Xankəndidə qumbara və avtomatlar tapılıb
![Image](/uploads/posts/2024-04/1713420219_1fe6918b-5f25-37fa-b023-efb13b666d51_850.webp)
Polis əməkdaşları Xankəndidə qumbara və avtomatlar tapıblar. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 17-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 7 tüfəng, 1 qumbara, 6 alışdırıcı, 17 patron darağı, 850 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Mətləb