DİN açıqladı: Qanunsuz odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər. Daxili İşlər Nazirliyinin (DİM) mətbuat xidmətindən mətbuata verilən məlumata görə, aprelin 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 5 tüfəng və 28 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir.
Aprelin 15-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.
Mətləb Salahov