KÖHNƏ VERSİYA            

Ermənistanla sülh sazişi müzakirəsinin yeni dövrü başlayır(?)...

Image

Abutalıb Səmədov: “Əslinə qalsa, Rusiya artıq vasitəçilik funksiyasını itirmişdi, danışıqlarda Rusiyanın rolu, demək olar ki, yox idi”

Rusiya sülhməramlıları Qarabağı tərk edir. Rəsmi məlumata görə, Azərbaycan və Rusiya rəhbərliyinin birgə qərarına əsasən rus sülhməramlıları vaxtından əvvəl bizim ərazidən gedirlər.

Rusların gedişindən sonra Ermənistan-Azərbaycan sülh danışıqları prosesində nə kimi yeniliklər gözlənilir?

“Rus sülhməramlılarının Qarabağı tərk etməsi Azərbaycan-Ermənistan sülh danışıqlarına elə bir ciddi təsir göstərməyəcək” 

Məsələ ilə bağlı şərh verən “Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov “Bakı-Xəbər”ə şərhində “Rusiya sülhməramlılarının vaxtından əvvəl Azərbaycan ərazisini tərk etməsi bizim hamımız üçün çox böyük sevindirici hadisədir. “Bişkek bəyanatı”nda Putin bu gedişin siqnallarını vermişdi və demişdi ki, əslinə qalsa, bizim Qarabağda qalmağımız formal xarakter daşıyır, artıq ermənilər də, təmas xətti də, qarşı duran tərəflər də  yoxdur, bu baxımdan, rus sülhməramlılarının Qarabağda yerləşməsi əhəmiyyətini itirib. O bəyanata baxmayaraq, təbii ki, müəyyən narahatlıqlarımız qalmışdı. Müxalifət də gecə-gündüz bəyan edirdi ki, rusların ümumiyyətlə getmək fikri yoxdur, orda hərbi baza yaratmaq istəyirlər, guya orda özləri üçün binalar, yataqxanalar, evlər tikirlər. Ancaq onların dedikləri yenə də olmadı. Məlum oldu ki, 10 noyabr 2020-ci ildə Skandinaviya sülhməramlılarının deyil, Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi  barədə Azərbaycan Prezidentinin  qəbul etdiyi və bizim də müdafiə etdiyimiz qərar çox düzgün qərar olub. Təbiidir ki, biz müxalifətdən üzrxahlıq gözləmirik, onlar əsl “siyasətçilər” kimi hərəkət edirlər, əvvəl proqnozlar verirlər, ittihamlar səsləndirirlər, sonra dedikləri yalan çıxanda da özlərini heç nə olmamış kimi aparırlar.  

Bu hadisə sülh danışıqlarına necə təsir edə bilər? 

Rus sülhməramlılarının Qarabağı tərk etməsi Azərbaycan-Ermənistan sülh danışıqlarına elə bir ciddi təsir göstərməyəcək. Bu addım artıq rusların vasitəçilik imkanlarını son həddə qədər azaldacaq. Çünki Rusiya sülhməramlıları çıxarmaqla Cənubi Qafqazda özünün mühüm təsir imkanını itirmiş oldu. 

Əslinə qalsa, Rusiya artıq vasitəçilik funksiyasını itirmişdi, danışıqlarda Rusiyanın rolu, demək olar ki, yox idi. Çünki Ermənistan qəti şəkildə Rusiyanın vasitəçiliyini qəbul etmirdi. Ancaq rus sülhməramlılarının Qarabağda yerləşməsi müəyyən qədər rusları da bu prosesə qoşmağı məcburi edirdi.  

Hansısa formada rusların da iştirakı sülh danışıqlarında zəruri idi. Artıq sülhməramlılar da çıxır, Ermənistan və Qərb qətiyyətlə Rusiyanı bu prosesdən uzaqlaşdırmaq istəyir və yalnız Qərb platformasına üstünlük verilməsini tələb edirlər. Azərbaycan hər yerdə danışıq aparmağa hazır olduğunu dəfələrlə bildirib. Yalnız bir şərt qoyub: vasitəçi tərəfsiz və ədalətli olmalıdır. Çox təəssüf ki, Qərb ölkələri bu tələblərə sona qədər cavab vermirlər. Açıq şəkildə Ermənistan mövqeyində durduqlarını öz imzaları ilə təsdiq ediblər. Bu səbəbdən Qazaxıstanın son təşəbbüsü təqdirəlayiq bir addımdır. Danışıqların Qazaxıstanda keçirilməsi sülh sazişinin imzalanmasını sürətləndirə bilər. Rusiyanın bu prosesdən çəkilməsi Qazaxıstanın əhəmiyyətini bir az da artırır. Əgər Ermənistan konstruktiv mövqe tutsa və Qazaxıstanda danışıqlar aparmağa razılıq versə, sülh sazişini bu il imzalamaq tamamilə realdır”-deyə A.Səmədov qeyd etdi. 

