tələbatın artacağı nəzərə alınaraq iki yeni subartezian quyusunun qazılmasına qərar verilib. İşğaldan azad olunan ərazilərin demək olar ki, hər qarışına su xətti çəkilir. Yaşayış olan inzibati binalar, obyektlər mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunur. Füzulidə mərkəzi anbarda magistral su kəmərinin tikintisi işləri artıq yekunlaşıb. Kəlbəcər, Ağdam və Cəbrayılda isə xarici su təchizatı, eləcə də şəhərdaxili su və kanalizasiya sistemləri yaradılır. İlin sonuna kimi Laçın şəhərinə də su xəttinin çəkilişi başa çatdırılacaq. Ümumi sututumu 70,5 milyon kubmetr olan "Bərgüşadçay" su anbarının inşası böyük ehtimalla bu il tamamlanacaq. Su anbarı vasitəsilə Qubadlı rayonu ərazisində 12 min hektar əkin sahəsinin suvarma suyu ilə təmin edilməsinə zəmin yaranacaq, uzunluğu 61,5 kilometr olan magistral boru kəməri ilə isə "Qız qalası" hidroqovşağından su götürəcək magistral kanalın qidalandırılması üçün saniyədə 12 kubmetr suyun verilməsi mümkün olacaq. Layihə çərçivəsində, həmçinin bəzi rayonların içməli su ilə təchizatı nəzərdən keçirilir. 

Bildirdiyimiz kimi, azad ərazilərdəki çayların, su hövzələrinin üstündə elektrik stansiyalar da tikilib istifadəyə verilir. 

Hələ keçən il “AzerEnerji” məlumat yaymışdı ki, işğaldan azad edilən ərazilərdə 9 elektrik stansiyasının tikintisinə başlanılıb. 2023-cü ildən başlayaraq həmin 9 stansiya da daxil olmaqla Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal edəcək su elektrik stansiyalarının tikintisi davam edir və onların bir neçəsində işlər tamamlanıb.

Bu stansiyaların istismara verilməsi 2024-cü ildə nəzərdə tutulub. 

Son 4 ilə yaxın bir dövr ərzində bu sahədə görülən işlərin qısa mənzərəsini təqdim etdik və əlbəttə, növbəti dövr ərzində daha böyük işlərin görüldüyünün şahidi olacağıq. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031