Bir saatdan sonra Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı etirazlarına baxılacaq
Bu gün Bakı vaxtı ilə saat 12-də Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı etirazları üzrə dinləmələr keçiriləcək. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə "X" hesabında yazıb.
O xatırladıb ki, məhkəmədə Ermənistanın Azərbaycana qarşı iddiasına baxılır. "Beynəlxalq Ədalət Məhkəməsində İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitənin (CERD) Ermənistan Azərbaycana qarşı müraciəti ilə bağlı iş üzrə Azərbaycan tərəfindən qaldırılan ilkin etirazlar üzrə ictimai dinləmələr baş tutacaq", - XİN rəsmisi bildirib.
A.Hacızadənin sözlərinə görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edir.
Mətləb Salahov