Ukraynada yeni səfərbərlik qanunu qəbul edildi - məhbuslar da müharibəyə göndərilir...
Ukrayna Ali Radası səfərbərlik qaydalarını sərtləşdirən yeni qanunu qəbul edib. Qanun prezident Zelenskinin imzasından bir ay sonra qüvvəyə minəcək. Səfərbərlik çərçivəsində hərbi xidmətə çağırılan və hazırda cəbhə xəttində olan əsgərlərin tərxis olunmasını nəzərdə tutan maddə qanunun son variantına salınmayıb.
Ukrayna mediası yazır ki, deputatlar Silahlı Qüvvələrin Baş Komandanı Aleksandr Sirkinin təşəbbüsü ilə ordudan tərxis olunma və rotasiya ilə bağlı müddəaları sənəddən çıxarıblar.
Müvafiq bənd hərbi vəziyyət dövründə 36 ay xidmət etmiş şəxslərin hərbi xidmətdən azad edilməsini nəzərdə tuturdu.
Bundan əlavə, Ukrayna Ali Radası dünən birinci oxunuşda məhbusların hərbi xidmətə könüllü səfərbər edilməsinə imkan verən qanun layihəsini qəbul edib. Qanun layihəsi hərbi əməliyyatlarda məhkum edilmiş şəxslərin könüllü iştirakını nəzərdə tutur.
TAHİR