KÖHNƏ VERSİYA            

"Bu gün insanların küçə iğtişaşlarına çağırılması Vətənə və xalqa xəyanətdir" - Vüqar Rəhimzadə

Image

Bu gün beynəlxalq ictimaiyyət Azərbaycanın təkmil inkişaf modelini, hər bir sahədə zəngin təcrübəyə malik olmasını, islahatçı ölkə kimi nüfuz qazanmasını, ən əsası qalib xalq və dövlət olaraq yaratdığı yeni reallıqları təqdir edir. Azərbaycan ötən hər gün sabitlik diyarı kimi qazandığı imicinə yeni-yeni əlavələr edir. İkinci Qarabağ müharibəsi və bir günlük antiterror tədbirləri zamanı tarixi zəfərlərə imza atan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanın hazırda sözünün imzası qədər dəyərli olması hər birimizi qürurlandırır. Təbii ki, hər bir uğurumuzun əsasında xalq-Prezident birliyinin, həmrəyliyinin sarsılmazlığı dayanır. Vətən müharibəsində tarixi Zəfərimizin simvoluna çevrilən “dəmir yumruq” bu birliyin təqdimatı oldu.

Bütün bunları görməmək siyasi korluqdur. Bu uğurların fonunda “sapı özümüzdən olan baltalar”ın öz şəxsi ambisiyalarının quluna çevrilmələri, xarici himayədarlarının oyuncağı funksiyasını yerinə yetirərək onların çaldığı havaya oynamaları, anti-Azərbaycan dairələrin hazırladıqları ssenarilərin icrasının  qarşılığında alacaqları  qrantlar uğrunda bir-biriləri ilə didişmələri hər kəsə məlum olan faktlardır. Bu gün demokratik cəmiyyətin varlığını şərtləndirən bütün amillər ölkəmizdə tam təmin edilib. İnsan hüquqlarının  qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi, azad mətbuatın inkişafı, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə dünya ictimaiyyətinin diqqətindədir. Bunları dəyərləndirmək üçün şəxsi ambisiyalar deyil, dövlət maraqları öndə olmalıdır. Amma uzun illərin təcrübəsi sübut edir ki, radikallığı  fəaliyyətinin əsas istiqaməti kimi qəbul edən antimilli ünsürlərdən belə bir konstruktiv mövqe gözləmək sadəlövhlük olardı.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə diqqəti yarandığı gündən xarici anti-Azərbaycan dairələrin layihəsi olduğunu hər an büruzə verən və atdığı bütün addımlarla bunu təsdiqləyən “Milli Şura” adlanan, əslində isə bütün əməllləri ilə antixalq və antimilli mövqedə dayandığını təsdiq edən üzdəniraq qurumun 21 aprel tarixinə planlaşdırdığı mitinq şousuna yönəldib. Radikal ünsürlər xaricdəki anti-Azərbaycan qüvvələri tərəfindən aldıqları mitinq sifarişini yerinə yetirmək istəyirlər… Məlumdur ki, zaman-zaman Azərbaycanda sabitliyi pozmaq, qarşıdurma yaratmaq, xalqda ölkə iqtidarına qarşı narazılıq formalaşdırmaq dövlətimizin müstəqil siyasətini, davamlı uğurlarını həzm etməyən xarici anti-Azərbaycan qüvvələrini düşündürən məsələlər olub. Daxili bədxahlarımız həmin qüvvələrin maraqlarının ifadəçisinə çevrildikləri üçün mitinq tapşırığını, necə deyərlər, canla-başla qəbul edirlər. Dövlət maraqları bu ünsürlər üçün həmişə arxa planda olub. Belə sifarişli mitinqləri keçirmək cəhdi müxalif düşərgədə mövcud vəziyyətə də aydınlıq gətirir. Düşərgənin konstruktiv qanadı belə sifarişlərə, onların icraçılarına hər zaman mənfi münasibətini bildirir, dağıdıcı antimilli ünsürlərin siyasi meydanı tərk etmələrini tələb edirlər. Müxalifətçilik anlayışının mahiyyətini hələ də dərk etməyən Kərimov Əli kimi xain ünsürlər bu haqlı tələblərdən nəticə çıxarıb siyasət meydanını tərk etmək əvəzinə dövlətə, xalqa xəyanət yolunu tutmağı “qəhrəmanlıq” kimi qəbul edirlər. Belələrinə xalqın verdiyi cavab dəyişməzdir. Siyasi meydanın küncünə sıxışdırılan bu ünsürlər özlərinə cəsarət tapıb  bu meydanı tərk etməlidirlər.

