İran İsrailə hücum hazırlığında - Böyük savaş hər an başlaya bilər…
Amerikanın “Bloomberg” telekanalı kəşfiyyat məlumatlarına istinadən İran və ya İranın dəstəklədiyi qrupların İsrailə genişmiqyaslı raket hücumuna başlaya biləcəyini bildirib.
Hücumun "hər an" başlaya biləcəyi bildirən kanal, İsraildəki hərbi nöqtələrin hədəf alınacağı iddia edib. Ehtimal edilir ki, İranın hücumunda yüksək dəqiqliyə malik raketlərdən və ya pilotsuz uçuş aparatlarından istifadə ediləcək.
Bu arada, ABŞ prezidenti Co Bayden İranın İsrailə qarşı hücum təhdidləri qarşısında Təl-Əvivə “sarsılmaz” dəstəyi davam etdirəcəklərini bəyan edib.
"Baş nazir (Benyamin) Netanyahuya dediyim kimi, İran və onun bölgədəki vəkillərindən gələn təhdidlərə qarşı İsrailə təhlükəsizlik öhdəliyimiz sarsılmazdır. Bir daha deyirəm, sarsılmaz".
Bayden İsrailin təhlükəsizliyini təmin etmək üçün hər şeyi edəcəklərini vurğulayıb.
TAHİR