ABŞ Çin və Türkiyədən İranı dayandırmağı xahiş etdi
ABŞ-ın dövlət katibi Antoni Blinken Çin və Türkiyə də daxil olmaqla bir sıra ölkələrlə danışıqlar zamanı İranı İsraillə münaqişəni gərginləşdirməkdən çəkinməyin vacibliyini izah etməyə çağırıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentini nümayəndəsi Metyu Miller bildirib.
"Dövlət katibi İranla münasibətdə hər hansı münasibətdə olan hər bir ölkəyə açıq şəkildə bildirdi ki, İrana siqnal vermək onların öz maraqlarına uyğundur - o, münaqişəni gərginləşdirməməlidir", - deyə M.Miller brifinq zamanı deyib.
M.Miller ABŞ-ın təmasda olduğu ölkələr arasında Türkiyə, Səudiyyə Ərəbistanı və Çinin adını çəkib. O bildirib ki, Avropa ölkələri ilə də diplomatik qarşılıqlı fəaliyyət aparılır.
Onun sözlərinə görə, Vaşinqton bundan sonra da Tehrana vəziyyəti gərginləşdirməyin nə onun, nə də Yaxın Şərqdəki digər ölkələrin maraqlarına uyğun olduğunu çatdırmağa çalışacaq.