Azərbaycanda futbol klubunun prezidenti saxlandı - 30 minlik yeyinti...
Azərbaycanda futbol klubunun prezidenti hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Trend xəbər verir ki, Birinci Liqa təmsilçisi “İrəvan” klubunun prezidenti Zahid Niyazəliyev hazırda istintaq altındadır.
Klubun mətbuat xidmətindən Trend-ə bildirilib ki, hüquq-mühafizə orqanlarının apardığı təhqiqat “İrəvan”da ciddi maliyyə pozuntularının olduğunu üzə çıxarıb. Söhbət təqribən 30 min manatın təyinatı üzrə xərclənməməsindən gedir.
Qeyd edək ki, komandanı hazırda vitse-prezident Həsən Həsənov idarə edir.