Laçın şəhəri MDB-nin mədəniyyət paytaxtı statusunu ala bilər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarusa işgüzar səfəri çərçivəsində Minskdə Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyin "X" hesabında qeyd edilib.
C.Bayramov MDB çərçivəsində iqtisadi-ticarət, eləcə də mədəni-humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri haqqında Azərbaycanınnin baxışı barədə məlumat verib.
"Bundan əlavə, Azərbaycanın qarşıdan gələn COP29-a ev sahibliyi etməsi, MDB-2025 Oyunlarının Gəncə şəhərində keçirilməsi, eləcə də Laçın şəhərinə MDB-nin mədəniyyət paytaxtı statusu verilməsi üçün müraciətlə bağlı görülən işlər barədə məlumat verilib", - deyə bildirilib.
TAHİR