Gürcüstan parlamentində deputatlar əlbəyaxa davaya çıxdı...
Gürcüstan parlamentinin hüquq komitəsinin aprelin 15- də keçirilən iclasında “Vətəndaşlar” blokunun lideri Aleko Elisaşvili ilə parlament çoxluğunun lideri Mamuka Mdinaradze arasında mübahisə yaranıb.
Mübahisə sonradan əlbəyaxa davaya keçib. A.Elisaşvili “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini deputatlara təqdim edən Mdinaradzenin əlinə sillə vurub və bundan sonra qalmaqal yaşanıb. Nəticədə iclas dayandırılıb.
Qeyd edək ki, sözügedən qanun layihəsi ilə əlaqədar Gürcüstanda ciddi siyasi qarşıdurma yaranıb.
ZÜMRÜD