Ermənistan KTMT-nin hərbi komitəsini də boykot etdi...
KTMT hərbi komitəsinin sədri, Rusiyanın baş qərargah rəisi Valeri Gerasimovun sədrliyi ilə videokonfrans formatında Hərbi komitənin 23-cü iclası olub.
İclasda Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın baş qərargah təmsilçiləri iştirak ediblər. KTMT-nin məsuliyyət zonasında hərbi təhlükəsizlik məsələlərinin müzakirə olunduğu konfransda Ermənistan Baş qərargahının nümayəndəsi iştirak etməyib.
Namiq Quliyev