İqtisadiyyat nazirinə yeni müavin təyin olundu
Anar Axundov Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini təyin olunub. Bu barədə Prezident İlham Əliyev sərəncamı imzalayıb.
Qeyd edək ki, A.Axundov 1975-ci ildə anadan olub.
1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisasi üzrə bitirib.
Əmək fəaliyyətinə Bakı Banklararası Valyuta Birjasında başlayıb, həmçinin bir sıra kommersiya banklarında çalışıb.
1999-2004-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində baş mütəxəssis, şöbə rəisi və departament rəisi vəzifələrində işləyib.