A.Səmədov onu da vurğuladı ki, Ermənistan yalnız Qərb ölkələrinin iştirakı ilə keçirilən danışıqları qəbul etdiyini və danışıqların da məhz Vaşinqtonda, Brüsseldə və başqa bir Qərb şəhərində aparılmasını istəyirdi. A.Səmədovun sözlərinə görə, bu da, təbiidir ki, prosesi ləngidir və yəqin ki, bundan sonra da ləngitməkdə davam edəcək. Ermənistanın Gürcüstanda danışıqlar aparmaq barədə təklifimizi qəbul etmədiyini deyən A.Səmədov qeyd etdi ki, sərhəddə danışıqlar təklifimiz də, Türkiyənin vasitəçilik istəyi də onlar tərəfindən qəbul edilməyib. “Qeyd etdiyim kimi, Qazaxıstan prezidenti yeni bir platforma təklif edib ki, danışıqlar onun ölkəsinin ərazisində keçirilsin və çox güman, o təklif də qəbul olunmayacaq. Təbii ki, bu da sülh danışıqlarını ləngidən bir amildir. İkincisi, çox təəssüf ki, Qərb birmənalı şəkildə Ermənistanın mövqeyini müdafiə edir və Avropa siyasi birliyinin ötən il keçirilən Qranada sammitində onların imzaladığı bəyanat sülh danışıqlarına böyük zərbə vurdu. Bu səbəbdən Azərbaycan da Qərb platformasına ciddi etimad göstərmir. Paşinyanın son günlər atdığı addımlar, işğal altında olan kəndlərimizi qaytarmaq  üçün erməniləri dilə tutması,  şübhəsiz ki, müsbət hadisələrdir. Müəyyən qədər ümidləri artırır. Ancaq bu addımlar kifayət deyil, danışıqlarda konstruktiv mövqe tutulmalıdır və öz istəyini qəbul etdirmək siyasətindən imtina olunmalıdır. Növbədə yəqin ki, Rusiya sərhədçilərinin və 102-ci hərbi bazanın çıxardılması istiqamətində addımlar olacaq. Belə görünür ki, Rusiya hərbi iştirakını Cənubi Qafqazda nəyin bahasına olursa olsun saxlamaqda israr etməyəcək, yaxud Ukrayna məsələsini qurtarana qədər mövqelərini müəyyən qədər yumşaltmaq məcburiyyətindədir. Hələlik, Ukrayna müharibəsinin də sonu görünmür. Baxmayaraq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kifayət qədər maraqlı bir sülh təklifi ilə çıxış edib. Ancaq Ukrayna onu qəbul etmək istəmir, ABŞ-ın yardımı da ləngiyir. Aprelin 20-də keçirilməsi planlaşdırılan səsvermə Nümayəndələr Palatasının mövqeyinin nədən ibarət olduğunu bir daha ortaya qoyacaq. Əgər Ukraynaya yardım üçün nəzərdə tutulan 60 milyard dollar barədə qərar qəbul olunsa, bu, təbiidir ki, bölgədə vəziyyəti dəyişəcək və Ukraynanın münasibəti də əvvəlki kimi qalmaqda davam edəcək. Ancaq yenə də yardım ləngisə, Ukraynanın qəbul etməyəcəyi hadisələr baş versə, bu, Ərdoğanın sülh təklifinə münasibəti də dəyişə bilər. Bir sözlə, keçmiş Sovetlər İttifaqı məkanında çox maraqlı hadisələr baş verir və bu hadisələrin reallaşmasında da Azərbaycan mühüm rol oynayır”-deyə A.Səmədov bildirdi.  

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031