Moskva Ermənistandan ABŞ və Aİ ilə hərbi-siyasi razılaşma xəbərlərinə aydınlıq gətirməsini istədi...
Moskva ABŞ və Avropa İttifaqı ilə hərbi-siyasi razılaşmalar barədə mətbuatda yayılan məlumatlarla bağlı Ermənistanın dəqiq reaksiya verməsini gözləyir.
Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O deyib: “Biz bu amillərin yekununu nəzərə alaraq, Ermənistan hakimiyyətinin həmin xəbərlərə dəqiq reaksiya verməsini gözləyirik. İdeal halda isə, onların üzərindən sirr pərdəsinin götürülməsini istəyirik”.
M.Zaxarova qeyd edib ki, Brüsseldə keçirilən görüş zamanı Rusiya bazasının və sərhədçilərinin Qərb mütəxəssisləri ilə əvəzlənməsi, eləcə də Ermənistanda kritik infrastrukturun istiqamətinin dəyişdirilməsi ilə bağlı planların İrəvana həvalə edilməsi ortaya çıxsa, Moskva buna təəccüblənməyəcək.
Diplomatın sözlərinə görə, Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə yeni böyük yanğının qızışdırılması ilə bağlı öz istəyinə kömək edəcək alət rolu ayrılıb.
ZÜMRÜD