KÖHNƏ VERSİYA            

Ermənilər saxta erməni "genosidinə" "ekiztayı" tapdılar - yezidi soyqırımı...

Image

Qasım Hacıyev: “Yezidi kürdlərə qarşı ən böyük diskriminasiya və assimilyasiya siyasətini Ermənistan həyata keçirib”

Saxta soyqırım iddiası ilə uzun illər dünyanın canını boğazına gətirən ermənilər, terror dövləti Ermənistan indi də yezidi soyqırımını gündəmə gətirib onun ətrafında manipulyasiya etməklə məşğuldur. 

Başqa xalqlara qarşı gerçək soyqırımları qəbul etmək istəməyən Ermənistan nəhayət ki, öz qondarma”soyqırım”ına “əkiz bacı” tapdı. Azərbaycanlılara, eləcə də vaxtilə indiki Ermənistan 

ərazisində yaşayan xalqlara qarşı soyqırım və deportasiya siyasəti həyata keçirən bu ölkədə yezidilərə (yezidi kürdlərə) “yas” tutulur. Yeri gəlmişkən, yezidiləri ən çox diskriminasiyaya məruz qoyan məhz Ermənistandır, bu ölkədə onların dillərinin, dinlərinin, milli kimliklərinin, mədəniyyətlərinin inkar edildiyi, erməniləşdirildiyi gizlin deyil. Onların yalnız sözdə  milli, dini kimliyi var. Yezidiləri zorən erməniləşdirən və dinlərini Qriqoryanlaşdıran Ermənistan indi də yezidi soyqırımını gündəmə gətirir.  

Məlum olduğu kimi, Ermənistan parlamenti avqustun 3-nün Sincarda yezidi soyqırımı qurbanlarının anım günü kimi qeyd olunması layihəsini birinci oxunuşda qəbul edib. Bu barədə erməni mediası məlumat yayıb.

Bu layihəni hakim “Mülki müqavilə” fraksiyasının yezidi deputatı Rüstəm Bakoyan təqdim edib. 

“Ermənistan Respublikasının bayramları və anım günləri haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi lehinə 88 səs toplayaraq yekdilliklə qəbul edilib. 

“2014-cü il avqustun 3-də İraqın yezidilərin yaşadığı Sincar şəhərinə qondarma “İslam Dövləti” terror qruplaşmasının hücumları həyata keçirilib və burada üç mindən çox insan həlak olub.

Aclıq, susuzluq və dözülməz istilər nəticəsində dağlara sığınan minə yaxın insan həlak olub, 200 mindən çox yezidi qaçqın düşüb, 13-56 yaş arası 5000-ə yaxın qadın və qız qaçırılıb. İslamı qəbul etmək və cihadçılarla evlənmək sonuncuların sağ qalması üçün ilkin şərt olub”- xəbərdə belə deyilir.

Mətbuatın araşdırmasına görə, bəzi mənbələr yezidiləri kürd hesab edir, amma onların özləri bunu qəbul etmir. Kürd dilinin iki ana qrupundan biri olan kurmanc dilində danışırlar. 2001-ci ildə aparılmış rəsmi siyahıyaalmaya əsasən, Ermənistanda bu ölkənin vətəndaşı olan 40,620 nəfər yezidi kürd yaşayır .

“Ermənistan parlamentinin yezidilərlə bağlı belə bir qərar qəbul etməsi həqiqətən də riyakarlığın, ikiüzlülüyün son həddidir” 

Ermənistan parlamentinin avqustun 3-nün Yezidi soyqırımı qurbanlarının anım günü kimi təsis edilməsi haqqında layihəni birinci oxunuşda qəbul etməsinə şərh verən AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz Tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, bu, Ermənistan parlamentinin indiyə qədər qəbul etdiyi saxta qərarların, həyata keçirdiyi tədbirlərin davamıdır. “Türkə, müsəlman dünyasının əleyhinə olan nə kimi təbliğat üsulları varsa hamısından istifadə edirlər. Birinci növbədə həm özlərinin tarixdə etdikləri soyqırımları pərdələməyə, gizlətməyə cəhdlər göstərirlər, həm də özlərinin tərəfini saxlayanlara bir mesaj ötürürlər. Bununla belə görüntü yaratmaq istəyirlər ki, guya Ermənistan humanist addımlar atır, başqa millətlərin xeyrinə qərarlar qəbul edir. Bütün bunlar gözdən pərdə asmaq üçündür”-deyə Q.Hacıyev qeyd etdi. 

Q.Hacıyevin sözlərinə görə, tək millətlilik ermənilərdə daha güclüdür, bu gün Ermənistanda yaşayan əhalinin 98 faizdən artığı yalnız haylardır. “Hətta 1 faiz etnik yezidi kürd saxlamışdılar, onların da yarıdan çoxunu assimliyasiya ediblər, onları erməniləşməyə məcbur ediblər. Yezidi kürdlərə qarşı ən böyük disskriminasiya və assimilyasiya siyasətini Ermənistan həyata keçirib. Yezidilərin bütün hüquqlarını pozublar, onları ən ümdə insani hüquqlarından məhrum ediblər, onlar təhdid olunur, ələ salınır, alçaldılır. Ermənistanda onların heç bir hüquqları, mülkiyyətləri belə yoxdur. Ermənistan parlamentinin yezidilərlə bağlı belə bir qərar qəbul etməsi həqiqətən də riyakarlığın, ikiüzlülüyün son həddidir. Ermənilərin yezidilərin dərdini çəkməsi qeyri-səmini, gülünc görsənir. Bütün dünya bilir ki, harada müharibə gedirsə, orada insanlar ölür. Heç kəs insan ölümünün tərəfdarı deyil”-deyə bildirən Q.Hacıyevin sözlərinə görə, Azərbaycan ərazisində soyqırımlar, qətliamlar törədən, azərbaycanlılara qarşı deportasiya və genosid aktı, kütləvi qırğınlar törədən, abidələrə qarşı vəhşilik edən Ermənistanın   yezidi soyqırımı ilə bağlı qərar qəbul etməsi çox absurddur. “Fikrimcə, Ermənistan bununla özünün yeni məkrli niyyətini gerçəkləşdirmək və qondarma “erməni soyqırımı” ilə yezidi soyqırımını paralel təbliğ etmək istəyir ki, bəlkə nəsə əldə edə bildi. Bu, erməni riyakarlığının növbəti üzüdür. Ermənistanın məqsədi olmasa belə bir addım atmazdı. Yezidi soyqırımı ətrafında manipulyasiya etməklə öz məkrli niyyətlərini büruzə verir. 

Yezidi kürdlərin mədəniyyətini, irsini məhv edən, onların izini itirən Ermənistanın bu gün onlarla bağlı belə bir addım atması bir araya sığmır”-deyə bildirən Q.Hacıyev əlavə etdi ki, bu gün ermənilərin və Ermənistanın dünya tərəfindən ciddi şəkildə islah olunmasına ehtiyac var. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031