KÖHNƏ VERSİYA            

Rus-Ukrayna savaşına görə neft 100 dolları keçəcək...

Image

Artıq 5 aydır ki, Ukrayna pilotsuz uçan aparatlarla (PUA) Rusiyanın neft emalı zavodlarını bombalayaraq iqtisadiyyatına hiss olunacaq dərəcədə ziyan vurur. Bu fonda “The Washington Post” qəzeti yazır ki, ABŞ-ın vitse-prezidenti Kamala Harris Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon söhbətində neft emalı zavodlarına PUA hücumuna son qoymağa çağırıb:

“Rusiyanın neft emalı zavodlarına vurulan zərbələr yaxın günlərdə dünya bazarında neftin qiymətinin yüksəlməsinə səbəb olacaq ki, bu da seçkilər ilində Prezident Cozef Baydenin maraqlarına uyğun deyil”. İddiaya görə, Harris bu tələbi bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransında təkbətək görüş zamanı Zelenskiyə çatdırıb. Amma Zelenski Kamala Harrisin Rusiya neft emalı zavodlarına hücumları dayandırmaq tələbini rədd edib.

Bunlar fonunda Rusiya benzin qıtlığı yaranacağı halları önləmək məqsədilə Qazaxıstandan 100 min ton benzin ehtiyatı hazırlamağı rica edib. Bunu sözügedən sahədəki üç məlumatlı mənbəyə istinadla “Reuters” agentliyi yazıb. Mənbələrdən biri razılaşmanın artıq əldə olunduğunu bildirib. Agentlik bunu da yazır ki, dron hücumları nəticəsində Rusiyada neftin ilkin emalının istehsal gücünün 14 faizi sıradan çıxarılıb. “Kommersant” qəzetinin məlumatına görə Ryazan, Kuybışev, Sızran və Nijeqorod neft emalı zavodlarında istehsalat qurğuları tamamilə dayandırılıb. Nəticədə martın son həftəsində Rusiyada benzinin orta gündəlik buraxılışı 110,7 ton olub. Bu isə fevral ayının müvafiq göstəricisindən 12 faiz azdır.  Rusiya Energetika Nazirliyi aprel-may və ola bilsin iyunun əvvəllərinədək neft emalı zavodlarının təmirini başa vurmağı planlaşdırır. Energetika naziri Nikolay Şulginov deyib ki, bütün zədələnmiş qurğular istismara qaytarılacaq. Rusiya Yanacaq Enerji Kompleksinin vitse-prezidenti Aleksandr Novak deyb ki, bazar risqlərinin baş verməməsi üçün neft şirkətlərinə zədələnməmiş zavodların təchizatını və beləliklə də benzin istehsalını artırmaq tapşırılıb. Rusiya hökuməti öz növbəsində martın 1-dən benzinin ixracını qadağan edib. Məhdudiyyətlər daha yarım il qüvvədə olacaq, amma Avrasiya İqtisadi İttifaqı öfkələri ilə əvvəlcədən razılaşdırılmış təchizata şamil edilməyəcək. Daxili bazarda benzin qıtlığından çəkinən Rusiya Belarusdan benzin alışını artırıb.Əgər fevral ayında Rusiya Belarusdan 590 ton benzin almışdısa, mart ayında bu rəqəm 3 min tona yüksəlib. “Bloomberg” agentliyi yazır ki, Rusiya dəniz dizel yanacağının ixracını 5 aylıq minimum həcmində azaltmağı planlaşdırır. Mart ayında “Rosneft” şirkətinin Ryazan, Lukoil şirkətinin isə Kstovdakı neft emalı zavodlarına dron hücumları olub. Bu iki müəssisə Rusiya və Moskvanı benzinlə təchiz edən neftayırma zavodlarının ilk onluğuna daxildir. İlin əvvəlindən bəri Rusiyanın 10 regionundakı 15 neft emalı zavoduna dron hücumları olub. Bunların illik emal gücü 192 milyon tondur. Kiyev bu hücumlar üçün məsuliyyəti bir qayda olaraq üzərinə götürmür. Bu arada “Financial Times” qəzeti üç mənbəyə istinadla xəbər verir ki, Vaşinqton Kiyevi Rusiyanın enerji infrastrukturuna zərbələr endirməməyə çağırıb. Mənbələrin dediyinə görə ABŞ bunun nəticəsində dünya bazarında neft qiymətlərinin artacağından ehtiyat edir. Bu da ABŞ-da seçkilərə təsir edən faktorlardan hesab olunur.

Xatırladaq ki, ari ilin noyabrında ABŞ-da prezident seçkiləri keçiriləcək və hazırkı  dövlət başçısı Bayden ikinci müddətə prezident seçilmək istəyir. Seçkilər ərəfəsində dünya bazarında o cümlədən ABŞ-da yanacağın qiymətinin artması Baydenə böyük problem yaradır. Yuxarıda qeyd olunduğu kimi, Rusiyanın Samara, Sızran, Ryazan, Kuybışev, Volqoqrad şəhərlərindəki və Tatarıstandakı neft emalı zavodlarına endirilən zərbələr nəticəsində emal 14 faiz azalıb ki, bu da Rusiyanın özündə benzinin qiymətinin artmasına səbəb olub. Rusiyanın 7 böyük neft emalı zavoduna əsaslı zərər vurulub və neft emalı 123 min 800 tondan 90 min 500 tona düşüb. Rusiya Statistika İdarəsinin məlumatına görə, Ukrayna PUA-larının zərbələri 10,1 faiz benzin, 4 faiz dizel yanacağının azalmasına səbəb olub. Lakin Beynəlxalq Enerji Agentliyi Rusiyanın benzin və dizel yanacağı istehsalının göstərilən rəqəmlərdən 2 dəfə artıq azaldığını bildirib və qeyd edib ki, bu, dünya bazarında neft məhsullarının qiymətinə təsir göstərəcək. Agentliyin hesablamasına görə, Rusiyanın dünya bazarına ixrac etdiyi neftin həcmi 20 faiz azalıb. ABŞ dövlət katibi Entoni Blinkenin də xəbərdarlığına baxmayaraq, Ukrayna imkanı daxılındə PUA-larla Rusiyanın neft emalı zavodlarına zərbələr endirməyə davam edəcək.  Bu durumda dünya bazarında “Brent” markalı neftin qiyməti təxminən 90 dollar, WTI və “Urals” markalı neftin qiyməti 85 dollar ətrafındadır. Az olmasına baxmayaraq, dünya bazarında neftin qiymətində artım müşahidə edilir. Amma prosesin daha sürətli xarakter alması da istisna deyil. “Vitol” xammal ticarəti üzrə müstəqil qrupunun baş direktoru Rassel Hardi qeyd edir ki, baş verənlər, eləcə də OPEC+ ölkələrinin hasilat intizamını qoruyub saxlaması fonunda neft qiymətləri bir barrel üçün 100  dollara çata bilər. Xatırladaq ki, qlobal iqtisadi artım tempi ilə bağlı narahatlıqlar tələb proqnozlarına təsir etdiyindən, OPEC+ həmçinin neft qiymətlərini dəstəkləmək üçün 2022-ci ilin sonundan könüllü hasilatın azaldılması çərçivəsində gündəlik təxminən 5 milyon barrel nefti bazardan çıxarıb.

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031