Azərbaycan investisiya üçün ən cəlbedici ölkə hesab edildi...
Akif Nəsirli: “…ölkə iqtisadiyyatının gələcək inkişafı üçün çox əhəmiyyətli məsələlərdən biridir”
Beynəlxalq Valyuta Fondu (İMF) Azərbaycanı dünyanın 7 ən cəlbedici investisiya ölkəsindən biri élan edib.
Burada söhbət nədən gedir və nəyin əsasında belə qənaətə gəlinib?
“İMF-in bu açıqlaması təsadüfi xarakter daşımır və o, Azərbaycanın investisiya mühitini araşdırıb, nəticələrə uyğun olaraq ölkəmizi 7 ən cəlbedici investisiya ölkəsi élan edib”
Liberal İqtisadçılar Mərkəzi İctimai Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində “İMF-nin Azərbaycanı dünyanın 7 ən cəlbedici investisiya ölkəsindən biri élan etməsi ölkə iqtisadiyyatının gələcək inkişafı üçün çox əhəmiyyətli məsələlərdən biridir. Bu o deməkdir ki, Azərbaycan bütün dünyada investisiya yatırımları olan 7 ölkədən biridir. Bunun səbəbləri yəqin ki, son illər ölkə iqtisadiyyında liberallaşmanın aparılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, digər tərəfdən, Azərbaycanın dövlət olaraq bveynəlxalq aləmdə imicinin yaxşılaşması ola bilər”-deyə bildirdi.
A.Nəsirli qeyd etdi ki, İMF Azərbaycanın investisiya mühiti barədə kifayət qədər nikbindir. “İMF sadə bir təşkilat deyil. Qurumun belə bir açıqlama verməsi Azərbaycana investisiya axınının təmin ediləməsində reklam rolunu oynayan bir amildir”- deyə A.Nəsirli vurğuladı.
O hesab edir ki, İMF-nin açıqladığı bu göstəricilər eyni zamanda da son illər ölkəmizə qoyulan xarici investisiyanın həcminin artması amili ilə də bağlıdır. A.Nəsirli əlavə etdi ki, Azərbaycanın invesitisya mühiti tam təhlil edilib və o, 7 ən cəlbedici investisiya ölkəsindən biri élan edilib: “İMF-in bu açıqlaması təsadüfi xarakter daşımır və o, Azərbaycanın investisiya mühitini araşdırıb, nəticələrə uyğun olaraq ölkəmizi 7 ən cəlbedici investisiya ölkəsindən biri élan edib”.
İradə SARIYEVA