Ukraynalı siyasətçi daha 4 ölkənin Putinin hədəfində olduğunu iddia etdi - Qərbin zəifliyi...
Ukraynalı siyasətçi Oleksiy Honçarenko ABŞ mərkəzli araşdırma mərkəzi olan Atlantic Council üçün yazdığı məqalədə 4 ölkənin Rusiyanın hədəfində olduğunu iddia etdi.
Rusiya prezidenti Vladimir Putinin məqsədinin Ukraynadakı müharibəni genişləndirmək olduğunu yazan Oleksiy, Moskvanın daha 4 ölkəni öz sərhədlərinə daxil etmək istədiyini iddia edib.
"Qərbin Ukrayna müharibəsindəki zəifliyi Rusiyanı tətikləyə bilər. Qərb dövlətləri Avropanın şərq sərhədindəki geosiyasi fəlakətdən xəbərsizdir. Ukrayna lazımi dəstəyi tez bir zamanda almazsa, Putinin qələbə şansı artacaq. Əgər Putin Ukraynada qalib gəlsə, daha da irəli gedəcək" - Oleksiy deyib.
O, bildirib ki, Rusiya öz tarixi daxilində olan ölkələri hədəfə ala bilər. Ukraynalı siyasətçi sözügedən 4 ölkənin adlarını da açıqlayıb - Moldova, Gürcüstan, Belarus və Qazaxıstandır.
TAHİR