KÖHNƏ VERSİYA            

3-cü dünya müharibəsi Azərbaycana da təsirini göstərməyə başladı...

Image

Dünya miqyasında bu gün xüsusi diqqət cəlb edən  məqam savaşların sayının artması və daha təhlükəli xarakter daşımasıdır. Elə bu durumda hesab olunur ki, əslində indi üçüncü dünya müharibəsi gedir. 

Məsələyə bu rakursdan nəzər salan  Böyük Britaniyanın “The Telegraph” nəşri yazır ki, Rusiyanın Ukraynaya hücumu da bunun tərkib hissəsidir: “İstəsək də, istəməsək də, Rusiyanın Ukraynada genişmiqyaslı müharibəsi dünya müharibəsinin bir hissəsidir. Bu müharibə Rusiya və onun müttəfiqləri - Çin, İran və Şimali Koreya ilə kollektiv Qərb arasında gedir”.

Bildirilir ki, Qərb bu reallığı dərk etməlidir: “Belə olan halda Rusiya məğlub edilə bilər. Əks halda Ukrayna daha çətin vəziyyətə düşəcək. Rusiya müttəfiqlərini səfərbər edir, Qərb isə hələ də bu məsələni regional mübahisə kimi qiymətləndirir”. Bundan başqa, son günlər Yaxın Şərqdə baş verənlər də göstərir ki, üçüncü dünya müharibəsinin başladığını iddia edənlər haqlıdırlar. Xatırladaq ki, 2023-cü ilin oktyabrında sözügedən regionda İsrail və HƏMAS arasında başlayan müharibə bugünə qədər davam edir. Rəsmi Təl-Əviv HƏMAS və “Hizbullah”ı məhv edəcəyinə söz verib. Belə bir vaxtda aprelin 14-də İran qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə İsrail ərazisinə hücum edib. “The New York Times” qəzeti İslam İnqilabı Keşikçiləri Korpusunun İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 “yer-yer” tipli raketi atdığını bildirib. İsrail cavab zərbələrinə hazırlaşır. ABŞ rəsmiləri İsrailin hərbi cavabının İran ordusuna və Tehranın kənarda dəstəklədiyi qüvvələrə zərbələr endirməkdən ibarət olacağını gözləyirlər. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib ki, İsrailin növbəti hücumlarına daha ağır cavab veriləcək. Daha əvvəl İran prezidenti İbrahim Rəisi xəbərdarlıq edib ki, hər hansı yeni hücuma İran tərəfindən daha sərt cavab veriləcək. Bu fonda ABŞ və İsrailin digər müttəfiqlərinin savaşa daxil olması qaçılmaz sayılır. Bu da üçüncü dünya müharibəsinin daha açıq fonda özünü göstərməsi ilə nəticələnəcək. “The Wall Street Journal” yazır ki, İsrail ABŞ və digər Qərb, eləcə də regional hərbi tərəfdaşların köməyi ilə İranı neytrallaşdırmağı düşünür. Nəşrin məlumatına görə, İsrail dövləti son hücumda da, əsasən, ABŞ və digər müttəfiqlərin verdiyi hava hücumundan müdafiə sistemləri, başqa silahlar sayəsində dronların, raketlərin əksəriyyətini tuta bilib: “ABŞ, Britaniya və İordaniya döyüş təyyarələri dronların vurulmasında böyük rol oynayıb. İndi İsrail dövlətinin sərt cavabı regionda dağıdıcı nəticələrə gətirib çıxaracaq, əks hal isə onu və müttəfiqlərini daha zəif edəcək. 

Bundan əlavə, İsrail Yaxın Şərqdəki tərəfdaşlarının, o cümlədən onu kəşfiyyat məlumatları ilə təmin etmiş, hava məkanını açmış İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin maraqlarını nəzərə almalıdır. Gözlənilən odur ki, İsrail tezliklə İranın onun hərbi obyektlərinə hücumuna cavab olaraq hərəkətə keçə bilər. Vaşinqton israr edir ki, İsrail dövləti gərginliyin daha da artmasına səbəb ola biləcək heç bir şey etməməlidir. Amma İsrail fərqli fikirdədir”. Hələlik Qərb israillilərdən İran ərazisinə zərbə endirməməyi xahiş edir. Ancaq İranın İsrail ərazisinə birbaşa hücumu isə ilk dəfə olaraq “qırmızı xətti” pozur. İsraildə sağ siyasi qüvvələrin tərəfdarları artıq cavab verməyi tələb edirlər. Belə ki, bu epizodun həqiqətən bitdiyinə hələ heç bir əminlik yoxdur. İsrailin “Nativ” təhlükəsizlik xidmətinin rəhbəri, keçmiş israilli diplomat Yakov Kedmi isə qeyd edir ki, İranın İsrailə verdiyi bəhanədən yararlanmaq və cavab zərbələri ilə onun nüvə proqramını, nüvə silahı istehsal olunan bütün müəssisələri məhv etmək lazımdır: “Əslində anlamalıyıq ki, hücumla bağlı qərarı dörd nəfər verir: Baş nazir, müdafiə naziri və hərbi kabinetə üzv digər iki nazir. Bu dörd nəfərdən üçü keçmiş Baş Qərargah rəisidir. İndi öz aralarında nə razılaşırlar, hansı davranış taktikasını seçəcəklər, bilmirəm və heç kim bilmir. Yalnız zaman göstərəcək”. Bütün bu hadisələrin Cənubi Qafqaza, o cümlədən  Azərbaycana hansı təsirlərinin ola biləcəyi də xüsusi diqqət cəlb edir. Fakt budur ki, Rusiya-Ukrayna, İran-İsrail münasibətləri beynəlxalq münasibətlər sistemində ən həssas mövzulardan birinə çevrilib. Hazırkı durumda bir ölkədə baş verən hadisə digərində güzgü effekti ilə əks olunduğu üçün bu proseslərin mütləq Cənubi Qafqaza, o cümlədən Azərbaycana da təsiri var. Digər tərəfdən. Rusiya və İran yaxın qonşu ölkələrdir. Belə vəziyyətdə təkcə Rusiya-Ukrayna yox, İran və İsrail arasındakı savaş Cənubi Qafqaza daha çox təsir edəcək. Xüsusən də savaş genişlənərsə, İrandan böyük insan dalğasının gəlməsi risqi var, onun bir hissəsi Azərbaycan sərhədlərinə doğru yönələ bilər. Xüsusən bu dalğada Azərbaycan türkləri olacaqsa, o zaman onları ərazimizə qəbul etməkdən başqa yolumuz qalmayacaq. Yəni böyük müharibə olacağı təqdirdə bu cür perspektiv gözləniləndir. Bu halda, təbii ki, Azərbaycan müharibənin baş verməsində maraqlı deyil. Bakının həm İranla, həm İsraillə normal münasibətləri var. Ekspertlər hesab edir ki, bütün hallarda rəsmi Bakı balansı saxlamağa çalışmalıdır. Tərəflərdən heç birinə qoşulmadan, heç birinin tərəfini tutmadan neytral şəkildə siyasətini davam etdirməlidir. Hazırda Azərbaycan bu siyasəti uğurla davam etdirir.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031