YAP Xətai rayon təşkilatının sədri onu da vurğulayıb ki, başları Azərbaycan əleyhinə təbliğat aparmağa, uğurlarımıza qara eynəkdən baxmağa qarışan qondarma “milli şura”çılar cəmiyyətdə ixtilaf yaratmaq məqsədi daşıyan mitinq cəhdlərindən utanc hissi keçirmirlər. Bu gün Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur. Xalqın öz Prezidentinə inamı sonsuzdur. Bunu şərtləndirən amillər, təbii ki, göz qabağındadır. Dövlətimizin qətiyyəti, uğurlu, düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində qarşıya qoyulan hədəflərə zamanında və yüksək səviyyədə nail olunur. Artıq ölkəmiz yeni dövrə qədəm qoyub. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması yeni dövrün başlanğıcı olmaqla yanaşı, həm də 7 fevral növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirdi. Bu seçkilər Azərbaycanın uğurlarının, demokratik proseslərin sürətləndirilməsinin təqdimatı oldu. Bunları inkar edib heç bir əsası olmayan iddialarla insanları iğştişaşlar törətməyə çağırmaq bədnam “milli şura”çıların çirkin niyyətlərinin daha bir iyrənc təzahürüdür. Bu gün xalq arasında nüfuzu sıfırın altında olan Kərimov Əli kimi avantüristin guya mitinqin zəruriliyi ilə bağlı fikirləri dağıdıcı ünsürlərin xəbis niyyətlərini bir daha ifşa edir. Mitinq çağırışları ilə varlıqları barədə görüntü yaratmağa çalışan kərimov əlilər 30 il öncənin nostalji hissləri ilə yaşayırlar. Bu xain ünsürlər unudurlar ki, nə Azərbaycan həmin dövrün Azərbaycanı, nə də xalq həmin xalqdır. Özləri, həmçinin sosial bazaları barədə böyük görüntü yaratmağa çalışan bu ünsürlərin əvvəllər keçirdikləri mitinqlərə insanları hansı yollarla topladıqları məlumdur. Həmin mitinqlərin iştirakçıları bir qayda olaraq özlərinin ailə üzvləri idilər. Dağıdıcı ünsürlərin zaman-zaman özlərinin mitinq şoularının fiaskoya uğramasında hakimiyyəti günahlandırmaq cəhdləri gülüncdür.

Vüqar Rəhimzadə vurğulayıb ki, dağıdıcıların 21 aprel mitinq-şoularının tələblərinə diqqət yetirdikdə onların əsl niyyətləri bəlli olur. Absurd tələblərin heç bir əsası yoxdur. Azərbaycan sosial dövlətdir. Ölkəmizin iqtisadi inkişafı güclü sosial siyasətlə tamamlanır. Minimum əməkhaqqının, pensiyaların, digər müavinətlərin artırılması dövlətimizin sosial-iqtisadi siyasətinin əsas göstəriciləridir. Digər tərəfdən, hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri dövlətimizin insan amilinə yüksək dəyər verdiyini bir daha əyani surətdə nümayiş etdirir.

 Vüqar Rəhimzadə bu mühüm məqamı da xüsusi qeyd edib ki, regionda və dünyada yaşanan hadisələr fonunda insanların küçə iğtişaşlarına çağırılması xəyanətdir. Aprelin 5-də Brüsseldə keçirilən ABŞ, Avropa İttifaqı və Ermənistan görüşü də daxili bədxahlarımızın  xainliyinə işıq saldı. Regionda sülhə və təhlükəsizliyə maneə olan bu görüşə antimilli ünsürlərin dəstəyi Qərbdəki anti-Azərbaycan və ermənipərəst dairələrin “beşinci kalon”u hərəkətə gətirmək niyyətini və  ölkə daxilindəki sabitliyi pozmaq, xalq-iqtidar birliyinə kölgə salmaq cəhdlərini nümayiş etdirdi. Azərbaycana qarşı hər zaman belə cəhdlər olub. Lakin hər dəfə bu cəhdlər dövlətimizin uğurlu siyasəti, xalqımızın birliyi, qətiyyəti sayəsində iflasa uğrayıb.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031