Hakan Fidan HƏMAS rəhbərliyi ilə danışıqlar aparacaq
Türkiyənin “Hürriyet” qəzeti maraqlı xəbərlə çıxış edib. Qəzetin yazdığına görə, Türkiyə Qəzza zolağı ilə bağlı məsələnin nizamlanması üçün səylərini artırır və bu məqsədlə ölkənin xarici işlər naziri Hakan Fidan Qətərə səfər edəcək.
Qəzetin yazdığına görə,Türkiyə XİN başçısı bu ölkədə Qətər əmiri və HƏMAS-ın rəhbərliyi ilə danışıqlar aparacaq.
Bundan başqa, Ankara Qəzza üzrə İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının Təmas Qrupunun fəaliyyətini canlandırmaq niyyətindədir.
Mətləb Salahov