Kim Çen In düşmənlərini hədələdi: "məhv edəcəyik!"
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In bir sıra açıqlamalarla çıxış edib. Şimali Koreya lideri Hərbi-siyasi akademiyada olarkən bildirib ki, əgər düşmənlər “qarşıdurmanı seçsələr”, ölkənin silahlı qüvvələri onları məhv edəcək.
Koreya Mərkəzi Teleqraf Agentliyinin məlumatına görə, KXDR lideri zorakılıq və silahlı münaqişələrın artması səbəbindən ciddi şəkildə pisləşən mürəkkəb beynəlxalq vəziyyəti, habelə KXDR ətrafında qeyri-sabit və qeyri-müəyyən hərbi-siyasi vəziyyəti təsvir edib. “İndi müharibəyə həmişəkindən daha çox əsaslı hazırlıq işləri aparmaq lazımdır. Hazırlıqlar daha etibarlı və qüsursuz olmalıdır, söhbət təkcə müharibədən deyil, həm də qalib gəlməli olan müharibədən gedir”, - deyə Kim Çen In bildirib.
Mətləb Salahov