ABŞ Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxarılmasına münasibət bildirdi
ABŞ Dövlət Departamentinin sözçüsünün birinci müavini Vedant Patel jurnalistlər üçün keçirilən brifinqdə Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxarılmasına dair suala cavabında deyib.
V.Patel bəyan edib ki, “Biz Azərbaycan və Ermənistanın davamlı və şərəfli sülhə nail olmaq səylərini qətiyyətlə dəstəkləyirik və bu prosesin asanlaşdırılmasına yardımı davam etməyə hazırıq”.
Onun sözlərinə görə, ABŞ 2020-ci ildə Qarabağda döyüşlərə son qoyan və həmin bölgədə Rusiya qoşunlarının yerləşdirilməsini nəzərdə tutan üçtərəfli razılaşmanın tərəfi olmayıb.
Mətləb Salahov