Paşinyan Tavuşda qapalı görüş keçirdi - Baş nazir sakinləri qismən razı sala bilib...
Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 17-də Tavuş bölgəsinə səfəri çərçivəsində Kirants kəndinə də gedib.
Paşinyan bu barədə sosial şəbəkə hesabında yazıb. O, Voskaper kəndindən sonra Kirantsa gəldiyini, burada da görüşün sual-cavab formatında keçirildiyini bildirib.
Qeyd edək ki, aprelin 17-də Nikol Paşinyan Voskepar kəndinin sakinləri ilə görüşüb. Görüş qapalı keçirilib və çəkilişə icazə verilməyib.
Kənd sakinlərindən biri - Laura adlı qadın mətbuata bildirib ki, N.Paşinyan torpaq mübadiləsi aparılmalı olduğunu bəyan edib. Baş nazir bölgə sakinlərini qismən də olsa, razı sala bilib.
ZÜMRÜD