Bakıda 2 avtomobil toqquşub, sürücü vəfat edib
![Image](/uploads/posts/2024-04/fe2ce737-92b5-3ae6-8ac4-751b0d0d5e3c_850.webp)
Bakıda yük maşını ilə minik avtomobili toqquşub, ölən var. Hadisə paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə C.Həsənov küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, İslam Yusifovun sükanı arxasında olduğu "Toyota Prius" markalı avtomobil Rövşən Abbasovun idarə etdiyi "Azİnşaat" MMC-yə məxsus "MAN TGA" markalı yük avtomobilinin arxa hissəsi ilə toqquşub. Nəticədə İslam Yusifov aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində vəfat edib. Faktla bağlı cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.
Mətləb Salahov