KÖHNƏ VERSİYA            

Son 6 ayda sərhəddə 2 böyük təxribat Fransanın təhriki ilə törədilib...

Image

Akif Nağı: “Son 6 ayda sərhəddə iki dəfə atəşkəsin pozulması, Azərbaycana qarşı təxribatların törədilməsi birbaşa Fransanın təhriki, sifarişi ilə baş verib” 

Fransa öz daxilindəki vəziyyətə nəzarət etmək, vətəndaşlarının problemlərini həll etmək, əsarətdə saxladığı xalqların azadlıq arzularına yol açmaq  əvəzinə burnunu Cənubi Qafqaza tərəf uzadır və ona aid olmayan işlərə qarışır. 

İkinci Qarabağ mühribəsi dövründə Ermənistana hərtərəfli yardımlar edən Fransa bununla kifayətlənməyib sonrakı dönəmlərdə də Ermənistana, bu terror ölkəsinə dayaq durmaqda davam etdi. Əlbəttə, burada söhbət Fransanın Ermənistana səmimi münasibətindən, can yandırmasından getmir, Fransanın Ermənistan vasitəsilə Cənubi Qafqaza soxulmaq niyyətlərindən gedir. Fransa bu gün Cənubi Qafqazda pozuculuq fəaliyyəti ilə məşğul olur. Makron hökuməti bütün gücü ilə çalışır ki, Cənubi Qafqazda yeni bir münaqişə ocağı yaransın, özü də Ermənistanın guya müdafiəçisi rolunda meydanda peyda olsun. O, Ermənistanı qanunsuz şəkildə silahlandırmaqla, bu ölkədə müxtəlif vasitələrlə revanşizm əhvalını alovlandırmaqla  məşğul olur. Ermənistana hərbi yardım edən, silahlandıran Makron Cənubi Qafqazda sabitlik, sülh istəmir. Öz məkrli niyyətlərini həyata keçirmək üçün Ermənistanı belə qurban verməyə hazırdır, necə ki, buna doğru gedir də.

Fransa bütün hallarda çalışır ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmasın. Bunu Makron dəfələrlə öz hərəkətləri ilə göstərib. İki ölkə arasında münasibətlərin normallaşması qətiyyən Makrona sərfəli deyil. Çünki Ermənistan və Azərbaycan arasında normallaşma prosesi baş verərsə Makronun bütün məkrli niyyətləri suya düşər. Bütün dünyada nüfuzdan düşən, vaxtilə müstəmləkəsi olan bir çox ölkələrdən qovulan, digər müstəmləkələrində daşa basılan Makron hökuməti öz neokolonialst niyyətlərini Ermənistan vasitəsilə bizim bölgədə gerçəkləşdirmək  istəyir. Amma təbii ki, Makronun bu niyyətləri heç cür hasil ola bilməz. 

Makron da bunu anladığından, Ermənistanı yenidən müharibəyə təhrik edir, həvəsləndirir.   Makron Paşinyanın ağlını başından o dərəcədə alıb ki, o, rəsmi Parisin təxribatlarını görməzdən gəlir. Son 6 ayda Ermənistan-Azərbaycan sərhədində baş verən insidentlər buna əyani misaldır.  

Bildiyimiz kimi, son 6 ay ərzində sərhəddə iki dəfə insident baş verib. Hər ikisi Fransanın təhriki ilə olub.  

Görsənir ki, kənar qüvvələr olmasa, bölgədə sabitlik həmişə ola bilər. Amma rəsmi Paris  rahat durmayıb, Ermənistanı sərhəd insidentinə təhrik edib. 

Ekspertlərə görə, əgər Fransa Ermənistanı təhrik etməsəydi doğrudan da hər şey qaydasında olardı.

“Fransa çalışır ki, daha geniş müstəvidə Azərbaycana qarşı təhdidlər sərgiləsin, təxribatlar törətsin” 

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə şərhində “Çox təəssüf ki, regionda sabitliyə əsas təhlükə Fransa tərəfindən gəlir. İndiyə qədər Rusiya həmişə sabitliyi pozan, situasiyasını nəzarətdə saxlamağa çalışan tərəf kimi ortada idi. Bir qədər də ABŞ müəyyən məqamlarda öz mənfi rolunu oynayırdı. Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra Fransa təşəbbüsü ələ alan tərəf kimi görsənir. Fransa regiona gəlmək istəyir. Regiona gəlmək üçün Fransanın taktikası belə görsənir ki, bölgədə sabitlik olarsa o regiona girə bilməyəcək, Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşarsa, sülh müqaviləsi imzalanarsa Fransanın da üzünə qapılar  bağlanacaq. Fransa istəyir ki, regiona gəlmək üçün həm burada öz maraqlarını təmin etsin, həm də onun bura gəlməsi üçün Rusiya regiondan çıxmalıdır. Yəni Rusiya çıxmasa Fransanın bölgəyə gəlməsinin və Ermənistanda oturmasının mənası olmayacaq. Belə deyək, Rusiya Ermənistandadır, orada hərbi bazası var, sərhədləri Rusiya hərbiçiləri qoruyur, digər gözəgörünməz qüvvələr də var. Orada illərdir Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları da işləyir, onların oradan çıxarılması çətin məsələdir.  Fransa gəlib orda müyyən şəkildə otursa da, yenə də Rusiya tərəfindən həmişə onlar üçün təhlükə olacaq”-deyə bildirdi.

