ABŞ nəşri konkret tarix açıqladı - İran İsraili vuracaqmı...
ABŞ-da nəşr olunan "Wall Street Journal" qəzeti İsrailin iki gün ərzində İrandan birbaşa hücuma hazırlaşdığını, lakin Tehranın hücumla bağlı hələ yekun qərar vermədiyini iddia edib.
Qəzet mövzu ilə bağlı məlumatlı mənbəyə istinadən, Tehranın mümkün hücumu Təl-Əvivin İranın Dəməşq səfirliyindəki konsulluq binasına hücumundan sonra birbaşa İsrailə ediləcəyini iddia edib.
Mənbə qeyd edib ki, Təl-Əviv İranın 24-48 saat ərzində İsrailin cənub və ya şimalına birbaşa hücuma keçməyə hazırlaşdığını gözləyir.
İran rəhbərliyindən məlumat aldığı bildirilən ikinci mənbə isə hücum planları müzakirə olunsa da, yekun qərarın verilmədiyini bildirib.
Bir ABŞ rəsmisinin İranın bir neçə gün ərzində İsrail ərazisinə cavab hücumu həyata keçirəcəyinə dair açıqlamasına yer verilən xəbərdə adı açıqlanmayan başqa bir mənbəyə istinadən, hücum planlarının dini liderin (Ayətullah Əli Xameneyi) önündə olduğu və siyasi risqləri dəyərləndirdiyi qeyd edilir.
Tahir TAĞIYEV