A.Nağının qeyd etdiyinə görə, Fransa Aİ-nin missiyası qismində tədricən regiona gəlir, o həm də Ermənistanda Rusiyanın mövqeyinin hansı dərəcədə yüksək olduğunu, hansı zəif cəhətlərinin olduğunu, bura gəlmək üçün hansı addımlar atmalı olduğunu öyrənmək üçün Aİ missiyası vasitəsilə kəşfiyyat aparır. “Onlar Aİ-nin missiyası vasitəsilə hələ bunu yoxlayırlar. Ona görə də, hələlik onların gəldiyi nəticə odur ki, stabillik olmamalıdır, əgər stabillik olarsa, bunlar regiona gələ bilməyəcəklər. Fransanın canfəşanlığı bununla bağlıdır. Fransa bütövlükdə həm Qərbin sifarişini yerinə yetirir, həm də öz maraqlarını güdür.   

Son 6 ayda sərhəddə iki dəfə atəşkəsin pozulması, Azərbaycana qarşı təxribatların törədilməsi birbaşa Fransanın təhriki, sifarişi ilə baş verib. Hətta Rusiya rəhbərliyi tərəfindən Dmitri Medvedev səviyyəsində ittiham da səsləndirildi ki, Moskvada azərbaycanlı iş adamının nəzarətində olan ərazidə, mərkəzdə o cür qanlı terrorun törədilməsində də Fransanın izləri görünür, Makronun adı da çəkilir. Bu, dövlət səviyyəsində səsləndirilən bir fikirdir, yəni fakt yoxdursa Medvedev o fikri səsləndirməz.

Deməli, Fransa çalışır ki, daha geniş müstəvidə  Azərbaycana qarşı təhdidlər sərgiləsin, təxribatlar törətsin…”-deyə A.Nağı qeyd etdi. 

Azərbaycanla Ermənistan arasında müəyyən proseslərin getdiyini deyən A.Nağı hesab edir ki, Fransa bu proselərə çənfi mənada təsir edir. O vurğuladı ki, sülh müqaviləsinin imzalanması ilə bağlı Ermənistanın baş naziri, xarici işlər naziri açıqlamalar verir, hansısa məsələlərin müzakirə olunduğunu, Azərbaycanla Ermənistan nümayəndələri vasitəçilərsiz görüşə bilərlər, görüşürlər kimi fikirlər söyləyirlər. “Normallaşma istiqamətində gedən bu proses də Fransanı ciddi şəkildə narahat edir. Harada mümkündürsə, Fransa bu cür mənfi və mənfur rolunu oynayır. Azərbaycan bunu başa düşür, görür, Prezident səviyyəsində Fransaya qarşı dəfələrlə mövqe də bildirilib. Hesab edirəm, bu proses daha da diqqətlə izlənilməlidir, Fransanın bütün cəhdlərinin iflasa uğrması üçün müəyyən yollar tapılmalıdır. Digər tərəfdən, Ermənistan tərəfi də çalışmalıdır ki, Azərbaycanla normal münasibətlər qursun, regionda stabiliyə nail olunsun. Əks halda onlar ya Fransanın, ya da başqa dövlətlərin əlində yenə də alət olaraq qalacaqlar. Öz maraqlarından çıxış etsələr özləri üçün də yaxşı olar. Amma onlar görünür ki, alət kimi istifadə edilməyi, Fransanın sifarişlərini yerinə yetirməyi üstün bilir. Seçim onların özlərinə aiddir. Amma Azərbaycan istənilən təxribatın qarşısını almağa, təhlükəni məhv etməyə qadirdir. Onu da başa düşsünlər ki, Ermənistan bir qədər də uduzacaq. Fransa orada nə isə oyun törədirsə, təxribat həyata keçirirsə uduzan tərəf yenə də həmişə Ermənistan olacaq. Ermənistan da bunu başa düşməlidir”-deyə A.Nağı əlavə etdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031